В«ZİYA MƏMMƏDOVUN PULU ONSUZ DA ÇOXDURВ»
Tarix: 5-10-2012, 13:24 | Çap et
DYP İŞÇİSİ: В«ONLARI RADAR GÖRMÜRВ»
DİA.AZ: - Son zamanlar dövlət yol polisinin əməkdaşları В«avtoşВ» kimi tanınan avtoxuliqanlara qarşı bir kampaniyaya start veriblər. Təbii ki, bütün bu önəmlər sırf olaraq artmaqda olan yol qəzalarının sayının azaldılmasına xidmət edir.
Amma buna baxmayaraq В«avtoşВ»lar hələ bir problem olaraq qalmaqdadır. Məsələn, bu günlərdə redaksiyamıza məlumat verən Bakı sakinlərindən biri gözlərinin şahidi olduğu bir faktı açıqladı: В«Bir neçə gün əvvəl DYP-yə aid maşın В«avtoşВ»un idarə etdiyi В«VAZ-2107В» markalı maşını şəhərin mərkəzi ilə qovsa da, ona yetişə bilmirdi. Nəhayətdə DYP əməkdaşı meqafon vasitəsilə В«avtoşВ»a müraciət etməyə başlayır. Və maraqlıdır ki, digər sürücülərlə sərt formada danışan polis bu dəfə В«avtoşВ»la çox ehtiyatlı idi. Ona В«səndən xahiş edirəm, maşını ver qırağa səsləВ» deyə çağırış etsə də, avtoxuliqan polisə məhəl qoymadan uzaqlaşdıВ».
Yəni əslində DYP-nin В«avtoşВ»larla münasibətində də ciddi problemlər yaşanmaqdadır və bu da onların xahiş dilində danışmasından da açıq-aydın görünür.
DYP işçilərinin ehtiyat etdiyi digər təbəqə isə təbii ki, məmurlr və onların yaxınlarıdır. Elə onlar da avtoş kimi bir nəsnədirlər. Hər halda DİA.AZ-a öz gördüklərini bölüşən taksi sürücülərindən birinin söylədikləri də dediklərimizi təsdiqləyir.
Muradxan Əbilov 42 ildir ki, Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərir. Narahat olduğunu bildirir. Çünki ailəsinin dolanışığı özünün dili ilə desək, altındakı köhnə sovet В«jiquliВ»si ilə etdiyi В«xalturaВ»dan çıxır: В«Amma nəqliyyat naziri Ziya Məmmədov bizim maşınların taksi kimi işlədiyini görəndə utanır. Deyirlər ki, gələn ilin yanvarından bizə taksi kimi xidmət göstərməyi qadağan edəcəklər. Mən də bilmirəm, bundan sonra ailəmi nə ilə dolandıracamВ».
В«Yeni taksilərdə niyə işləmirsinizВ» sualımızın cavabında isə Muradxan dayı bunları söylədi: В«Mən Ziya Məmmədova nökərçilik edən deyiləm. Ailəmin ruzisini niyə onunla paylaşım? Məgər asfaltdan, avtobuslardan və başqa yerlərdən az qazanırdı ki, bizim də boğazımıza şərik olur?В»
Onu d xatırladaq ki, ümumilikdə olaraq Bakıya 3000 ədəd yeni taksilərin gətirilməsi nəzərdə tutulur və bu ilin sonuna qədər həmin taksilərin 1000-i paytaxt yollarında olmalıdır. Çox aşağı keyfiyyətdə olan bu taksilərin hesabına nəqliyyat nazirinin nə az nə çox 20 milyon ABŞ dolları qədərində qazanc etdiyi də söylənilir.
Bakının В«Avroviziya-2012В» mahnı yarışmasına ev sahibliyi etməsi səbəbindən isə paytaxt küçələrində digər markalı maşınların taksi kimi xidmət göstərməsinin qadağan ediləcəyi də gözlənilir. Elə bu da həmin taksiləri işlədən sürücülərdə narahatçılıq yaradıb.
Muradxan dayı sonra da DYP əməkdaşlarından danışdı: В«Onlar da ki, bizə qənim kəsiliblər. Əllərindən tərpənə bilmirik. Rüşvəti deyirdilər ki, guya yığışdırıblar. Cəmi 2-3 ay belə oldu. İndi özləri açıq şəkildə pul tələb edirlərВ».
Həmsöhbətimiz bildirdi ki, bu yaxınlarda Qubaya müştərisi olub: В«Keçən ayın 24-ü idi. Müştərim tələsdiyindən maşını bərk sürəsi oldum və yolda radara düşdüm. DYP işçisi məni saxladı. Mənə cərimə yazarkən birdən yanımızdan vıyıltı ilə bir kortec keçdi. Məlum oldu ki, nəqliyyat naziri Ziya Məmmədovun kortecidir. Həmin vaxtı prezident də Qubada idi. Yəqin ora tələsirmiş. Amma o da radara düşdü. 210 sürətlə. Mən də DYP işçisinə dedim ki, niyə onu saxlamırsan, amma məni saxlayırsan? Mənə dedi ki, onlar radara düşmürlərВ».
Əslində məmurların korteclərindən şikayətlərinin çox olduğunu bildirən taksi s sürücüsü söylədi ki, dəfələrlə ya bir məmurun, ya da məmur oğlunun qəza törətdiyinə şahidlik edib: В«Bir neçə il əvvəl Rövnəq Abdullyevin maşını metronun В«GənclikВ» stansiyası yaxınlığında qəza törətdi. Və bir qızın idarə etdiyi maşını vurdu. Amma yenə sağ olsun. Maşından düşdü və qızın maşınının bütöv pulunun verilməsi barədə göstəriş verdi. Yəni qıza təptəzə maşının pulunu verdilərВ».
Bir dəfə də keçmiş spiker Rəsul Quliyevin qəza törətdiyini danışan Muradxan dayı bildirdi ki, Rəsul Qulyevin maşını o vəzifədə olarkən bir uşağı vurub: В«Doğrudur, Rəsul Quliyev həmin uşağın ayağa durması üçün şəxsən pul xərclədi. Amma nə faydası, hələ də həmin uşaq şikəstdir və В«NizamiВ» stansiyasının arxasındakı məsciddə dilənirВ».
Beləcə, sinəsi dolu olan taksi sürücüsü prezident İlham Əliyevə müraciətinin də olduğunu bildirdi: В«Biz kasıb adamlarıq. Başqa gəlir yerimiz yoxdur. Əlimizdən də başqa iş gəlmir. 42 ildir ki, ailəmi bu dəzgahla dolandırıram. İmkan verməyin ki, mənim kimilər ac qalsın. Ziya Məmmədovun pulu onsuz da çoxdurВ».


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Bu gün, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Bu gün, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Bu gün, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Bu gün, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Bu gün, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57 |
|
|
|
| • TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54 |
|
|
|
| • Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51 |
|
|
|
| • Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46 |
|
|
|
| • NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17 |
|
|
|
| • Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13 |
|
|
|
| • “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06 |
|
|
|
| • “Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02 |
|
|
|
| • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59 |
|
|
|
| • 112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51 |
|
|
|
| • AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49 |
|
|
|
| • SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
| • “Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32 |
|
|
|
| • Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27 |
|
|
|
| • Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23 |
|
|
|
| • Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20 |
|
|
|
| • Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
| • Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04 |
|
|
|
| • 2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00 |
|
|
|
| • Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57 |
|
|
|
| • Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49 |
|
|
|
| • İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42 |
|
|
|
| • "Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31 |
|
|
|
| • BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25 |
|
|
|
| • Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
| • Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14 |
|
|
|
| • Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? - AKTUAL
Bu gün, 11:10 |
|
|
|
| • WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir - MƏQALƏ
Bu gün, 11:06 |
|
|
|
| • AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü – Bu dəfə 45 minə
Bu gün, 10:58 |
|
|
|
| • Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:56 |
|
|
|
| • Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55 |
|
|
|
| • Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52 |
|
|
|
| • Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Bu gün, 10:47 |
|
|
|
| • AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 10:39 |
|
|
|
| • “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
| • Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17 |
|
|
|
| • Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09 |
|
|
|
| • İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07 |
|
|
|
|