Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                 

Alim Qasımovdan dünya şöhrətli sənətkara ETİRAZ
Tarix: 23-11-2020, 11:14 | Çap et
Alim Qasımovdan dünya şöhrətli sənətkara ETİRAZ
Fransanın məşhur “Le-Figaro” nəşri dünya miqyaslı tanınmış sənətkarların bir neçəsinın Qarabağda separatçılığı dəstəkləyən fikirlərini çap edib. Onların arasında violonçel ifaçısı Yo YO Maya da var.

Azərbaycanın xalq artisti, UNESCO Beynəlxalq Musiqi Mükafatı laureatı, xanəndə Alim Qasımov 10 il ərzində “İpək yolu” layihəsi çərçivəsində əməkdaşlıq etdiyi dünya şöhrətli violonçel ifaçısı Yo Yo Maya açıq məktub yazıb. Lent.az məktubun mətnini təqdim edir:

"Cənab Ma!

Azərbaycandan sizə salam və sayqılarımı ünvanlayaraq bildirmək istəyirəm ki, müəllifi olduğunuz “İpək Yolu” layihəsi çərçivəsində 10 ildən artıq sürən faydalı əməkdaşlığımızı daim məmnunluq hissi ilə xatırlayır, yaradıcılığınızı diqqətlə izləyirəm.

Sosial şəbəkələrdə yayılan son çıxışlarınızdan birində erməni bəstəkarının əsərini ifa edərək sülhə çağırış etmənizin milliyətçi ünsürlər tərəfindən yanlış yozulmasına olduqca təəssüflənirəm. Belə hesab edirəm ki, dünyada sənəti ilə tanınan böyük simaların adlarından siyasi məqsədlərlə yararlanma halları yolverilməzdir.

Cənab Ma, əməkdaşlıq etdiyimiz illər ərzində sizin barış tərəfdarı olduğunuzun, irqçiliyə və millətçiliyə nifrət bəslədiyinizin şəxsən şahidiyəm. Bütün dünyada tanınan “İpək yolu” Ansamblında rus, ingilis, azərbaycanlı, yəhudi, amerikalı, çinli, hind və s . virtuoz ifaçıların heç bir ayrı-seçkilik qoyulmadan, səmimi dostluq şəraitində çalışdıqları hər kəsə, o cümlədən bu Ansamblla uzun illər birgə işləmək şərəfinə nail olmuş muğam qrupuma, mənə və qızım Fərqanə Qasımovaya açıq-aşkar bəllidir. Sanıram ki, əsərlərini ifa etdiyiniz Azərbaycan bəstəkarları Firəngiz Əlizadə və Cavanşir Quliyev də mənim bu fikirlərimlə şərikdirlər. Heyiflər olsun ki, yüksək mənalardan bixəbər olan, yalnız xırda maraqlarından çıxış edən insanlar bunu anlamırlar.

Elə məhz bu səbəbdən mənfur millətçilər Sizin son çıxışınızı Azərbaycana qarşı müharibə aparan Ermənistana tərəfdaşlıq aksiyası kimi təqdim edirlər. Bu informasiyanı yayanlar, gərək ki, “İpək yolu” Ansamblı ilə azərbaycanlı sənətçilərin 2008-ci ildən başlayaraq davam edən möhtəşəm “Leyli və Məcnun” layihəsini xatırlamırlar. Halbuki məhz bu layihə ilə ABŞ, Avropanın və Asiyanın ən nüfuzlu salonlarında konsertlər vermiş, islamofobiyanın geniş yayıldığı vaxtlarda İslam mədəniyyətinin incisi sayılan “Leyli və Məcnun” hekayəsi ilə sülh və sənət məramımızı birlikdə və açıq bəyan etmişdik. Qoy millətçilik xəstəliyinə tutulmuş kəslər anlasınlar ki, sənət cılız iddialardan çox üstündür və erməni bəstəkarının əsərini ifa edən Yo Yo Ma illər ərzində, ildə bir neçə dəfə dahi azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsərini violonçeldə sevə-sevə ifa edib. Buna əmin olmaq, layihənin miqyasını anlamaq üçün internetdə sadə bir axtarış vermək kifayətdir.

Cənab Ma! Sizinlə dəfələrlə qədim muğam sənəti haqqında söhbətlərimiz olub. Azərbaycan muğamının beşiyi olan Qarabağın, əsərlərini böyük məmnuniyyətlə ifa etdiyiniz Üzeyir Hacıbəyovun vətəni Şuşa şəhərinin 30 ildən bəri işğal altında olunduğundan yəqin ki, xəbərdarsınız. Bildiklərinizə yalnız bunu əlavə etmək istərdim: Azərbaycan Dövləti və Azərbaycan xalqı bütün beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunmuş ərazi bütövlüyünü bərpa etdi. Erməni millətçilərinin, separatçıların iftiralarına rəğmən, bu Haqq və Həqiqət savaşı idi. Azərbaycanı terrorçu dövlət kimi təqdim edənlərin nə hüquqi, nə tarixi baxımdan heç bir əsası olmadığı kimi, müharibə cinayəti törədərək, cəbhə zonasından xeyli uzaqda, Gəncə, Bərdə, Tərtər şəhərlərində günahsız insanları- qadınları, körpələri gecə yatdıqları zaman raket və bombalarla qətlə yetirən cinayətkar erməni hakimiyyətinin də heç bir bəraəti yoxdur!

Bütün tərəqqipərvər bəşəriyyət bu fikirdədir ki, müharibələr insanlığa qarşı bir fitnədir. Bununla belə, indiki şəraitdə sülhsevər xalq olaraq, azərbaycanlıların yalnız təcavüzkara qarşı sivil sakinləri qorumaq və işğal olunmuş torpaqlarını yenidən qaytarmaqdan başqa məqsədi yoxdur. Əslində Azərbaycan xalqı beynəlxalq qurumların sənədlərdə təsdiqlədikləri müddəaları övladlarının qanı bahasına həyata keçirib. Qarabağ savaşını biz başlamadıq, amma dinc insanları doğma yurdlarından qovan, Xocalı soyqırımı kimi qətliamlar törədən, etnik təmizləmə aparıb azərbaycanlıları əvvəlcə Ermənistan, sonra isə Dağlıq Qarabağdakı dədə-baba yurdlarından zülmlə qovan, beynəlxalq qurumların qəbul etdikləri qətnamələrə, sülh çağırışlarına məhəl qoymayan, məsuliyyətsiz bəyanatlar verərək millətlər arasında nifaqı dərinləşdirən, terroru dəstəkləyən separatçı qüvvələr hökmən cəzalarını alacaqlar...

Və o zaman mən şəxsən Sizi böyük Azərbaycan korifeylərinin Vətəni olan Qarabağa, o cümlədən Üzeyir Hacıbəylinin Şuşadakı evinə dəvət edəcəyəm.

Müharibələr başlayır və bitir. Əbədi insani dəyərlər və sənət isə daim yaşayır. Elə buna görə də Sizin kimi böyük sənətkarın adının cılız insanların mənfur məqsədləri naminə hallanmasına əsla izn verməyəcəyəm".

Hörmətlə

Alim Qasımov.

Alim Qasımovdan dünya şöhrətli sənətkara ETİRAZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru