“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                 

“Tamaşaya içkili gəlirdi, əyyaş idi, xəstəxanaya yerləşdirdilər, orada da öldü”
Tarix: 26-05-2023, 06:05 | Çap et
“Tamaşaya içkili gəlirdi, əyyaş idi, xəstəxanaya yerləşdirdilər, orada da öldü”
“Mən incəsənət sahəsi ilə xudahafizləşmişəm. Bəlkə də səhnəyə qayıdıb oynayardım, amma ayaqlarım sözümə baxmır....
Yəni, deməyim odur ki, vaxtında işləmişəm. İndi nə teatra, nə də ki, kinoda çəkilməyə həvəsim var. Bakıda yaşamıram. Demək olar ki, Neftçalada oluram. Heç bir yerə müsahibə də vermirəm. Qətiyyən həvəsim yoxdur. Sizdən başqa mənim nömrəmi bilən jurnalist də yoxdur. Məsəl üçün, mən efirdə çıxdım danışdım, bir gündən sonra hər şey unuduldu. Nə fərqi oldu məni gördülər yaxud da görmədilər?! Tamaşaçılara ola bilsin ki, maraqlıdır, amma mən düşünmürəm ki, özüm tamaşaçılara maraqlıyam”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, “Hicran” televiziya tamaşasında Orxan obrazının ifaçısı Bəhram Əliyev deyib.

“20 ilə yaxın indiki Akademik Musiqili Teatrın aparıcı solisti olmuşam. Bütün sevgi qəhrəmanlarını Mobil Əhmədovdan sonra mən oynamışam. Axır vaxtlar yaşlanmışdı deyə, məni dəvət edib, rol verdilər. O vaxtı hər adamı teatrda işə götürmürdülər. Şəmsi Bədəlbəyli şəxsən özü bizi yoxlayıb teatra qəbul edirdi. Teatrda işləyəndə də aktyor heyəti ilə çox oturub-durmurdum. Dedi-qodular, aralarında söz-söhbətlər olurdu. Mən ömür boyu elə şeylərə qarışmamışam. Heç aktyor olmaq fikrim də yox idi. Yaxşı vokalist olduğum üçün məni işə götürmüşdülər. Teatra o vaxt gələndə 3 briqada var idi. Biri Nəsibə xanımın briqadası idi, biri Hacıbaba Bağırovun, o biri isə Siyavuş Aslanın briqadası. Mən Nəsibə xanımın briqadasında idim. Elə vaxt olub ki, xəstə ola-ola gəlib tamaşa oynamışam. Səsim çıxmaya-çıxmaya oxumuşam. Teatrımız təmirə bağlandı, tətildən qayıdanda artıq Hacıbaba Bağırovu teatrın direktoru təyin etdilər. İki namizəd var idi, Siyavuşla Hacıbaba. Hacıbaba qalib gəldi. Mən də teatrdan uzaqlaşmışdım. Çünki Hacıbabadan əvvəl teatra Qəzənfər Topçuyev adlı direktor gəlmişdi. O vokalistlərin qədrini bilmirdi. Soyuq qış aylarında məktəblərə göndərirdi ki, “get çaqqal, canavar rolu oyna”. Deyirdim ki, “mən vokalistəm, gedib xəstələnsəm səhəri gün tamaşada kim oxuyacaq?”. Hacıbaba direktor seçiləndə məni teatra qaytardı. Nə Hacıbaba müəllimin, nə Nəsibə xanımın, nə də Siyavuşun tamaşalarına bilet tapılmırdı. Milət gəlirdi, kor-peşman çıxıb gedirdi. Fuad adlı aktyorla 2 ay idi teatra gəlmişdik. Hacıbaba Bağırovun tamaşasına baxmaq istəyirdik. Yer yox idi. Orkestrin oturduğu yerdə dayanıb tamaşaya baxırdıq. Tamaşaçı bizi görmürdü, amma Hacıbaba Bağırov görürdü. Bizə baxıb dedi ki, “yerinizi yaxşı tapmısınız, sizin yeriniz elə ora olacaq, ortalığa çıxa bilməyəcəksiniz”. Mən bildim ki, o sözü bizə atdı. Guya ki, həmin sözü tamaşada Novruz Qartala deyirdi. Üstündən bir müddət keçəndən sonra bunu Hacıbaba müəllimdən soruşdum. Dedi ki, mənim yadıma gəlmir” deyə aktyor bildirib.

Aktyor “Hicran” tamaşasında eyniadlı obrazın ifaçısından da danışıb.

““Hicran” tamaşası bir müddət getmədi. Çünki orada Orxan obrazını Pərviz adında bir vokalist oxuyurdu. O da əyyaş idi, tamaşaya içkili gəlirdi. Onu xəstəxanaya yerləşdirdilər, xəstəxanada da vəfat etdi. Mən teatra gələndə Orxan rolunu mənə tapşırdılar. Hicran rolunu aktrisa Sona Həsənova oynayırdı. Tamaşa çəkiləndə mənim 32, Sona xanımın 50 yaşı var idi. Sona xanım bəlkə də yaşamır. O həmişə deyirdi ki, təqaüd yaşım çatan kimi 1 dəqiqə də olsun teatrda qalmayacam. Bir müddət birlikdə oynadıq. Mən bəzən öz-özümə fikirləşirəm ki, bu ömrü yaşamışam yoxsa bu bir yuxudur?” deyə sənətkar bildirib.

Sənətkar səsinin olmasına baxmayaraq heç vaxt toya getmədiyini bildirib.

“Heç vaxt toya getməmişəm. Bizdə bir vokalist var idi, Novruz Məmmədov. O toylara da gedirdi, vokal da oxuyurdu. Yaxşı səsi də var idi. O toylar səsini pis günə qoydu. Hətta vokaldan 3 qiyməti aldı, halbuki 5-lə daxil olmuşdu universitetə. Tələbə vaxtı restoranda işləmişəm” deyə Bəhram Əliyev bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Bu gün, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Bu gün, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru