İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                 

MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Tarix: Bu gün, 12:29 | Çap et
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir
Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti 128 ünvanındakı bina, həmçinin Fətəli Xan Xoyski prospekti 130 nömrəli yataqxana qəzalı vəziyyətdə olduğuna görə sökülməsi nəzərdə tutulub. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamı ilə həmin binaların sökülməsi və yerində hündürmərtəbəli binaların tikintisi «Gold Residence» MMC-yə həvvalə edilib. «Gold Residence» MMC isə həmin sərəncamda göstərildiyi kimi, mülk sahibləri ilə qarşılıqlı razılıq əsasında onların köçürülməsini təmin etmək əvəzinə şantaj, hədə-qorxu və digər qanunsuz üsullarla həmin binaların sakinləri və obyekt sahiblərinin əmlaklarını mənimsəməyə başlayıb.

Bunu Reyting.az-a şikayət məktubu göndərən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti 128, mənzil 11-də yaşayan Müjdə Qaytaran oğlu Hacıyev yazıb.

Şikayətçi bildirir ki, adıçəkilən ünvanlardakı binaların söküntü işlərini COP29 zamanı guya xarici qonaqlardan gizlətmək istəyiblər. Bunu bəhanə edən «Gold Residence» MMC 2024-cü ilin iyul-avqust aylarında adıçəkilən ərazini Fətəli Xan Xoyski prospekti boyunca hasarlayıb. Lakin həmin hasar MMC-yə ayrılmış və yerquruluşu koordinatlarında göstəriləndən artıq ərazini əhatə edir və qanunsuz olaraq digər ərazi də hasara alınıb.

MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir

Müjdə Hacıyev qanunsuz hasarlamanı aşağıdakı səbəblərlə izah edir:

Birincisi, adıçəkilən MMC-nin törətdiyi qanunsuzluqlar kənardan müşahidə olunmasın, ikincisi, həmin binaların altındakı ticarət obyektlərinə qanunsuz yolla təsir edib, onları dəyər-dəyməzinə sahibkarların əlindən ala bilsinlər.

20 ildən artıqdır ki, Fətəli Xan Xoyski prospekti 128 nömrəli binanın 1-ci mərtəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Müjdə Hacıyev vergi ödəyicisidir. «Gold Residence» MMC isə sakinləri və obyekt sahiblərini əvvəlcədən məlumatlandırmadan qəflətən əraziyə gələrək binanın qarşısını Fətəli Xan Xoyski prospekti boyunca «Gloriya» gül dükanınadək qanunsuz hasarlayıb. Bununla da M. Hacıyevin mağazasının qarşısı tam bağlanıb, nəticədə onun sahibkarlıq fəaliyyətinə ciddi problem yaranıb. Çünki hasarın arxasında qalmış mağaza görünmür, eyni zamanda mağazanın yolu bağlanıb. Üstəlik, sahibkar nisyə verdiyi malların pulunu yığa bilmir. Bununla da ona külli məbləğdə maddi zərər dəyib.

Şikayət məktubunda qeyd olunur ki, bu azmış kimi, «Gold Residence» MMC-nin işçiləri suyu qəsdən açıq qoyaraq onu mağazanın zirzəmisindəki anbara axıdıb, oradakı malları yararsız hala salıblar. Eyni zamanda, Müjdə Hacıyev mağazada olmayanda MMC işçiləri binanın daxilindən olan giriş qapısını qıraraq, mağazaya qanunsuz daxil olmaqla əmlakın bir hissəsini oğurlayıblar.

Bildirilir ki, Müjdə Hacıyevin işlətdiyi həmin mağazanın bir hissəsi Qarabağ qazisi olan qardaşı Biləndər Hacıyevə məxsusdur və ümumilikdə həmin mağaza ilə üç ailə dolanır: «Gold Residence» MMC-nin qanunsuz hərəkətləri nəticəsində mağazanın fəaliyyəti tam dayanmış və üç ailə hazırda quru çörəyə belə möhtacdır, borc içindədir. Digər saxlanc yerləri olmadığına görə mağazadakı mallarını söküntü aparılan ərazidən çıxarıb apara bilmirlər”. Bu da azmış kimi, «Gold Residence» MMC-nin işçiləri 21 avqust 2024-cü ildə Müjdə Hacıyev öz yaşadığı mənzilində olmadığı müddətdə onun mənzilinin qapısını sındıraraq, qanunsuz olaraq içəri daxil olub, mənzildə saxladığı əmlakının, ev əşyalarının bir qismini oğurlayıb, bir qismini isə dağıdaraq yararsız hala salıb, sonra isə mənzilin qapı-pencərələrini, digər plastik, taxta və dəmir hissələrini sökərək naməlum istiqamətdə aparıb, mənzili isə yararsız hala salıblar. MMC-nin bütün bu qanunsuzluqları özünü onun direktoru kimi təqdim edən Elnur Hüseynovun göstərişi ilə törədildiyi bildirilir.

MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir

Başda Elnur Hüseynov olmaqla MMC rəhbərliyinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədildikdə) və digər maddələrin tərkibi olduğuna görə Müjdə Hacıyev Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və digər dövlət orqanlarına çoxsaylı şikayət ərizələri göndərib, lakin həmin orqanlar onun ərizələri ilə ötür-ötür oyunu oynayaraq bütün ərizələri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə göndərib. Bu günədək MMC rəhbərliyi barəsində hər hansı bir tədbir görülməyib. M. Hacıyevin şikayəti əsasında onun obyektinə polis və prokurorluq əməkdaşları nədənsə hər zaman «Gold Residence» MMC işçilərinin müşaiyəti ilə gəlib, həmin işçilərin yanında onu sorğu-sual edərək obyektə baxıb, heç bir sənəd, protokol tərtib etməyib, sonra isə MMC-nin işçiləri ilə yaxınlıqdakı «Krone» otelin 1-ci mərtəbəsində yerləşən MMC-nin ofisinə gediblər. Həmin ofisdən çıxandan sonra isə onlardan heç vaxt xəbər çıxmayıb. 4 aydır polis və prokurorluq orqanlarına şikayət ərizələri göndərilsə də, araşdırılmır.

«Gold Residence» MMC-nin həmin ərazidə yol verdiyi qanunsuz əməlləri barədə mətbuatda çox məlumatlar yayılıb. MMC-nin Aşıq Molla Cümə küçəsindəki 28 nömrəli binanın qarşısını qanunsuz olaraq hasarlaması və oradakı 70-dən çox ağacı qanunsuz olaraq kəsmək istəməsi, həmin yaşıllıqdakı çayxananın fəaliyyətinə problemlər yaratması, binanın həyətində inşa edilmiş və binanın sakini Elxan Qarayevə məxsus olan qarajı qanunsuz olaraq sökməsi, darvazasının və içərisindəki əmlakının bir qismini oğurlaması, bir qismini isə qəsdən dağıtması barədə “Reytinq” qəzetində də məlumatlar verilib. Lakin buna baxmayaraq aidiyyəti dövlət orqanları heç bir tədbir görməyib, MMC rəhbərliyinin cinayət əməllərinə göz yumulub.

İddia olunur ki, adı çəkilən Elnur Hüseynov əvvələr də bu kimi qanunsuzluqlara yol verib. Onun «Məqam» MTK adlı başqa bir müəssisəsi də olub və 2023-cü ildə onun göstərişi ilə Nərimanov rayonunda başqa bir ünvanda yaşayan sakinin mənzili dağıdılıb. Həmin vətəndaşın şikayəti ilə Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılanda Elnur Hüseynov həmin MTK-da anbardan işləmiş Cəmil Qasımovu icraçı direktor vəzifəsinə təyin edərək qabağa verib və nəticədə Cəmil Qasımov məhküm olunub. Bununla E. Huseynov məsuliyyətdən yayına bilib. Hazırda isə Elnur Hüseynov «Gold Residence» MMC-nin direktoru vəzifəsinə Anar İsazadə adlı şəxsi təyin edərək qabağa verib.

MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir

Onu da qeyd edək ki, E. Hüseynovun və onun sahibi olduğu şirkətlərin törətdikləri bu kimi qanunsuz əməllərə hüquq-mühafizə orqanlarının göz yumması anlaşılan deyil. Bakı Şəhər İcra Hakimiyyətinin də belə şəxslərlə müqavilə bağlaması, onların xeyrinə sərəncam verməsini başa düşmək çətindir.

Son olaraq diqqətə çatdırırıq ki, M. Hacıyev “Reytinq” qazeti vasitəsilə üzləşdiyi problemi ölkə rəhbərliyinə çatdırmaq istəyir. İnanır ki, bundan sonra onun və «Gold Residence» MMC-nin qanunsuz əməllərindən digər zərər çəkənlərin pozulmuş hüquqları bərpa olunar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru