ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq .....                     Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib .....                     Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb .....                     İran saytı Orta Dəhlizi .....                     Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Qarabağ erməniləri ilə bağlı Paşinyandan .....                     AZCON-a yeni şöbə müdiri təyin olunub .....                     Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: .....                     Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ .....                     Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu .....                     Putinin adamı Paşinyanın reytinqinə çatır .....                     Yapon olmaq lazımdır, yapon... .....                     "Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin" .....                     Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır .....                     Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı .....                     İştirakçı olmadı, dövlət qurumunun tenderi .....                     Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb .....                     Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə .....                     Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir .....                     Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib .....                     “Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? .....                     Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... .....                     “Bolmart”da müştəriləri endirimlə belə aldadırlar .....                     Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi .....                     Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu .....                     10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir .....                     Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var .....                     Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır .....                     Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ... .....                     “Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı, orada “əjdahaya dönüb” .....                     AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNUR .....                     Xaçmazda Qarabağ Qazisi həbs olundu .....                     Konqresdə anti-Azərbaycan isteriyası .....                     Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                     Rövşən Rüstəmov nəyə nail olmaq istəyir .....                     Hərbi hissənin ərazisini özəlləşdiriblər... .....                     “İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” .....                     "Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" .....                     Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir .....                     “Ricon” MMC aylardır işçilərin maaşını vermir .....                 

Baba Vəziroğlu “Poz, qazan”a ÜSYAN ETDİ - “Lotereya qadağan deyil, amma belə yox, “ağ eləməyin””
Tarix: 29-09-2022, 09:25 | Çap et
Baba Vəziroğlu “Poz, qazan”a ÜSYAN ETDİ
“Təbii ki, “Poz, qazan” kimi lotereyalar insanı yoluxduran oyunlar sayılır. Aydındır ki, həmişə möcüzələrə atlanan kasıblar olur. Möcüzə gözləyən kasıbdır ki, bəlkə, göydən bir torba pul düşər, problemimi həll edərəm. Zənginlərə göydən düşən pul lazım deyil ki. Onların yerdə pulları çoxdur. Lotereyaya pis baxmıram. Reklamlarda da verirlər, kiminsə bəxti gətirir, gedib evini təmir etdirir. Lotereyanı ona görə icad ediblər ki, oyunu təşkil edənlər daha çox qazansınlar, nəinki millət. Bəxtəbəxt bir şeydir. Yüzü uduzur, biri-ikisi qazanır. Amma ən çox qazanan, təbii ki, lotereyanı təşkil edən şirkətdir. Dövlətə də müəyyən faiz gedir, aydındır. Əleyhinə deyiləm. Amma belə lotereyaların bilavasitə məktəblərin, mədəniyyət ocaqlarının yaxınlığında satılması məni də narahat edir. Şagirdi təhsildən heç nə ayırmamalıdır. Belə şirnikləndirici oyunlar məktəbləri elmdən, təhsildən yayındıra bilir. Bakı Şəhər İcra Hakimiyyətinin başına yer qəhət deyil ki…”

