Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır
Tarix: 15-09-2021, 09:36 |
Çap et
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır.
Bu barədə APA-ya müğənninin qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, süni tənəffüs aparatına qoşulan sənətçi hazırda reanimasiyadadır.
Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda o, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə olunur.