"Bu xəbərdən sonra atamın məzarı başına getdim"
Tarix: 24-11-2020, 08:55 | Çap et
 “Onda mən ilk dəfəydi ki, atamın ağladığını görürdüm. O, Şuşanın işğal edilməsi ilə barışa bilmirdi, deyirdi ki, Şuşa elə bir şəhərdir ki, onu belə asanlıqla işğal etmək mümkün olmazdı”
Bunu Moderator.az-a açıqlamasında telejurnalist Rövşanə Ağasəfqızı deyib. R.Ağasəfqızı Şuşanın işağldan azad edilməsiylə həm də atasının ruhunun şad olduğunu bildirib:
“Mənim uşaqlığım birbaşa müharibənin içində keçib. Atam Qarabağ döyüşçüsü olub və demək olar ki, müharibə dönəmində atamın üzünü o qədər də görə bilmədim. O, ancaq müharibələrdə olurdu. Yəni bir-iki gün gəlib bizə baş çəkirdi və yenidən cəbhəyə qayıdırdı. Təsəvvür edin ki, bu gün o atasına sarılan, sağ-salamat cəbhədən dönən atalarına qucaq açan övladları görəndə bütün uşaqlığımın nostaljisini yaşayıram. Onlara baxanda o qədər içimdə fərəh var və həm də uşaqlığımın ata nisgili içimdə boylanır. Mənim üçün əlbəttə ki, qələbə xəbəri çox sevindirici bir xəbər oldu. Bu xəbərdən sonra atamın məzarı başına getdim, çünki o, Şuşa, Daşaltı, Ağdərə döyüşlərinin iştirakçısıydı, polkovnik, qrup rəhbəri idi. Atamı ancaq gözümü açandan hərbi geyimdə görürdüm. Təbii ki, Birinci Qarabağ savaşının belə bitməsi məni məhus etsı də, İkinci Qarabağ savaşında qələbə qazanmağımız məni çox sevindirdi və içimdə bir az təəssüf hissi var ki, kaş atam sağ olaydı və Şuşanın alınmasını görəydi. Sonuncu dəfə o, Şuşa döyüşlərində olmuşdu, Bakıya gəldi və 15-20 gün sonra Şuşa işğal olundu. Onda mən ilk dəfəydi ki, atamın ağladığını görürdüm. O, Şuşanın işğal edilməsi ilə barışa bilmirdi, deyirdi ki, Şuşa elə bir şəhərdir ki, onu belə asanlıqla işğal etmək mümkün olmazdı. Bu gün doğrudan da bizim müzəffər ordumuzun Şuşanı azad etməsi bizi çox sevindirdi. Şuşanın işğaldan azad edilməsindən sonra atamın qəbiri üstə gedib ruhun şad olsun dedim. Çünki onun bütün həyatı o yerlərə bağlı idi. Dedim ki, ata, ruhun şad olsun artıq Qarabağ bizdədir. Mən bilirəm ki, onun ruhu şaddır, çünki o yerlərdə canını qoymuşdu. Çox vətənpərvər insan idi. Eləcə də mənim uşaqlığım o müharibə dövrünə təsadüf edib və vətənpərvərlik ruhunun canımıza hopmasıyla böyümüşük”.
R.Ağasəfqızı bundan sonra işğaldan azad edilən torpaqlarımızda yeni-yeni iş yerlərinin açılacağı xəbərinə sevindiyini bildirib:
“Düşünə bilmərəm ki, hansı bir adamın canında azərbaycanlı qanı axsın və bu qələbəyə sevinməsin, mümkün deyil. Otuz il idi ki, torpaqlarımızda erməni oturmuşdu, bu gün xırda nüanslar, suallar doğur, amma o insanlara demək istəyirəm ki, otuz il idi o yerlərə gedə bilirdiniz, hətta bəziləriniz “getdi Qarabağ, daha bizim deyil”-deyən insanlardınız. Burda bir sual var idi, “amma və lakin” gözləyin, səbr edin, bu böyük bir dönəmi adlayırıq biz, ağır bir müharibədən qalib çıxmışıq. Biz qələbə qazanmışıq, bunu necə danmaq olar? Bunun arxasına necə hansısa bir sualı qoymaq olar? Hesab edirəm ki, bəzi insanlarda yaranan o suallara cavab tapılacaq və ümid edirəm ki, hər şey daha da gözəl olacaq. Mənə evdə deyirlər ki, Qarabağda iş yerlərinin açılması məsələlərindən danışılır. İnanın o qədər sevindim ki. Bu həm də yeni-yeni iş yerlərinin açılması və gənclərimizin orda işləməsi deməkdir. Görün bu nə qədər gözəldir. Gənclərimiz o yerlərdə işləyəcək, ailə quracaq, artım olacaq. Bu hər mənada mən də daxil olmaqla bütün xalqımız üçün çox böyük bir qələbə və uğurdur”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37 |
|
|
|
| • AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36 |
|
|
|
| • AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30 |
|
|
|
| • Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28 |
|
|
|
| • Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05 |
|
|
|
| • "Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59 |
|
|
|
| • Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56 |
|
|
|
| • Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54 |
|
|
|
| • Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36 |
|
|
|
| • Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00 |
|
|
|
| • Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59 |
|
|
|
| • Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57 |
|
|
|
| • 300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54 |
|
|
|
| • Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50 |
|
|
|
| • Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48 |
|
|
|
| • Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44 |
|
|
|
| • “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42 |
|
|
|
| • Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22 |
|
|
|
| • Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20 |
|
|
|
| • Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18 |
|
|
|
| • Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16 |
|
|
|
| • Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13 |
|
|
|
| • Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02 |
|
|
|
| • Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00 |
|
|
|
| • “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40 |
|
|
|
| • WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37 |
|
|
|
| • Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30 |
|
|
|
| • “Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24 |
|
|
|
| • Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19 |
|
|
|
| • İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16 |
|
|
|
| • Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04 |
|
|
|
| • Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
| • İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56 |
|
|
|
| • Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50 |
|
|
|
| • “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38 |
|
|
|
| • Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34 |
|
|
|
| • Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
| • Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24 |
|
|
|
| • Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20 |
|
|
|
| • Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17 |
|
|
|
| • Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10 |
|
|
|
| • Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07 |
|
|
|
| • “Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02 |
|
|
|
| • Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01 |
|
|
|
| • "Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59 |
|
|
|
| • İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44 |
|
|
|
| • Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43 |
|
|
|
| • Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39 |
|
|
|
| • Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35 |
|
|
|
|