"Mən müəlliməm. Vokal sinfini bitirmişəm və musiqi müəllimi işləyə bilərəm. Amma işləmirəm, çünki hövsələsizəm".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Həmin Zaur" verilişində deyib. Sənətçi müəllim peşəsinin çox ağır olduğunu
"İndiki müəllimləri görürük. Yazıqların başına oyun açırlar. Müəllimə imkan vermirlər ki, nəsə etsin. Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər. İmkan da vermirlər ki, məktəbə tərbiyələnsinlər. Ona görə də müəllim peşəsi indiki dövrdə ən çətin və ağır işdir. Fəhlənin daş daşımasındanda da yüklü bir işdir".