Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

RÜSTƏM İBRAHİMBƏYOVDAN DAHA BİR SƏRT YAZI
Tarix: 10-01-2013, 17:06 | Çap et
RÜSTƏM İBRAHİMBƏYOVDAN DAHA BİR SƏRT YAZI
DİA.AZ: - Tanınmış kinorejissor Rüstəm İbrahimbəyov növbəti yazısını "contact.az" portalı üçün yazıb. DİA.AZ olaraq "Ölkə, yoxsa ərazi" başlıqlı həmin yazını təqdim edirik:

30 dekabr 2012-ci ildə H.Əliyev adına Bakı hava limanında sərhədi keçməyim iki saat çəkdi. Sərhəd xidmətçisi icazə üçün oraya-buraya qaçır, bir neçə rəislə qayıdırdı, onlar hara isə zəng edir, sonra birdən dağılır, sonra yenidən bir araya gəlir, yenə zəng edirdilər. Bu müddət ərzində mənimlə birlikdə və növbəti reyslərlə gələn yüzlərlə sərnişin heç bir maneə və gecikmə ilə qarşılaşmadan, pasport nəzarətindən keçdilər. Mənim pasportumu isə qaytarmırdılar, elektron sistemdə problem olduğuna və şəxsiyyətimin həqiqiliyini yoxlamaq imkanı olmadığına inandırırdılar. Nəhayət haradansa “yuxarıdan” qərar qəbul edildi və mənim Azərbaycana daxil olmağıma icazə verdilər. Pasportumu qaytararkən gənc leytenant küt-küt baxaraq və səsini lazımi qaydada sərtləşdirərək dedi: “Mənə tapşırıblar deyim ki: “Siz bizim Baş Komandanımızı saymırsınızsa, biz də Sizi saymırıq”.

Utancaq leytenantın dili ilə mənə yüksək vəzifəli məmurların dəfələrlə mətbuatda bəyan etdikləri şeyi xatırlatdılar: bizim dövlətimizin öz vətəndaşları üçün çox sayda cəza vasitələri var və onlardan hər an istifadə oluna bilər”. Və ilk baxışda mənasız kimi görünən hadisə izahını tapdı: mənə göstərdilər ki, ictimai temperamentimi azaltmasam, hakimiyyət məni “ağıllandırmağın” yollarını tapacaq.

Mənim aeroportda qaldığım iki saat ərzində bəzi İnternet istifadəçilərinin belə bir sualı yarandı: mənə hansı əsaslarla diplomatik pasport verilib?

Cavab verirəm: buna keçmiş SSRİ-nin və bugünki bir çox MDB ölkələrinin beynəlxalq forum və konfranslarda ölkəni təmsil edən şəxslərə diplomatik pasportların verilməsini nəzərdə tutan qanunvericiliyi əsas olub. Həm Azərbaycanın, həm də digər MDB ölkələrinin yaradıcılıq ittifaqlarının rəhbərləri məhz bu kateqoriya vətəndaşlara aiddir. Mənə gəlincə, buraya uzun illərdir beynəlxalq yaradıcılıq birliyinə - Kinematoqrafçılar İttifaqları Konfederasiyasına rəhbərlik etməyim də əlavə edilir.

Aeroportdakı hadisəyə gəlincə, qeyd etmək istəyirəm ki, bu hadisənin əvvəlində uzun bir tarix var. İlk nəsr əsərlərimin, kino və teatr səhnələrimin işıq üzü gördüyü 1969-cu ildən başlayaraq, mən həqiqəti yazmağa çalışdım və təbii ki, bu, hakimiyyətin xoşuna gəlmədi. Mənim ssenarim əsasında çəkilən ilk “Bir cənub şəhərində” filmi isə partiyanın Mərkəzi Komitəsi tərəfindən kəskin tənqidə məruz qaldı və yalnız Qara Qarayevin, Rəsul Rzanın, Cəfər Cəfərovun, Azad Mirzəcanzadənin və digər məşhur həmvətənlərimizin dəstəyi, filmi qadağadan xilas etdi. Elə həmin vaxt mənim Azərbaycan Kommunist Partiyası MK 1-ci katibi Heydər Əliyevlə qarşılıqlı hörmətimiz yarandı, o, mədəniyyətə böyük diqqət yetirirdi və bir çox mədəniyyət xadimləri ilə şəxsi əlaqələrə sərf etdiyi vaxtı əsirgəmirdi. O başa düşürdü ki, məhz bu insanlar millətin mənəvi sərvətidir.

Bu gün Azərbaycanda başqa dəyərlər şkalası mövcuddur. Bu gün bizdə ən hörmətli insanlar onlara verilmiş qanun qulluqçusu funksiyasını yerinə yetirməkdən bezmiş yüksək vəzifəli məmurlardır. Onlar daha çox məşhurluq, sərhədsiz hakimiyyət və şəxsi zənginlik istədilər. Və çevriliş etdilər. İndi onlar qanunlara qulluq etmir, özləri istəklərinə görə qanun yaradır və həyata keçirirlər: onlar həyasızcasına yüksək dərəcə və rütbələri mənimsəyərək, bütün fəaliyyət sahələrində, o cümlədən elm və mədəniyyətdə əsas fiqurlara çevriliblər. Dünya KİV-lərinin onların törətdiyi hədsiz sui-istifadə faktları haqqında məlumatları məmurları qətiyyən çəkindirmir. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri isə ona qarşı müntəzəm olaraq irəli sürülən dəhşətli ittihamları heç olmasa hansısa sübutlarla təkzib etmək zəhmətinə belə qatlanmır.

Mən 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsinə səmimi olaraq sevinənlərdən biri olmuşam. O vaxt bunun necə baş verdiyi üzərində o qədər də düşünmürdüm. Gənc, təhsilli, ünsiyyətcil, incəsənət adamları arasında dostlarrı olan və ölkənin mədəni həyatında baş verən hadisələrə maraq göstrən ölkə başçısı xoşuma gəlirdi. Və mən dəfələrlə bu barədə söyləmişəm.

Amma 2008-ci ildən etibarən, yuxarıda qeyd etdiyim məmur çevrilişi nəticəsində Prezidentin ictimaiyyətlə birbaşa əlaqələri kəsildi və ölkənin idarəetməsi “yaşamaq və işləmək istəyirsənsə itaəkar və səssiz ol” prinsipi ilə işləyən bir neçə məmurun əlinə keçdi. Bu prinsip həyatımızın bütün sahələrində işləyir və bu, hakimiyyət qurumları və Ziyalılar Forumu arasında münaqişəyə səbəb olmaya bilməzdi, baxmayaraq ki, biz əvvəlcədən bəyan etdik ki, hakimiyyət uğrunda mübarizə aparmaq niyyətimiz yoxdur, bizim məqsədimiz vətəndaş cəmiyyətini canlandırmaqdır, belə ki, güclü ictimai rəyin olmadığı ölkə nəzarəti mümkün olmayan avtoritarizmə məhkumdur.

Biz dəfələrlə, hakimiyyətə bizə qulaq asmağı təklif etdik, bizə elə gəlirdi ki, Forumun cəmiyyətin mühüm problemləri ilə bağlı keçirdiyi ictimai dinləmələr hakimiyyət üçün də maraq kəsb edir. Hakimiyyət isə bizim dialoq cəhdlərimizə böhtan və təhqirlə cavab verərək, bütünlükdə ziyalılara və şəxsən mənə qarşı açıq-aşkar düşmənçilik və etinasızlıq nümayiş etdirdi. Bu, mənim aşağıdakıları deməyimə səbəb oldu: “Prezident məni saymırsa, mən də onu saymıram”. Və bir də dedim ki, 2013-cü il seçkilərində mütləq yeni Prezident seçiləcək.

Əlbəttə, hökumətyönlü ekspertlər dərhal məni siyasi sadəlövhlükdə ittiham etdilər və arsız-arsız hakimiyyətin 2003-cü ildə də olduğu kimi, səsvermənin nəticələrindən asılı olmayaraq, seçkilərdə qələbə qazanmaq üçün kifayət qədər inzibati və maliyyə resursu olduğuna eyham etdilər.

Hakimiyyətə xidmət edən təcrübəli analitiklər həqiqətən sadə vətəndaşların, o cümlədən mənim də bilmədiyim çox şeyi bilirlər. Amma onlar bizim gördüklərimizi görmürlər və bu gün əhalinin böyük əksəriyyətinin bu gün yaşadığı vəziyyətdən daha betər vəziyyətin olmadığını hiss etmirlər. Hətta həmvətənlərimizin ənənəvi olaraq süst olan, uzun müddət susan hissəsi belə bu il nəhayət dil açdı ki, bu da hədsiz dərəcədə ictimai gərginliyə gətirib çıxardı. Rejimin cinayətkar əməllərinin ölkənin bütün sakinlərini siyasiləşdirməsi üçün on il lazım oldu. Seçkilərin nəticəsini həll edəcək amil də budur.

Göz önündə olanı görmək üçün siyasətçi və ya siyasi ekspert olmağa da ehtiyyac yoxdur. Xalq arasında yaşamaq, vətəndaş ləyaqəti hissinə malik olmaq və ölkənin taleyinə biganə olmamaq kifayətdir. Məhz buna görə mən qarşıda duran seçkilərdə xalqın qələbəsinə inanıram. Və bu barədə peşəkar siyasətçiləri qıcıqlandıran əminliklə açıq-aşkar danışıramsa, siyasi təcrübəm olmadığı üçün deyil. Ona görə bütün şübhələri rədd edərək danışıram ki, Azərbaycan xalqı bu seçkilərdə qalib gəlməyə bilməz. Əlbəttə ki, əgər biz sadəcə sərhədlərindən hər kəs buraxılmayan bir ərazidə yaşayan əhali deyil, əsl xalqıqsa!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Dünən, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Dünən, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Dünən, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Dünən, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Dünən, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Dünən, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Dünən, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Dünən, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Dünən, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Dünən, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru