"Gəlin mənim qulluqçum deyil ki, gəlib mənə kömək etsin"
Tarix: 28-06-2021, 11:36 | Çap et
 Teleaparıcı Zülfiyyə Bayramova Moderator.az-ın suallarını cavablandırıb. - Zülfiyyə xanım salam. Özünüzü necə hiss edirsiz? Bəzən səhhətinizlə bağlı yayılan xəbərlər bizi çox qorxudur.
- Çox şükür, hazırda yaxşıyam. Səhhətimdə də hər şey öz qaydasındadır. Bu aralar qanda dəmir aşağı idi, o problem aradan qaldırıldı. Daha sonra isə yüngülvari əməliyyat keçirdim. - Hal-hazırda fəaliyyətinizdə nə kimi yeniliklər var? - İşlə bağlı onu deyə bilərəm ki, hal-hazırda ATV telekanalı ilə əməkdaşlıq edirəm. Yeni mövsüm üçün layihələr təqdim etmişəm, qismət olsa, yeni layihələrlə qarşınızda olacağam. - İnsana güc verən nə və yaxud kimlərdir? - İnsana güc verir həyat eşqi, həyata olan sevgisi. İnsan o zaman güclü olur ki, heç kimin paxıllığını çəkmir, hər şeydə gözəllik axtarır. Daha sonra isə insana onun ətrafındakı dostları, ən başlıcası ailəsi, övladları güc verir. - Başınıza gələn hadisələrə görə özünüzə nə vaxtsa "Bunu da yaşamalı idim?" sualını ünvanlamısız? - Başıma gələn hadisələrə görə daima Allaha şükür edib, minnətdar olmuşam.Ona görə ki, Allah istədiyi bəndəsini sınağa çəkir.Bu da mənim həyatda yaşadığım imtahanlarımdır. Mən o imtahanlardan üzüağ çıxıb, müvəffəqiyyətlə başa vura bilirəmsə bu da mənim üçün xoşbəxtlikdir. Heç vaxt üsyan edib, təəssüf hissi keçirməmişəm, əksinə yenə də deyirəm şükür etmişəm. - Övladlarınızın hər ikisi hərbi xidmətdədirlər. İnşallah onları gələn kimi evləndirəcəksiz yoxsa bunu onların öhdəsinə buraxmısız? - Bəli, hər iki övladım hərbi xidmətdədir. Əsas odur ki, sağ-salamat qayıtsınlar. Övladı evləndirmək hər bir valideynin borcudur, amma onlar nə qərar versələr, mən hörmətlə yanaşacağam. Əslində məni ətrafımdakı insanlar tələsdirirlər ki, böyük oğlun universiteti bitirib, hərbi xidmətini də bitirir, gələn kimi onu evləndir, özün də nasazsan, gəlin gəlib sənə kömək etsin. Mən isə başqa cür düşünürəm. Gəlin mənim qulluqçum deyil ki, gəlib mənə kömək etsin. Gəlin mənim oğlumun həyat yoldaşıdır. Düzdü, ailə problemlərini birgə həll edərik, amma məhz gəlin gəlib mənə qulluq etsin deyə övladlarımı evləndirmək istəmirəm. İnşallah, gəlib iş sahibi olarlar, sevdikləri qızı təqdim edərlər və daha sonra onları evləndirərəm. - Qaynana kimi özünüzü necə görürsüz? - Bu çox çətin sualdır. Adam düşünür ki, yaxşı qaynana olacağam, amma sənin evinə gələcək qız başqa bir mühitdə böyüyüb, o sənin evinə gəlib adaptasiya olana qədər ola bilsin ki, onun da, sənin də problemlərin olsun.Düşünürəm ki, mən bütün bunları başa düşəcəm, onlarla bərabər bu problemlərin həllinə çalışacağam. Məncə, yaxşı qaynana olacağam, çünki mən övladlarımı sevirəm, övladlarını sevən analar onların problem yaşamağını istəməz. Əgər problem mən tərəfdən yaranarsa bu mənim övladımı da xoşbəxt etməz. Çalışacağam ki, onlar ən azından mənə görə problem yaşamasınlar. İnşallah, bunu gələcək göstərəcək. - Bu illər ərzində xasiyyətinizdə nələrsə dəyişib?Yaxud da dəyişmək istədiyiniz xasiyyətiniz hansıdır? - Mən hər zaman efirdən qəddar görünmüşəm, amma o Zülfiyyə sadəcə efir xatirinə ciddi duran hüquqşünas qadın idi.Mən isə tamam başqa Zülfiyyə idim, deyib-gülən, hər bir kəsi başa düşən və həyatda hər şeydə gözəllik axtaran Zülfiyyə. Amma xəstəlikdən sonra xasiyyətimdə bir balaca dəyişiklik oldu, bu da o idi ki, özümü də sevməyə başladım. Bir zamanlar özümü arxa plana çəkirdim, amma indi özümü ön plana çəkirəm, sevirəm.Ətrafımdakı insanlara daha yüksək qiymət verirəm və başa düşürəm ki, ölüm qaşla göz arasındadır. Heç kəsi incitmək, xətrinə dəymək olmaz. Həyat gözəldir, ancaq gözəllikləri düşünürəm.Hansı an, hansı dəqiqə dünyamızı dəyişəcəyik, bunu bilmirik, amma elə etməliyik ki, xatirələrdə gözəl insan kimi qalaq. - Siz həm də hüquqşünassız. Təbii ki, bir çox hallarda problemlərlə, daha çox isə problemli insanlarla qarşılaşırsız. Nə vaxtsa hədə-qorxularla üzləşmisiz? - Hüquqşünaslıq əslində çox çətin peşədir, çünki müdafiə etdiyin şəxs səndən razı qaldığı halda, qarşı tərəf səndən narazı olur. Çünki sən artıq qarşı tərəfin hansısa istəyinin həyata keçməsinə mane olursan. Əvvəllər təzyiqlər olub, amma indi elə bir şey yoxdur. Məsələn hansısa bir kişinin hüquqlarını müdafiə etmişəmsə, qarşı tərəfin qadınları mənə söz göndəriblər ki, sən də qadınsan, niyə qadını yox, kişini müdafiə edirsən? Mən də o insanları başa salmışam ki, hüquqşünasın cinsiyyəti olmur. Sadəcə olaraq insan olur və o insanın hüquqları olur. Mən də o insanların hüquqlarını qorumalıyam, müdafiə etməliyəm. Şükür ki, daha böyük problemlər olmayıb, insanlarla hər zaman dil tapmağı bacarmışam.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rabitəbankda Kart Əməliyyatları departamentinə yeni direktor - TƏYİN OLUNDU
Bu gün, 17:53 |
|
|
|
• Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina edir - Zelenski
Bu gün, 17:45 |
|
|
|
• Baş Prokururluq Elm və Təhsil Nazirliyinin saytında yayılmış saxta qaydaları araşdırmalıdır - ÇAĞIRIŞ
Bu gün, 17:33 |
|
|
|
• Ucardan Bakıya gəldi, "Marani"nin qapısını sındırdı: Çaxır içdi, restoranda yatdı - TƏFƏRRÜAT
Bu gün, 17:31 |
|
|
|
• Hərbi prokurorun birinci müavini də yola salınır - ŞƏFAYƏT İMRANOV ÖZÜNƏ YENİ VƏZİFƏ TAPIB
Bu gün, 17:26 |
|
|
|
• Bakıda yeni tikililərdə təhlükə: Yanğınlar niyə təkrarlanır? – AQC sədrindən aidiyyəti qurumlara çağırış
Bu gün, 17:18 |
|
|
|
• “Bahalı qolbaq və qızıl müəllimlərə verilməməlidir” – Ekspertdən SƏRT XƏBƏRDARLIQ
Bu gün, 17:07 |
|
|
|
• Paşinyan Putin və Lukaşenko ilə eyni tədbirdə
Bu gün, 17:05 |
|
|
|
• Gülnarə Kərimovanın müsadirə edilən 20 milyon dolları ilə bağlı qərar - KİV
Bu gün, 16:58 |
|
|
|
• "Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı" - Dələduzluq İDDİASI
Bu gün, 16:55 |
|
|
|
• Azərbaycanda BOKT-nin sədr müavini vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 16:51 |
|
|
|
• "Zaur Nəbioğlunun evini təmir etmişik, pulumuzu vermir" - GİLEY
Bu gün, 16:47 |
|
|
|
• Bakıda iri işləri layihələndirən şirkətin mənfəəti azalıb, aktivləri kiçilib - HESABAT
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda "diplom satan" HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda canlı yayımda anası tərəfindən zərbə alan uşaq dövlət müəssisəsinə yerləşdirilib
Bu gün, 16:35 |
|
|
|
• Dövlətə 2,2 milyon manatdan çox vergi borcunu ödəməyən mühəndislik şirkəti bağlanır
Bu gün, 16:20 |
|
|
|
• “Bunun üçün evini satanlar var” - Xalq artistindən səs-küylü açıqlama
Bu gün, 16:09 |
|
|
|
• Qurban Qurbanovun Türkiyədə nə işi var? - Ertem Şener
Bu gün, 16:06 |
|
|
|
• Xalq artistinin yubileyinə xanımı ÇAĞIRILMAYACAQ - FOTO
Bu gün, 16:03 |
|
|
|
• Kirill Kabanov yenə Azərbaycanı hədəfə aldı - “Dövlətim üçün xəcalət çəkirəm…”
Bu gün, 16:01 |
|
|
|
• Gürcüstan narazı qalıb: - “Azərbaycana başqa cür yanaşırsınız”
Bu gün, 15:14 |
|
|
|
• Ter-Petrosyan: - Nikol bunu bacardı
Bu gün, 15:12 |
|
|
|
• Gizir Xanının ailəsi İH-in bu təklifindən imtina etdi - AÇIQLAMA
Bu gün, 15:09 |
|
|
|
• “AzInTelecom”a təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:06 |
|
|
|
• Bakı səhiyyə xidmətlərinin səviyyəsinə görə dünyada sonunculardandır – “Numbeo”
Bu gün, 15:03 |
|
|
|
• Nazirliyin tabeliyindəki qurumun 3,3 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 15:01 |
|
|
|
• Son iki gündə 4 şirkət ləğv olunduqlarını açıqladı - SİYAHI
Bu gün, 14:59 |
|
|
|
• Azərbaycandakı konsaltinq şirkəti - LƏĞV OLUNDU
Bu gün, 14:56 |
|
|
|
• Ömürlük həbs də çıxış yolu deyil – Hüquq müdafiəçisi etiraz etdi
Bu gün, 14:52 |
|
|
|
• Məzahir Pənahov yola salınır: MSK sədri bu şəxs olacaq - İDDİA
Bu gün, 14:51 |
|
|
|
• Xəstəxanaya müayinə üçün gedən Xalq artistini ürəyindən əməliyyat etdilər
Bu gün, 14:47 |
|
|
|
• Moskva Köçəryanın adamını niyə aradan götürdü? - ŞOK DETALLAR
Bu gün, 14:46 |
|
|
|
• AQTA-da bir sıra kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 14:42 |
|
|
|
• Şahin Şıxlinskinin həbs müddəti uzadılıb - FOTO
Bu gün, 14:40 |
|
|
|
• "Nə məhsulu çatdırır, nə pulumu qaytarırlar" - “Music Gallery”dən şikayət
Bu gün, 14:38 |
|
|
|
• Azər Aydəmir Koreyada - “Xərclədiyi məbləğin 40 faizini geri ala bilər”
Bu gün, 14:32 |
|
|
|
• Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 14:27 |
|
|
|
• Peskov Trampın NATO ölkələrinin Rusiya təyyarələrini vurma hüququ ilə bağlı sözlərini şərh edib
Bu gün, 14:24 |
|
|
|
• Azərbaycanlının sürdüyü TIR-da gizlənib Avropaya qaçmaq istədi - VİDEO
Bu gün, 13:11 |
|
|
|
• İlhamə Elşadqızına hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
• Əgər belədirsə... daha qulaq asmasınlar!
Bu gün, 12:31 |
|
|
|
• Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?
Bu gün, 12:22 |
|
|
|
• AYNA 10 manatlıq şirkətdən 205 minlik alış-veriş edir - Zibil torbaları, qeyd kağızları, yapışqanlı stikerlər, və s
Bu gün, 12:14 |
|
|
|
• “Giləzi-Quşçuluq Şirkəti” buna görə cərimələnə bilər – SƏBƏB
Bu gün, 12:08 |
|
|
|
• “Fələstini tanısanız, HƏMAS-a dəstək olarsınız” – BMT kürsüsündə BÖYÜK REZONANS
Bu gün, 12:01 |
|
|
|
• Naxçıvanda yarım milyonluq mənzil tikəcək şirkət - MƏLUM OLDU
Bu gün, 11:56 |
|
|
|
• Ermənistanda konstitusiya islahatı müzakirə olunur - KİV
Bu gün, 11:53 |
|
|
|
• “Kim istəyər ki, ayda 300-500 manatla yaşasın?” – DEPUTATIN AÇIQLAMASINA REAKSİYA
Bu gün, 11:40 |
|
|
|
• "TikTok-dakı qızların günahkarı analarıdır"
Bu gün, 11:36 |
|
|
|
• Talıbovlar YENİDƏN BİZNESDƏ: Oğlu satdığı oteli geri aldı... - İLGİNC
Bu gün, 11:33 |
|
|
|
|