"Ayıb olsun arvad hesabına yaşayan kişilərə"
Tarix: 18-08-2022, 10:25 |
Çap et
"Təndirlərdə çörək bişirib evdə kişi saxlayırsınız. Ayıb olsun qayınana, ata, arvad, qadın hesabına yaşayan kişilərə. Gedib işləsin, canı çıxsın daş daşısın, uşaqlarına baxsın".
DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramında deyib. O, işləməyən kişiləri tənqid edib:
"Evdə həyat yoldaşımla aramızda davamız onun üstündədir ki, nə edirsən işləməyi, gəl otur burada yaşayaq. Öz hesabıma ayaq üstündə duran qadınam. Sabah işləməsəm evimə çörək gətirənim var. Amma deyirəm ki, öz ayaqlarım üstündə durmalıyam. Bir şey baş verərkən uşaqlarımı qucağıma alıb, özümə, həyatıma baxmalıyam. Kişi olsaydım heç yatmazdım. Qayınanalar, qayınatalar kişiləri pis öyrədir. Bəziləri guya qız ərə verir, əksinə qız alırlar".