“Bircə onu düşünürlər ki, məşhurlaşaq, fəxri ad alaq..." - ETİRAZ
Tarix: 28-03-2023, 09:37 | Çap et
 “Kinoya çəkilənə qədər artıq 6 il idi ki, teatrda çalışırdım. Teatr mənim həyatımdır. Həyatımı bu sənətə həsr etmişəm. Kino isə məhəbbətimdir. Mən kinonu sevirəm, kino mənim üçün bir aləmdir. Hər zaman deyirəm ki, teatrda edə bilmədiyimi, kinoda edə bilərəm. Çünki kinonun şəraiti və imkanları genişdir. Əgər tək teatrda qalsaydım, teatr aktyoru kimi inkişaf edəcəkdim, amma necə inkişaf edəcəkdim, necə aktyor olacaqdım? Bax bunu kino təsdiq etdi. Kinoya çəkiləndən sonra teatrda mənə qarşı münasibət sözün yaxşı mənasında dəyişdi”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Hacı İsmayılov deyib.
“O zaman bizim teatrda çox görkəmli aktyorlar fəaliyyət göstərirdi. Onlar Azərbaycan teatr sənətinin inkişafında böyük rolları olmuş sənətkarlar idi. Sözsüz ki, biz onların yanında çəkinirdik. Onların da münasibəti bizə belə idi ki, görəsən bunlardan aktyor olacaq?! İndi də o fikir var. İndiki cavanlar bizim dövrün cavanları deyil. İndikilər daha çox cəsarətlidirlər, iddialıdırlar. Hərdən deyirəm ki, iddianı azaltsınlar. Gərək bu sənəti sevəsən. Zəhmət çəkəsən. İndikilər zəhməti sevmirlər. İddiaları çoxdur ki, tez fəxri ad alaq, məşhurlaşaq. Onları heç qınamaq da lazım deyil. Zəmanə çünki belədir. Amma mən onların bir çoxunda böyük istedad görürəm. Bir şeyə sevinirəm ki, biz yaşlı nəsildən sonra gələn nəsil uğurlu bir nəsil olacaq” deyə sənətkar bildirib. Xalq artisti bildirib ki, tanınmaq ən böyük arzusu olub. “Cavan olanda hər zaman arzu edirdim ki, tamaşaçılar məni də bir aktyor kimi tanısınlar. Cavanlıqda deməzdim ki, buna nail oldum. Məşhurluğum “Ad günü” filmindən sonra başladı. Görkəmli rejissorumuz Rasim Ocaqov bu filmi çəkəndə təsəvvür etmirdik ki, film bu qədər uğur qazana bilər?! Çox şükür ki, uğurlu oldu. Rasim Ocaqov çox ciddi, məsuliyyətli, peşəkar rejissor idi. Çox vaxt aktyorlar cəsarət etmirdi ki, onun filmlərində improvizə etsinlər. O həmişə deyirdi ki, “mənə nə lazımdırsa, onu et”. Artıq improvizələri montajla çıxarırdı. “Həm ziyarət, həm ticarət” filmində güzgü qabağında məşq etdiyim səhnə böyük bir monoloq idi. Amma sözlərimi bir dəfəyə deməli idim. Fikirləşdim, dedim ki, “Rasim müəllim, gəlin bu monoloqu iki yerə bölək”. Dedim ki, əvvəl Mustafa maykada güzgünün qabağında dayanıb məşq edir. Ondan sonra Həsən Məmmədovla bağlı bir epizod var, o ortaya girir. Sonra söhbət gedir ki, mən televiziyada çıxış edəcəyəm. Dedim ki, ikinci dəfə də bu monoloqu çəkəndə mən qastukda, pencəkdə olum. Rasim müəllim məsləhətə qulaq asdı. Deyərdim ki, bu səhnə filmin ən yaddaqalan səhnələrindən biridir” deyə sənətkar bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58 |
|
|
|
| • Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52 |
|
|
|
| • Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47 |
|
|
|
| • Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40 |
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
|