"Çox sürətlə yaşayarsan, yavaş get deyirlər"
Tarix: 18-08-2022, 09:29 |
Çap et
Xəbər verdiyimiz kimi, müğənni Mina Hüseynova ərə gedib və instaqramını bağlayıb. DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, sənətçi aylar sonra yenidən sosial şəbəkəyə qayıdıb. O, həyat yoldaşı ilə görüntüsünü yayımlayıb və onun üzünü gizlədib. Mina paylaşımına bunları yazıb:
"Çox sürətlə yaşayarsan, yavaş get deyirlər. Yavaş yaşayarsan, ölü kimidir deyərlər. Gülərsən, nə gülür bu, dəlidir deyərlər. 28 yaşlı sevdiyinlə ailə qurarsan, 50 yaşlı hacı deyərlər. Çünki səni də özləri kimi bilirlər. Ona-buna qulaq asmağa son ver. Kim nə deyir desin, hər kəs öz pəncərəsindən baxır dünyaya".