"Heç olmasa 1 otaqlı ev versəydilər..." - Arif Quliyevin xanımı
Tarix: 20-09-2022, 09:48 | Çap et
 “Bir evdə 3 ailə yaşayırıq. Qızım və oğlumun ailəsi, 4 nəvəm və mən. Köhnə “xruşşovka” binadır, 3 otaqlı evdir. Özüm də xəstə adamam, ev çox balacadır. 7 ildir ki, qaraciyər sirrozundan əziyyət çəkirəm. Çox çətin vəziyyət yaranıb. Ölkə başçısından, aidiyyatı qurumlardan xahiş edirəm ki, vəziyyətimizi nəzərə alıb, bizə kömək etsin. Heç olmasa 1 otaqlı ev versəydilər, bu bizim ailə üçün böyük kömək ola bilərdi” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Quliyevin xanımı Gülzar Quliyeva deyib. O daha sonra əlavə edib. “Bir insan var, Arifə görə ayda bir dəfə dərmanlarımı almaqda köməklik göstərir. Çünki dərmanlar çox bahadır. Allah onun köməyi olsun. Arif özü həyatda olmasa da, adı mənə bu gün də köməkdir. Hərdən bir sistem vurdurmaq üçün tibb bacısı gəlir, o da puldur. Bir analizi vermək üçün 130 manat pul xərcləməliyəm. Arif Prezident təqaüdü alırdı, yaşayışımız yaxşı idi. Bundan əlavə fəxri ada görə də müəyyən qədər məvacib alırdı. Birtəhər dolanırdıq, həyat öz axarı ilə gedirdi. Hər şeyi Arif edirdi, qabağa o düşürdü. İndi bütün yük boynumdadır, mənim üçün onsuz çox çətindir. Arif getdi, ailənin bütün ruzi-bərəkətini də özü ilə apardı. Vallah hələ də onun ölümünə inanmıram. Nəinki mən, Arifin ölümünə ailəmizdə heç kim inanmır. Nəvələrim divanda əyləşən kimi, elə bilirlər ki, babası bu dəqiqə gəlib yanlarında oturacaq” deyə sənətkarın ömür gün yoldaşı deyib. Gülzar Quliyeva həyat yoldaşı ilə bağlı xoş xatirələrini də bizimlə bölüşüb. “Mən bir neçə ildir ki, ağır xəstəyəm. Amma Arifin heç bir xəstəliyi yox idi, sağlam adam idi. Bəlkə də mən öləcəkdim, Arif məni qabaqladı. Hər şey bir anın içində baş verdi. Xəstəxanaya da deyə-deyə, gülə-gülə getdi. Heç vaxt inanmazdıq ki, müalicə almaq üçün gedəcəyi xəstəxanadan bir daha geri qayıtmayacaq. O məni heç vaxt işləməyə qoymayıb. Buna ehtiyac da olmayıb. Biz 43 ildən artıq birlikdə yaşadıq. Bir-birimizi hər zaman başa düşmüşük. Başa düşmüşəm ki, aktyordur, evə gec də gələ bilər, tez də. Bunların heç birini söz etməmişəm. Evdə çox ciddi insan idi, səhnədə tam başqa. O qədər qayğıkeş həyat yoldaşı, ata və baba idi ki. İşlərinin nə qədər çox olmasına baxmayaraq ailəsinin bütün üzvlərinə vaxt ayırırdı. Nəvələr onunla nəfəs alırdı. İndi nəvələrinin gözü hər yerdə onu axtarır” deyə Gülzar Quliyeva deyib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Bu gün, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Bu gün, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Bu gün, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Bu gün, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Bu gün, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Bu gün, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Bu gün, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58 |
|
|
|
| • Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46 |
|
|
|
| • "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42 |
|
|
|
| • “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35 |
|
|
|
| • Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33 |
|
|
|
| • Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27 |
|
|
|
| • Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25 |
|
|
|
| • "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07 |
|
|
|
| • Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02 |
|
|
|
| • Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57 |
|
|
|
| • OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55 |
|
|
|
| • Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53 |
|
|
|
| • AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49 |
|
|
|
| • AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47 |
|
|
|
| • Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
| • AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37 |
|
|
|
| • Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34 |
|
|
|
| • “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32 |
|
|
|
| • Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25 |
|
|
|
| • SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23 |
|
|
|
| • Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19 |
|
|
|
| • 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13 |
|
|
|
| • Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23 |
|
|
|
| • Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20 |
|
|
|
| • Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18 |
|
|
|
| • ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14 |
|
|
|
| • Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56 |
|
|
|
| • Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54 |
|
|
|
| • Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50 |
|
|
|
| • Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47 |
|
|
|
| • Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35 |
|
|
|
| • İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
|