Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət .....                     Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR .....                     Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... .....                     Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi .....                     “Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” .....                     “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” .....                     İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: .....                     Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır .....                     Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi .....                     Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? .....                     Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər .....                     Rusiya iki Ukrayna limanına zərbə endirib .....                     Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi .....                     Əməkhaqqı düzgün hesablanmaya bilər .....                     Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var .....                     - "Bunu etmədən ölmək istəmərəm..." .....                     Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                 

5 may Adil İsgəndərovun doğum tarixidir...
Tarix: 5-05-2021, 10:05 | Çap et
5 may Adil İsgəndərovun doğum tarixidir...
Onun haqqında düşünəndə nədənsə gözlərimin önünə əvvəlcə “Qanun naminə” filmində yaratdığı Kamilov obrazı gəlir. Əynində mundir, başında papaq əllərini qaldırıb köhnə kişilərə xas “Çal, mənim havamı çal, "Heyvagülü"" deyir və ağır-ağır oynamağa başlayır. Bir də həmin filmdəki sonuncu kəlməsini xatırlayıram “Kaş, Tanrı mənə bir az da ömür verəydi, onda mən bilərdim necə yaşayardım”.

Bəlkə bu Kamilov obrazının daxili dünyası ilə Adil İsgəndərovun iç dünyası arasında nə isə bir bağlılıq var... Kamilova möhlət verilsəydi, əvvəlki həyatından fərqli olaraq yalnız xeyirxah əməllərlə məşğul olardı. Çünki onun daxili dünyası safdır, sadəcə şeytan əməlinə qalib gələ bilməyib. Bəs, Adil İsgəndərovun özünə bu möhlət verilsəydi, nə edərdi? Görəsən, ömür boyu getdiyi düz yoldan, şəxsiyyətini, mənliyini, sənətini hər şeydən üstün tutduğu üçün çəkdiyi başağrılarından qurtulmaq üçün əks istiqamətə yollanardımı? Yəqin ki, yox, çünki...

Tanrının bizə bəxş etdiyi kiçik zaman kəsiyini hərəmiz bir cür başa vururuq. Kimisi sadəcə gəlir bu özülü ədalətsiz qoyulmuş dünyaya, ona verilən vaxtın keçəcəyini gözləyə-gözləyə yaşayır, kimisi çarpışır-vuruşur var-dövlət toplamaqla məşğul olur. Eləsi də var ki, ona verilən həmin qısacıq vaxtda özündən sonrakı ömrünü qazanır. Adil İsgəndərov kimi...

Adının qarşısından bilərəkdən dürlü-dürlü titullar yazmıram. Əslində həm rəsmi şəkildə, həm də qeyri-rəsmi xalq artisti idi.

Həqiqətən xalqın olan sənətkarı xalq unutmur, şəxsiyyəti və sənəti bütöv olanlar bu gün də xalqın yaddaşındadır, onu rəsmən yada salmasalar da nəsillər dəyişir, amma o ad əbədi qalır. Tofiq Kazımov, Mehdi Məmmədov, Həsənağa Turabov... siyahı o qədər də uzun deyil. Sayı o qədər də çox sənətkarlar arasında Adil İsgəndərovun da imzası var.

Onun quruluşunda “Vaqif” tamaşası 1064 dəfə oynanılıb

Bakı Teatr Texnikumunda aldığı təhsillə qane olmayan məzun A.Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunda oxuyub. Moskva Bədaye və Vaxtanqov teatrlarında təcrübə keçib. Tam hazır vəziyyətdə Akademik Milli Teatra gələn Adil İsgəndərovu bir il sonra baş rejissor təyin edirlər. İlk rejissorluq işinə “Polad qartal” tamaşasından başlayan İsgəndərov milli teatrın səhnəsində “Həyat”, “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “Şərqin səhəri”, “Otello”, “Cavanşir” kimi tamaşalara həyat verir.

Onun quruluşunda “Vaqif” tamaşası milli teatrın səhnəsində düz 1064 dəfə oynanılıb. “Otello” tamaşasından Ələsgər Ələkbərovun şəkli Şekspir muzeyində indi də saxlanılır. Moskva dekadasında həmin tamaşanı seyr edən və heyran qalan ingilislər tamaşanı lentə alıb aparıblar. Tamaşa vaxtı Moskva teatrının pərdəsi alqışların səngiməməsinə görə düz 17 dəfə bağlanıb və yenidən açılıb. Azərbaycan teatrına onlarla rejissor və aktyor nəsli bəxş edən sənətkar milli teatrın yeni binaya köçürülməsinə razı olmur, yeni bina akustikasız olduğundan böyük teatr üçün yaramır deyir. Eşitmirlər onu. Sənətkar həqiqəti izhar etdiyi üçün incidilir və nəticədə sözünü geri götürmədən teatrı tərk etməli olur.

Kinostudiyada

1966-cı ildən başlayaraq “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etməyə başlayır. Yalnız “Əhməd haradadır?” filminin quruluşçu rejissoru olmağa vaxtı çatan Adil İsgəndərov filmlərdə müxtəlif səpgili obrazlar yaradıb. Həmin illərdə ondan soruşurlar ki, bu illər ərzində teatrsız necə qala bilirsiniz? Cavabında “Dişimi dişimə sıxıb dözürəm” deyir. Kərbəlayi İsmayıl kimi ötkəm, Kamilov kimi kövrək və sadəlövh, gülsatan qıza valeh olan şişman alman məmuru kimi obrazların yaradıcısı həm də, 1937-ci ildən ömrünün sonuna qədər İncəsənət İnstitutunda dərs deyib.

Kərbəlayiyə verilən mükafat Qəmloya çatıb

Adil İsgəndərov tez-tez əyalət teatrlarına gedərmiş. Aktyor Məlik Dadaşov onun belə səyahətlərindən birinin tapıntısı idi. Söhbət Məlik Dadaşovdan düşmüşkən, “Axırıncı aşırım” filminin Tbilisidə nümayişdən sonra baş rolun – Kərbəlayi İsmayıl obrazının ifaçısı mükafata layiq görülür. Adil İsgəndərov mükafatdan imtina edir, böyük ürəklə həmin mükafatı Qəmloya - Məlik Dadaşova verməyi məsləhət görür.

Onunla işləyən aktyorların ailə vəziyyəti, sosial həyatı ilə həmişə maraqlanarmış. O dövrdə çətin vəziyyətdə yaşayan evsiz-eşiksiz xeyli aktyor Adil İsgəndərovun köməkliyi ilə ev alıb. Mərhum sənətkar Şahmar Ələkbərov sağlığında həmişə Adil İsgəndərovun onu ev-eşik sahibi etməyindən danışardı.

Onun üçün sənət şəxsi münasibətlərin fövqündə olub.

Hanı indi elə sənətkar ki, sənəti ambisiyalarından üstün tutsun...

Bu qayğıkeş insan şəxsi münasibətlərlə sənət müəyyən etməzmiş. Bir dəfə xalq artisti Rza Əfqanlı ilə pərtləşirlər. Bir neçə gün sonra Hüseyn Cavidin “Şeyx Sənan” əsərini tamaşaya qoymaq üçün rol bölgüsünə başlayan Adil İsgəndərov baş rolu Rza Əfqanlıya həvalə edir. Öz dostları rejissoru qınayır, etiraz edirlər ki, sənin üzünə ağ olan adama niyə baş rol verirsən? Cavab verir ki, qada, mən o obrazda yalnız onu görürəm. Milli Dram Teatrının o vaxtlarını görən qocaman sənətkarlardan eşitmişik ki, teatrda hələ “Şeyx Sənan” tamaşasının baxışı kimi baxış olmayıb. Bütün zal dolu olub, tamaşa 10 gün anşlaqla keçib. Kollektiv təkcə o tamaşa ilə Tiflisdə 40 gün qastrolda olub.

“Otello” tamaşasında da baş rolu Ələsgər Ələkbərova verəndə onunla qanlı bıçaq imiş. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Adil İsgəndərov haqqında “On sozdal menya” – deyirmiş.

