"Uzun müddət Mopassanın hekayələrinin təsirindən çıxa bilməmişəm"
Tarix: 8-02-2016, 10:02 | Çap et
 Kulisin kitabla bağlı suallarını müğənni Nura Suri cavablandırır. - Uşaqlıqdan və indi oxuduğunuz kitablarda hansılardır olub? Nələr qalıb yadınızda? - Uşaqlıqdan kitab oxumağı sevirəm. Bəlkə də gözümü açandan evimizdə kitab gördüyüm üçün belədir. Babam ədəbiyyatçı olub, dayılarım, xalalarım müəllim olublar. Rəhmətlik dayım Rasim Mirzoev alimdir. Mən orta məktəbi Azərbaycan bölməsində oxusam da hələ uşaq vaxtından bədii əsərləri rus dilində mütaliə edirəm. Çünki o dövrdə Azərbaycan dilində tərcümələr çox deyildi, ona görə məcburiyyətdən rus dilində oxuyurdum. - Heç kitab oğurladınızmı? - Yox. Evimizdə o qədər kitab olub ki... - Şəxsi kitabxananız vardırmı? - Əlbəttə var. - Orada sevmədiyiniz yazarların kitabı varmı? - "Sevmədiyin yazıçı” cümləsi xoşuma gəlmir. Sadəcə hələ anlamadığımız yazıçılar var. Yəni onları anlamaq üçün vaxt lazımdır. - Məktəbdə, universitetdən dərs kitablarınız dururmu? - Yox. Qalmayıb. - Birinci sinifdə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı? - Yadımda deyil. Amma oxumağı da, yazmağı da sevmişəm. - Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz? - Vərəqin ucunu qatlayırdım. Hərdən kitabın arasına qoymaq üçün əlfəcindən istifadə edirdim. Çünki vərəqi qatladığıma görə evdə danlayırdılar. - Şeir əzbərləyirsiniz? - Bəli. Hətta bədahətən şeir də yazırdım. Bu yaxınlarda da “Həvvan olum” mahnısının sözlərini yazmışam. Amma hərdən olur belə hallar, ilham pərisi gələndə. - İlk oxuduğunuz kitab yadınızdadır? - Yadıma gəlir, Dümanın əsərlərini oxuyurdum. Rəşad Nuri Güntəkinin də əsərlərini sevirdim. Uzun müddət Mopassanın hekayələrinin təsirindən çıxa bilməmişəm. - Kitab bağışlamısınızmı? - O qədər bağışlamışam ki... Amma bəziləri də kitablarımı oxumaq üçün götürüb qaytarmayıblar. Sevdiyim kitabları itirmək mənim üçün böyük itkidir. - Uşaqlarınıza nağıl oxuyurduz? - Gözümü açandan mənim üçün nağılı nənəm oxuyub. - Sizcə müğənni ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır? - Dəxli yoxdur müğənnidir, ya polis. İnsanda bu həvəs varsa oxuyacaq, o qabiliyyəti yoxdrursa oxumayacaq. - Axırıncı dəfə nə zaman kitab oxumusunuz? - Bu yaxınlarda Suad ləqəbli bir yazıçının “Diri-diri yandırılmış” əsərini oxumuşam. Öz başına gələn hadisələri yazıb. Düzdür, o yazıçı kimi o qədər də güclü deyil, amma hadisə təsirlidir. - Kitab oxuyan adam görəndə nə düşünürsünüz? - Atam kitabları avtomobilində saxlayır, anamı gözləyəndə oxuyur. Boş vaxtından səmərəli istifadə edən insanlardan çox xoşum gəlir. Mən təyyarədə oxumağı sevirəm. - Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı? - Bizdə də belələri çoxdur, amma əfsuslar olsun ki, çoxu efirdə deyil. Peşəkar aparıcılar evdə oturub. - Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes... - Yazıram. Əvvəllər day.az saytı üçün məqalələr yazırdım. Sonra “Livejournal”da bloqum var idi. Orda kitab üçün cızma-qara edirdim. Beş-on ilə bir kitab çıxaracam, mütləq. - Hansı ədəbi qəhrəmana bənzəmək istərdiz? - Bənzəmək istədiyimi deyə bilmərəm. Teodor Drayzerin “Kerri bacı”sının qəhrəmanına bənzəmək istəməzdim. Karolinada nankorluq vardı. O əsəri 13-14 yaşımda oxumuşdum. - İşlədiyiniz mühitdə kitab oxuyan çoxdur, ya oxumayan? - Ətrafımda oxuyanlar çoxdur. - Sizi qorxudan kitab olub, varsa hansıdır? - Ən çox təsir edən, bəlkə də qorxudan Xalid Hüseyninin “Çərpələng uçuran” kitabıdır. Allah heç kəsə göstərməsin. Ümumiyyətlə oğlan uşaqlarına qarşı çox həssasam. Üç oğul övladım var. Yaxşı ki, Əfqanıstanda doğulmamışam, yoxsa dünyaya uşaq gətirməkdən qorxardım. - Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız? - Çingiz Abdullayev, Elçin Səfərov, Ramiz Rövşən, Baba Pünhan, Həmid Herisçi, Elxan Qaraqan, Əsəd Qaraqaplan və başqaları. Çoxdur. - Svetalan Aleksieviçi tanıyırsız? - Əlbəttə tanıyıram. Ötən il Nobel mükafatı alan Belarus yazıçısıdır. Atamda onun kitabları var, hələ oxumamışam, amma oxumaq fikrim var. - Səmavi kitablardan hansıları oxumusunuz? - Hər gün Qurani-Kərim oxuyuram. - Son olaraq tamaşaçılara, oxuculara sözünüz. - Tamaşaçılara nə sözüm olacaq, onsuz da oxuyan oxuyacaq, oxumayan da oxumayacaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25 |
|
|
|
| • Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22 |
|
|
|
| • Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20 |
|
|
|
| • Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05 |
|
|
|
| • Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32 |
|
|
|
| • Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27 |
|
|
|
| • ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23 |
|
|
|
| • İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11 |
|
|
|
| • Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01 |
|
|
|
| • Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35 |
|
|
|
| • Vaqif Axundova ağır itki
Bu gün, 08:33 |
|
|
|
| • Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29 |
|
|
|
| • Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28 |
|
|
|
| • Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
| • Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06 |
|
|
|
| • Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03 |
|
|
|
| • Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02 |
|
|
|
| • Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37 |
|
|
|
| • Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34 |
|
|
|
| • Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23 |
|
|
|
| • İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21 |
|
|
|
| • "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10 |
|
|
|
| • "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03 |
|
|
|
| • Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51 |
|
|
|
| • Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35 |
|
|
|
| • Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20 |
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
|