DİA.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

O bildirib ki, “Poz, qazan” kimi lotereyaların satışı üçün məktəblərdən, mədəniyyət ocaqlarından daha əlverişli yerlər var: “O lotereya masalarını düzməyə Bakıda yer çoxdur. Restoranların, kafelərin qabağında satsınlar. Lotereyaya meyillilik daha çox belə yerlərə girən insanlardadır. Belə insanların vaxtları daha çoxdur. Buna ictimaiyyət öz səsini qaldırmalıdır. Amma məktəblərin, mədəniyyət ocaqlarının yaxınlığında belə satışların həyata keçirilməsi ilə bağlı məsələni əsas Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi qaldırmalıdır. Belə yerlərdə lotereyaların satışı ürəkaçan deyil. Uşaqlarımız belə oyunlara, telefonla göndərilən əxlaq pozucu videolara çox meyillidirlər. Hansısa qüvvələr çalışırlar ki, uşaqlarımız savadsız, təhsilsiz, mədəniyyətsiz qalsınlar. Bunu istəyən qüvvələr çoxdur. Onlar, təbii ki, dost yox, düşməndirlər. Bunu biz anlayırıq. Onlardan qorunmağa çalışırıq. Bir də var, öz doğma qurumlarımız, yaxud sapı özümüzdən olan baltalar buna şərait yaradanda, əlbəttə, bizə toxunur. Bizim yüz dəfə bunu deməyimizlə əmələ gəlmir. Azərbaycanda əsas işləyən dövlət rıçaqlarıdır. Hətta dinin də rıçaqları işləmir. Din deyəndə ki, bunu edən cəhənnəmə gedəcək, deyəcəklər “əşi, cənnəti elə mən burda gördüm, cəhənnəm bilmirik var, ya yoxdur”. Amma dövlətin rıçaqları möhkəmdir, onlar hərəkətə keçməlidir. Dövlətin həbsxanası, təhdidləri, cəzası var. Dövlət deyir “cəhənnəmdə yox, elə indi cəzalandıracağam”. Dövlətin üstünlüyü də bundadır. Mən təsadüfən Elm və Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin adını çəkmədim. Onlar mütləq etiraz səslərini rəsmi şəkildə qaldırmalıdırlar. Bakı Şəhər İcra Hakimiyyətinə gücləri çatmırsa, daha böyük yuxarı instansiyalara müraciət etməlidirlər. “Lotereya satırsınız, çox sağ olun, amma bizdən bunu uzaq edin” deməlidirlər. Lotereya oyunu bizdə qadağan deyil ki. Edin, amma belə yox, loru dildə desək, “ağ eləməyin””.

Baba Vəziroğlu Bakının mərkəzi yerlərində qumar xarakterli lotereyaların satışına icazə verildiyi halda, kitab satışının, sərgisinin təşkilinə icazə verilməməsinə də münasibət bildirib: “Kitab satışına heç bir məhdudiyyət olmamalıdır. Hətta yazıçı Kəramət Böyükçöl kitablarını satır. Mən alqışlayıram ki, ona maneə olan yoxdur. Küçə musiqiçiləri kimi hər bir müəllif öz kitablarını qarşısına qoyub sata bilər. Düzdür, mötəbər mənbədən eşitmişəm ki, küçə musiqiçilərindən də “haqq” alırlar. Fərqi yoxdur, kitabımı satıramsa, mən də müəyyən qədər “haqq” verim, razıyam. Təki məhdudiyyət olmasın. İctimai qaydaları pozmamaq şərtilə. Kitab satışı “Quran” satışı kimi bir şeydir. “Quran” da kitab adlanır”.

B.Vəziroğlu oxuduğu kitablardan da söz açıb: “Ən son oxuduğum kitab elə öz kitabımdır. İki gün qabaq çapdan çıxıb. “Qalanı xatirədir” adlı kitabdır. Ona görə oxuyuram ki, görüm nə səhvlər gedib. Bundan əlavə, əlbəttə, hər gün oxuduğum kitablar var. Azərbaycan, rus, dünya ədəbiyyatı… Tez-tez oxuduğum rus klassikasından Çexov, bizdən isə Rafiq Tağıdır. Tez-tez onlara qayıdıram. Əlbəttə, dostum Ramiz Rövşəni oxuyuram. Əslində oxumaq deməyək, tez-tez onlara qayıdıram. Çünki yaxşı təzə kitab artıq möcüzə kimi bir şeyə çevrilib, həmişə yoxdur axı. Ona görə də dəfələrlə, təkrar-təkrar sevdiyim yazıçılara qayıdıram, Dostayevski, Markes, Çexov, Rafiq Tağı, Ramiz Rövşən… Bu gün oxuduğum yazıçılardan biri də Şərif Ağayardır. Mübariz Örən də. Əsasən nəsir daha çox oxuyuram. Kəramətin isə bütün statuslarını oxuyuram. Düzdür, yazılarını oxumuram. Amma Kəramət statusları ilə insanı hər hala sala bilir. Həm ağladır, həm güldürür, düşündürür. Hərdən oxuyanda, ümumiyyətlə, dünyadan bezar olub, çıxıb getmək istəyirsən. Elə olur, az qala getmək ərəfəsində olduğun halda, başqa statusunu oxuyub geri qayıtmaq istəyirsən ki, dünya gözəldir. Hər mənada Kəramət Böyükçölün yazdıqları mənə çox xoşdur, mənim üçün öz yeri var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Bu gün, 00:44
Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Bu gün, 00:39
Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Dünən, 12:29
İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Dünən, 12:26
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Dünən, 12:23
Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Dünən, 12:16
AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 12:12
Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Dünən, 12:10
Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Dünən, 12:08
Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Dünən, 12:01
Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Dünən, 11:50
Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Dünən, 11:46
"Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Dünən, 11:38
Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Dünən, 11:25
Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 11:06
İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 11:03
Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Dünən, 11:00
Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Dünən, 10:55
Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir - TƏFƏRRÜAT
Dünən, 10:51
Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib - "Sülh budur"
Dünən, 10:46
“Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA
Dünən, 10:22
Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... - “Hraparak”
Dünən, 10:19
“Bolmart”da müştəriləri endirimlə belə aldadırlar - NARAZILIQ VAR...
Dünən, 10:07
Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi - “Fakt”
Dünən, 10:03
Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu - 7 milyonluq müqavilə bağlanıb
Dünən, 10:01
10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir - ONA GÖRƏ DƏ...
Dünən, 09:56
Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var
Dünən, 09:52
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır - Mirzoyan
Dünən, 09:49
Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ... - AXI NİYƏ?
Dünən, 09:44
“Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı, orada “əjdahaya dönüb” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:35
AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNUR - BU NƏDİ BELƏ?
Dünən, 09:25
Xaçmazda Qarabağ Qazisi həbs olundu - TƏFƏRRÜAT
Dünən, 09:20
Konqresdə anti-Azərbaycan isteriyası - Görünəni odur ki...
Dünən, 09:11
Azərbaycanda məktəblər distant təhsilə keçə bilər – Qərar gözlənilir
Dünən, 07:41
Rövşən Rüstəmov nəyə nail olmaq istəyir - NARAZILIQ VAR...
Dünən, 07:38
Hərbi hissənin ərazisini özəlləşdiriblər... – SABİQ MƏMURLAR HAQDA ŞOK İDDİALAR
Dünən, 07:31
“İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:00
"Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" - ÖZBAŞINA QALIBLAR...
Dünən, 06:56
Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir - NARAZILIQ VAR...
Dünən, 06:51
“Ricon” MMC aylardır işçilərin maaşını vermir – DAHA BİR ŞİKAYƏT
Dünən, 06:48
"Sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub" - ŞƏRH
Dünən, 06:45
Gəncə təhsili 'GÜL VURUR': Təmirli məktəbdə təmir pulu YIĞIMI - BU NƏDİ BELƏ?
Dünən, 06:41
Sülhə Ağ ev TƏMİNATI - İNCƏLƏMƏ
Dünən, 06:35
Sentyabrda sülh sazişi?... - GƏLİŞMƏ
Dünən, 06:30
“Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?” - Xalq artisti
Dünən, 06:28
İsveç Baltik dənizi üzərində Rusiya qırıcılarının fotolarını dərc etdi - “Reuters”
Dünən, 06:23
"İcra hakimiyyətlərinin funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi zərurəti var" - deputat
Dünən, 06:18
Quru sərhədlərin açılması ilə bağlı mühüm anons - AKTUAL
Dünən, 06:15
ABŞ "TikTok" üzərində nəzarəti saxlayacaq - Tramp
Dünən, 06:00
Polşa Rusiya qırıcılarının onlara aid neft platformasının üzərindən uçduğunu açıqlayıb - KİV
Dünən, 05:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru