“Nə qızımın bu sənətdə olmağını istəyərəm, nə də oğluma bu sənətdən qız alaram...”
Tarix: 4-07-2022, 08:23 | Çap et
 Tanınmış müğənni Sevda Sanaliyeva Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir: - Sevda xanım, sənət həyatınızda nə kimi yeniliklər var?
- İki yeni mahnım var, onların üzərində çalışıram. İnşallah ki, sentyabr ayında təqdim edəcəyəm. Çünki artıq istirahət abu-havasındayam. Həm işləyirəm, həm də övladlarımla istirahət edirəm. Övladlarım dərslərdən çox yorulublar, çalışıram ki, onlarla birgə yayın dadını çıxarım. - Şou-biznesin bu günki vəziyyətində sizi səhnədən hansı səbəb soyuda bilər? - Mən səhnədən yox, efirlərdən soyumuşam. Çünki efirlərdə qalmaqal, gələn qonağa hörmətsizlik, bəzi aparıcıların sənətçiləri alçaltmağa çalışdıqlarını gördükcə efirlərdən soyuyuram. Onlar hər şeyi reytinq xatirinə edirlər. İnanın ki, efirlərə ara-sıra çıxmağımın tək səbəbkarı sevənlərimin bunu məndən istəməkləridir. Bunu ən yaxşı bilənlərdən biri də sizsiniz ki, verilişlərə nadir hallarda “hə” deyirəm. Efirlərdən uzaq dururam. Hər gün səhnələrdə, şou-proqramlarımdayam, çünki mənim işim budur. - Səhnədə səliqəni, yerli-yerindəliyi sevən Sevda evdə necədir?
- Mən səliqəni xəstəlik dərəcəsində çox sevirəm. Bunu mənə yaxın olan insanlar da bilir və deyirlər. Hətta narazılıqlarını da bildirirlər. Bu isə məni çox yorur, əldən salır, əsəb verir. Çünki evdə qoyduğum əşyanın yerində olmasını istəyirəm. Hər əşyanın öz yeri var. Bir mebeldə gördüyüm əşyanı başqa mebeldə görürəmsə, yaxud yerində tapa bilmirəmsə bu həqiqətən mənə pis əsəb verir. Bu da mənim sağlamlığıma çox ziyandır. Yaxınlarım mənə deyir ki “belə olmaz, bir az rahat ol, qoy süfrə bir az əyri dursun” və s. Onlar bilirlər ki, bu sözləri mənə deməklə bu məsələlər düzəlməyəcək. Mən düşünürəm ki, insanın evinin səliqəliyi özünün səliqəliyidir. Bəzən görürsən ki, gözəl, baxımlı xanımdır, saçı makiyajı yerli-yerində, dırnaqları bir metr, amma evinə gedəndə Allah göstərməsin. O evdə mən bir stəkan çay içə bilmərəm. Mən özünə baxıb, evinə baxmayan xanımları sevə bilmərəm. Vacib olan insanın özünün, övladlarının, ən əsası da evinin təmiz olmasıdır. Üstü bəzək, altı təzək olanları sevmirəm. - Bu heç kimə şübhə deyil ki, mətbəxlə aranız əladır. Ara-sıra mətbəxdə hazırladığınız təamları paylaşırsınız.
- Bəli, mətbəxlə aram əladır. Bacardığım, hazırladığım təamları ara-sıra izləyicilərimlə də bölüşürəm. İstər yemək olsun, istər şirniyyat, istərsə də mürəbbələr, qış üçün hazırlanan təamlar. Mətbəx mənim yaralı yerimdir. Mənim mətbəxim də tər-təmiz olmalıdır. Qazanlarım, qablarım, qaşıqlarım, ümumiyyətlə mətbəx avadanlıqlarımın öz yeri var. Heç birinin üzərində kiçik bir ləkə ola bilməz. Vacib deyil ki, qazan təzə olsun, əsas odur ki, təmiz olsun. - Bu sənətin nümayəndələri arasında da hətta deyirlər ki, “oğluma müğənni qız almaram”. Sizcə müğənnini yaxşı göstərməyən nədir? Siz də belə düşünürsünüz? - Bu sualın cavab verməkdə bir az çətinlik çəkirəm. Çünki mən özüm də bu sənətdəyəm. Desəm ki, “oğluma müğənni qız almaram” içi özüm qarışıq bütün müğənniləri pis vəziyyətdə qoymuş olaram. Nə qızımın bu sənətdə olmağını istəyərəm, nə də oğluma bu sənətdən qız alaram. Ona görə yox ki, pisdirlər, yaxud da başqa bir səbəb var. Xeyr! Necə ki, başqa sahələrdə pis və yaxşı varsa, bizdə də elədir. Sadəcə biz göz önündəyik, 10-dan 2-si çürük çıxanda insanlar bunu başqa cür görürlər. Ona görə ki, 13 yaşımdan bu işin içindəyəm, çox insanları görmüşəm. Öz ayağının üstündə durmaq, öz gücünlə, namusunla, qeyrətinlə, heç kimdən asılı olmadan, heç kimə möhtac olmadan pul qazanmaq çətindir. Üstəlik də qabağa getmək, zirvələrdə olmaq. Bunun üçün Allahın ətəyindən yapışıb, öz sənətinə güvənib, çox iradəli olub, heç nəyə aldanmamalısan. Biz bunların hamısını bildiyimizə görə, hansı xanım müğənni bu sözü deyibsə, o da bu səbəblərə görə deyib. Həqiqətən bunun üçün xanımlarda iradə, güc, namus, qeyrət lazımdır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08 |
|
|
|
| • Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06 |
|
|
|
| • Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55 |
|
|
|
| • SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46 |
|
|
|
| • “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45 |
|
|
|
| • Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42 |
|
|
|
| • 10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41 |
|
|
|
| • "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39 |
|
|
|
| • Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35 |
|
|
|
| • Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33 |
|
|
|
| • Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31 |
|
|
|
| • Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29 |
|
|
|
| • Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27 |
|
|
|
| • “Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24 |
|
|
|
| • ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22 |
|
|
|
| • Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20 |
|
|
|
| • ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18 |
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58 |
|
|
|
| • Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46 |
|
|
|
| • "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42 |
|
|
|
| • “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35 |
|
|
|
| • Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33 |
|
|
|
| • Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27 |
|
|
|
| • Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25 |
|
|
|
| • "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07 |
|
|
|
| • Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02 |
|
|
|
| • Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57 |
|
|
|
| • OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55 |
|
|
|
| • Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53 |
|
|
|
| • AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49 |
|
|
|
| • AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47 |
|
|
|
| • Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
| • AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Dünən, 15:37 |
|
|
|
| • Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Dünən, 15:34 |
|
|
|
|