Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                 

“Gecələr onunla yatırdım” - Sənubər İsgəndərli
Tarix: 21-01-2016, 08:40 | Çap et
“Gecələr onunla yatırdım”
Kulisin kitabla bağlı suallarını aktrisa Sənubər İsgəndərli cavablandırır.

- Uşaqlıqdan və indi oxuduğunuz kitablarda hansılar olub? Nələr qalıb yadınızda?

- Mark Tvenin "Şahzadə və dilənci", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan”, Sabirin "Hophopnamə"si ilə demək olar ki, yatırdım. Bidstrup adlı karikaturaçının bir neçə cilddə kitabı vardı, saatlarla onu vərəqləməkdən doymurdum.

- Sizcə aktyor ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Ümumiyyətlə mütaliə insanın şəxsiyyət kimi formalaşmasında böyük önəm daşıyır. Hər oxunan kitab, həyat müşkülünün min-bir düyünündən birini açır. O ki qaldı məhz aktyorların mütaliəsinə... teatrda tamaşaya qoyulan hər bir əsəri oxumamışdan əvvəl, müəllifin bütün və ya heç olmasa, qismən, əsərləri ilə tanış oluruq. Mütaliə, hər bir aktyor üçün vacibdir, mütləqdir.

- Məşhurların bir çoxu mütaliə etmir. Hətta məşhur xanəndələr var ki, ömrü boyu qəzəli səhv oxuyur, mənasını anlamır. Eyni zamanda aktrisalar, aparıcılar sözü vurğunu düz demir, bəhs etdiyi mövzuya yaxından bələd deyil. Bu məsələyə necə baxırsınız?

- Son dövrlər savadsızlıq kütləvi hal alıb. Texnika inkişaf etdikcə, insanlar geri gedir, cahilləşir... Sadəcə sosial şəbəkələrdə yazılan statusları, kommentləri oxumaq kifayətdir. Balaca bir cümlədə üç-dörd kobud səhv olur. Televiziyalar reytinq qurbanı olalı, tamaşaçılar da onların qurbanı oldu. Hər bir şey zəncirvaridir. Dəhşətlisi isə, hər kəsin öz savadsızlığına, cahilliyinə haqq qazandırmasıdır.

- Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Müqayisə yaxşıdır, ən azından sağlam rəqabətə yol açır... Amma bəzən də subyektivdir... Ölkə, mentalitet, nüfuz fərqi var...

- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq...

- Sovet dövrünü bu gün tənqid etmək, dəb halını alıb, amma bu günümüzün fəxr etdiyimiz bir çox ziyalı insanları o dövrün yetirmələridir... Hər bir orta səviyyəli ailənin kiçik də olsa kitabxanası, evində pianinosu və ya başqa musiqi aləti vardı. Bizim sinifdə 30 şagird vardı, onlarda 20-si musiqi məktəblərində də oxuyurdu... Bu gün belə hallara az rast gəlinir. Gəlinlərin cehizinin ən önəmlisi pianino, kitablar idi. Mən özüm makulatura yığırdım qonşulardan, kitab almaq üçün. Bəzən heç vermirdilər də... (gülür)

- Yeni mahnıların sözləri sizi qane edirmi?

- Musiqi də teatr kimi kollektiv sənətdir, yəni şair, bəstəkar, aranjimançı, ansabl və nəhayət müğənni... Bu gün bu işi çox vaxt bir nəfər görür. “Moskva göz yaşlarına inanmır” filmində deyildiyi kimi “On je Qoqa, on je Qoşa, on je Jora” (gülür). Ən əsası isə müğənnilərin böyük qismini mahnının ritmi və toy bazarı maraqlandırır.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes...

- Yox yazmıram. Heç vaxt da fikrim olmayıb. İstedad elə bir şeydir ki, mənim fikrim olmasaydı belə, hər necə olur-olsun özünü büruzə verəcəkdi. Məcbur mümkün olan şey deyil. Mən indi baxıram nəvəmə, uşaq əlinə nə keçdi, lap balaca bir kağız parçası, evin divarı, stolun üstündəki salfetka qırığı, bu uşaq hər yerdə şəkil çəkir. Bu artıq istedaddır. Yəni özü də bilmədən bizi yönləndirdi ki, ona bir müəllim tutaq.

- Şeir əzbərləyirsiniz heç?

- Şeir əzbərləməyi heç vaxt sevməmişəm, heç yadımda da qalmır. Təbii ki, işimdən dolayı, lazım olub, əzbərləmişəm. Amma indi heç birini belə yadıma sala bilmərəm. Dəftər-dəftər rol əzbərləyim, heç bir çətinliyim olmaz, di gəl bir misra şeir yadımda qalmır (gülür).

- Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.

- Əsərlərini, şeirlərini sevə-sevə oxuduqlarım çoxdur. Hüseyn Cavid, Vaqif Səmədoğlu, Ramiz Rövşən və s.

- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

- Kulisdə çap olunanlardan bəzilərini ara-sıra oxuyuram. Müasir yazarlarımızdan, özümün aldığım, mənə bağışlanan kitablar var, oxuyuram. Əslinə qalsa, mən xarici yazarları, dünya klassikasından daha çox oxumuşam. Gərək səhvimi düzəldəm (gülür).

- Svetalan Aleksieviçi tanıyırsız?

- Svetlala Aleksieviçin yaradıcılığına bələd deyiləm, yalnız keçən ilin Nobel mükafatçıları sırasında olduğunu bilirəm.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Səmavi kitablardan yalnız Quranı oxumuşam... Amma, deyəsən təkrar oxuyacam.

- Son olaraq oxuculara nə deyırdiniz?

- Baxmaq, görmək demək deyil. Mütaliə edin ki, "görə" biləsiz. Bu qədər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru