Naibə Allahverdiyeva Xankəndiyə köçmək istəyir
Tarix: 12-11-2020, 12:32 |
Çap et
“Gedib Xankəndidə yaşayacam”.
“MediaPost” xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial media hesabında yazıb.
O, Qarabağ qələbəsindən sonra sosial mediada fikirlərini belə ifadə edib:
“Əziz atam Cahid Hilal oğlu, sən 1956-cı il 28 mayda öz əllərində tikdiyin bayrağı Qız qalasına asdın. Bu qəhrəmanlığına görə 10 il sürgündə əzablı günlər yaşadın. Qayıtdıqdan sonra da öz amalından dönmədin. Azərbaycanın azadlığı arzusu ilə yaşadın. Sənin dəfələrlə polislər tərəfindən döyülüb, evə qan içində qayıtdığını gördüm. Mənə gülə-gülə “Qorxma, ceyran bala, aslanı yaralayıblar” deməyini unutmuram. İndi Azərbaycan bayrağı Ali Baş Komandanımızın və Ordumuzun şücaəti ilə Qarabağımızda dalğalanır. Məzarın Ağdam şəhərindədir. Ağdamın da azadlığa qovuşmağına az qalıb”.