"Bilmirəm mənə qarşı niyə bu münasibəti bəsləyirlər?!" - ETİRAZ
Tarix: 10-05-2021, 08:32 | Çap et
 “Mən 1978-ci ildə partiya üzvü idim, bizi aktyorlar evinə çağırmışdılar, hesabat gedirdi, biz də nəsə yazırdıq. Çox keçmədi ki, gəlib bizi seçkilərə apardılar. Ulu öndər Heydər Əliyev də orada idi. İnsanlar da çox idi, bir qadın gətirib ona məktub verdi, hamı bir-bir yaxınlaşıb ona problemlərini deyirdi. Hamını da böyük səbrlə dinləyirdi. Mən tərəfdə adam az idi, ulu öndər mənə doğru yaxınlaşdı. Həqiqətən də onun gözlərinə dik baxmaq olmurdu. O vaxtı da bizim Gənc Tamaşaçılar Teatrının özülü qoyulmasına baxmayaraq iş getmirdi. Ulu öndərə dedim ki, bir 10 illik gənclər bilməyəcək ki, Gənc Tamaşaçılar Teatrı hardadır?. Biz tamaşaçılarımızı itiririk. O da sual verdi ki, bəs indi neynirsiniz? Dedim ki, rayonlara, şəhərlərə qastrol səfərlərinə gedirik, boş qalmırıq. Partiya üzvləri və rəhbərləri mənə ulu öndərlə danışmayım deyə göz-qaş edirdilər. Mən onlara məhəl qoymadım və danışdım. Heydər Əliyev mənim bu sözümdən sonra yanında duran səlahiyyətli insanlara teatrla bağlı göstəriş verdi. Bu görüşdən sonra mənim başım çox ağrıdı, müxtəlif yerlərə çağırıb dedilər ki, biz bu problemi bilirdik, sən niyə açıb Heydər Əliyevə dedin?! Mən də dedim ki, ona pis söz deməmişəm ki! Mənim cavanlığım gedir, sadəcə teatrın tikilməyini istəmişəm.O anda özüm üçün hər şey istəyə bilərdim, yaranmış fürsətdən istifadə edib deyə bilərdim ki, uzaqda yaşayıram, evim yoxdur, əmək haqqım aşağıdır! Mən heç nə istəmədim, demədim. O ildən binanın tikintisini davam etdirdilər. 1988-ci ildə teatrın açılışı oldu” Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Məsumə Babayeva deyib. Aktrisa daha sonra əlavə edib: “Mən hələ tələbə ikən Akademik Milli Dram Teatrda işləmişəm, orada 4 tamaşada uşaq rollarında oynamışam. Dahi rejissor Mehdi Məmmədov məni görüb demişdi ki, o yeniyetmələrin içində aktrisa olsa bir bu qız olacaq. Daha sonra Mehdi Məmmədov mənə kitab da bağışlamışdı, xətrimi çox istəyirdi. Sonra mənim təqdimatımı Ağdam Dövlət Dram Teatrına verdilər, lakin atam ağır xəstə olduğu üçün gedə bilmədim. Məni Gənc Tamaşaçılar Teatrına göndərdilər. Bu teatrda o qədər rollar oynamışam ki. Teatrda həm də oğlan rollarında çıxış edirdim. Bir gündə 3-4 tamaşada oynayırdım, bütün günüm teatrda keçirdi. Hər zaman da məni aldadırdılar ki, adını fəxri ad üçün siyahıya əlavə etmişik. Amma bizə Nahidə xanım İsmayılzadə direktor gələndən sonra teatrın 90 illiyində adımı göndərdi, mənə fəxri ad yox, “Tərəqqi” medalı verdilər. 2014-cü il martın 10-da “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmişəm. Bir də Teatr Xadimləri İttifaqı mənə “Sənətkar” medalını təqdim edib. Başqa heç nə. O vaxt prezident mükafatı olanda dedilər ki, ildə bir aktyor alacaq. Hər il də eyni aktyorlar aldı. Bu dəfə də adımı siyahıda görmədim. Bilmirəm mənə qarşı niyə bu münasibəti bəsləyirlər?! Sonra bir vəzifəli adamın qəbulunda oldum. Mənə dedi ki, Kamal (o vaxtkı direktorumuz) yaxşı adam idi ki, ona yaxınlaşıb, pulunuzu verib alardınız da! Dedim ki, mən uzun illərdir, bu teatrın repertuar yükünü çiyinlərimdə daşıyıram. Həmkarlarım bir pilləkən çıxanda mən ikisini birdən çıxmışam. Mənə niyə münasibət belə olmalıdır ki!?
50 ildir ki, teatrda çalışıram, düzdü, indi rəsmən teatrdan çıxmışam. Hal-hazırda 400 manat pensiya ilə dolanıram, bilmirəm yeməyə çatdırım, iynə-dərmana, yoxsa kommunal xərclərə?! Teatrda müqavilə ilə işləyirəm, nə tamaşa oynayıramsa, onun pulunu alıram. Bir ildən çoxdur ki, pandemiyaya görə teatr fəaliyyətsizdir, ona görə də teatrdan qonorar almıram. Nə film çəkilişləri var, nə də ki, serial. Oturmuşam evdə, çətinliklə dolanıram. Heç kimə də ağız açmıram, nə deyim?! 15 il bundan öncə qəzetdə kimlər fəxri ad almışdı, hamısının siyahısı çıxmışdı. Bu dəfə də adım siyahıda çıxmadığı üçün donub qalmışdım. Gəlib metroya girdim, artıq özümü saxlaya bilmədim, gözümdən yaş sel kimi çantamın üstünə tökülürdü. Çıxıb gəldim evə, qapını açıb içəri girən kimi hönkür-hönkür ağlamağa başladım. Oğlum da həyətdə işləyirdi, uşaq qorxdu. Dedi ki, ana nə olub? Heç nə də deyə bilmirdim, haçandan-haçana hönkürtüm dayandı. Dedim ki, bu dəfə də fəxri ad ala bilmədim. Uşaq məni sakitləşdirib dedi ki, ana, öləndə səni mən dəfn edəcəyəm?! Düzdü? Dedim ki, hə! Dedi ki, sən fikir eləmə, qəbir daşına “Xalq artisti” yazdıracam. Fəxri ad verməsələr də fikir etmə. Bu sözə o qədər güldüm ki, bu dəfə gözüm gülüşdən yaşardı. Yaddaşımda bu hadisə o vaxtdan iz qoydu. Allah heç ona da nəsib etmədi ki, məni dəfn etsin. 2009-cu ildə oğlum rəhmətə getdi”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə REAKSİYA
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi
Bu gün, 17:57 |
|
|
|
• 130 dollara ChatGPT planı satıldı - Dietoloqu hansı cəza gözləyir?
Bu gün, 17:55 |
|
|
|
• Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib - AÇIQLAMA
Bu gün, 17:51 |
|
|
|
• İrəvanda çağırış: - Daşnaksütyunu terror təşkilatı etməyin vaxtıdır
Bu gün, 17:48 |
|
|
|
• Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər
Bu gün, 17:44 |
|
|
|
• Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri - İNCƏLƏMƏ
Bu gün, 17:27 |
|
|
|
• Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ - Hücum zamanı...
Bu gün, 17:23 |
|
|
|
• “Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
Bu gün, 17:18 |
|
|
|
• Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib - TƏFƏRRÜAT
Bu gün, 17:13 |
|
|
|
• İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? - AKTUAL
Bu gün, 17:00 |
|
|
|
• Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı
Bu gün, 16:55 |
|
|
|
• Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? - Sumqayıt Hospitalının həkimindən ŞİKAYƏT
Bu gün, 16:45 |
|
|
|
• “Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib - FOTO
Bu gün, 16:36 |
|
|
|
• DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib - TƏFƏRRÜAT
Bu gün, 16:30 |
|
|
|
• Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
Bu gün, 16:28 |
|
|
|
• Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur - Rubio
Bu gün, 16:14 |
|
|
|
• Bu, sanki Allaha rüşvət verməkdir - Elşad Miri
Bu gün, 16:13 |
|
|
|
• Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 16:12 |
|
|
|
• Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək - DİQQƏT!
Bu gün, 16:09 |
|
|
|
• Bakıda həbs edilən ruslar fərari imiş
Bu gün, 16:04 |
|
|
|
• ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub - AÇIQLAMA
Bu gün, 16:00 |
|
|
|
• Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər - Rusiya XİN
Bu gün, 15:59 |
|
|
|
• AYNA-nın növbəti OYUNU – Sürücüləri zinhara gətirən parklanma sistemi NİYƏ DƏYİŞMİR?
Bu gün, 15:57 |
|
|
|
• Telli Pənahqızı bu TV-nin rəhbəri oldu - BUNDAN SONRA...
Bu gün, 15:55 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanın hədəfində: - Bu təmizləmə yox, erməni xalqını xilasetmə cəhdidir
Bu gün, 15:52 |
|
|
|
• Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan Əbu-Dabidə: - Manukyanın evində axtarış aparılır
Bu gün, 15:48 |
|
|
|
• Güney Qafqazda Əbu-Dabi yelləri... - GƏLİŞMƏ
Bu gün, 15:44 |
|
|
|
• Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi - TƏFƏRRÜAT
Bu gün, 15:41 |
|
|
|
• Ermənistan Əbu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir - RƏY
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib
Bu gün, 15:23 |
|
|
|
• Rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət oluna biləcəyini istisna etmir
Bu gün, 15:21 |
|
|
|
• “Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
Bu gün, 14:18 |
|
|
|
• Ermənistanda 7 nəfər terror aktı törətməyə cəhd ittihamı ilə saxlanılıb
Bu gün, 14:15 |
|
|
|
• Əbu-Dabi platforması ideyası İlham Əliyevə aiddir... - SÖZSÜZ Kİ...
Bu gün, 13:08 |
|
|
|
• Bəylər Əyyubov yenidən Prezidentin yanında - FOTO
Bu gün, 13:05 |
|
|
|
• Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib - KİV
Bu gün, 13:01 |
|
|
|
• Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? - ŞƏRH
Bu gün, 12:55 |
|
|
|
• Azərbaycan əhalisi ayda 265 manat ərzağa xərcləyib
Bu gün, 12:54 |
|
|
|
• Putinin göndərdiyi nazir Bakıdan əliboş qayıdıb: Əliyev onu qəbul etməyib - “VÇK-OQPU”
Bu gün, 12:44 |
|
|
|
• Nəsimidə 21 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO
Bu gün, 12:41 |
|
|
|
• Getdikcə azalan SƏNƏT SEVGİSİ - “Televizorda görürlər, elə bilirlər...”
Bu gün, 12:30 |
|
|
|
• “Hələ jurnalistikanın gələcəyi var” - Yadigar Məmmədli
Bu gün, 12:25 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21 |
|
|
|
• Rusiyaya işləməyə gedən azərbaycanlı yoxa çıxdı - TƏFƏRRÜAT
Bu gün, 12:20 |
|
|
|
• Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
Bu gün, 12:17 |
|
|
|
• İş adı ilə apardılar, müharibəyə göndərdilər – Goranboy sakininin şok taleyi
Bu gün, 12:15 |
|
|
|
• Moskva Paşinyanın yerinə “ağ atlı” oğlan axtarır - Qara əbalı keşiş İŞƏ YARAMADI...
Bu gün, 12:10 |
|
|
|
• “Məxsusi ana rolu yazılsa fikirləşərəm” - Şəfiqə Məmmədova niyə filmlərdə çəkilmir?
Bu gün, 12:07 |
|
|
|
|