Hələ sovet vaxtı ermənini kinostudiyadan qovub

Tələbəsi Əbdül Mahmudbəyovu dinləyək: “Moskvada mənimlə birgə bir erməni təhsil alırdı. Azərbaycan dilini də gözəl bilirdi və təhsilimizin sonunda bu erməninin ssenarisi ilə bir film çəkmək qərarına gəldim. O vaxtlar “Azərbaycanfilm”ə Adil müəllim rəhbərlik edirdi. Gəldim yanına, çox sevindi, çünki onun yetirməsi idim. Görüşdük, söhbət etdik, vaxt yetişdi, Adil müəllim ssenarini açdı ki, baxsın. Bir də gördüm kişinin rəngi ağardı, oxuyub ki, rejissor Əbdül, ssenari Akopyan. Akopyan da yanımızdadır, qayıtdı ki, qada, bu ermənidir? Dedim, bəli, amma Bakıda doğulub. Qada, cəhənnəmə doğulub, bəs sən bu gədəni bura gətirəndə görmədin ki, girişdə “Azərbaycanfilm” yazılıb? Üzünü tutub Akopyana, qayıtdı ki, dur tərpən Sabunçu vağzalına, min qatara birbaşa “Ermənifilmə” get. Sonra da mənə xəbərdarlıq etdi ki, bir daha belə qələt etməyim.”

İkinci Fəxri Xiyabanın ilk fəxri sakini

Kamal Xudaverdiyevin xatirələrindən: “Adil müəllim kurs rəhbərim olub. Biz sənətin əlifbasını Adil İsgəndərovdan öyrəndik. Mənim ilk filmə çəkilməyimin də səbəbkarı o oldu. “İstintaq” filmində kənardan aktyor dəvət olunmuş bir obraza məni məsləhət görmüşdü. Bunu yalnız mənim üçün etməmişdi, Rasim, Şahmar, ümumiyyətlə o dövrdə üzə çıxan bütün aktyorlar onun tapıntısı idi. Filmlərə kənardan aktyor dəvət olunmasının qarşısını alıb, öz aktyorlarımızı tanıtdı. Sübut etdi ki, bizdə də bacarıqlı gənclər var. Bir rejissor onu eşitmək istəmirdi, Adil müəllim ondan soruşdu ki, niyə özümüzünkülərlə işləmirsən? Cavab verdi ki, mən özümüzünkülərlə işləyə bilmirəm. Dedi, qada, onda mən kənardan rejissor çağıraram bizim aktyorlarla işləyər. 15 aktyor dəvət etməkdənsə, bir rejissor dəvət etmək daha sərfəlidir. Adil müəllimdən sonra elə kişi görməmişik. O, tamam başqa kişi idi. İnandırıram sizi onu laqeyidlik məhv etdi.

Teatrın 100 illiyində məndən qabaqda oturmuşdu, onun hansı hisləri keçirdiyi mənim içimə süzüldü. Teatrda can qoymuş, özül qoymuş bu adamı bir kimsə yada salmadı. Kişi içində qovruldu. Demədilər ki, 100 illiyə teatrı bu kişi gətirib.

“Belə laqeydliklər insan ömrünü qısaldan başlıca amillərdəndir. Əgər o, insan sənətkardırsa, deməli ömrü çox, lap çox qısa olacaq... 1978-ci ilin sentyabrında Tanrının Adil İsgəndərova verdiyi o qısacıq vaxt sona çatdı. Həmin gün “dahi Sovet rəhbəri” L.İ.Brejnev Bakıya növbəti rəsmi səfərə gəlibmiş. Sənətkarı rəhbərin gəlişindən yaranan bayram əhval-ruhiyyəsi pozulmasın deyə, gizlin-gizlin axşamın qaranlığında divar dibi ilə aparıb indiki İkinci Fəxri Xiyabanda səssiz-səmirsiz torpağa tapşırıblar. Adil İsgəndərov Zaqafqaziyanın ilk SSRİ xalq artistidir.


Ramilə Qurbnlı
“33 pərdəli dram”
//modern.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
Bu gün, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
Bu gün, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
Bu gün, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
Bu gün, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Bu gün, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Bu gün, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Bu gün, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Bu gün, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Bu gün, 10:27
Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Bu gün, 10:15
Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər
Bu gün, 10:11
Rusiya iki Ukrayna limanına zərbə endirib
Bu gün, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru