Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                 

"Bu torpaqları yenidən görmək özü bir xoşbəxtlikdir" - Xalq artisti
Tarix: 12-11-2020, 09:02 | Çap et
"Bu torpaqları yenidən görmək özü bir xoşbəxtlikdir"
Azərbaycan ordusunun tarix yazdığı günlərə şahidlik edirik. Artıq tarix dəyişir, xalq olaraq qalib, məğrur, hünər meydanında sözünü demiş ölkənin vətəndaşlarıyıq. Vətəndaş olaraq sahib olduğumuz qələbənin nə demək olduğunun da fərqindəyik, kimlərə nəyi, necə sübut etdiyimizin də. İçimiz qürur doludur. Zəfər günümüzü təbrik edir, ziyalılarımızdan bizə Qarabağdan danışmasını xahiş edirik. Təbii ki, son 30 ildə dünyaya gələn nəsil o torpaqları görməyib. Eşitdiyimiz isə böyüklərimizin kədər dolu baxışlarında, Qarabağın gözəlliyini dilə gətirməsi olub.

Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, professor İlham Namiq Kamaldan da bizə bir az Qarabağdan danışmasını xahiş etdik.

Moderator.az saytının qonağı olan xalq artisti bizimlə söhbətində o torpaqları mədəniyyətimizin beşiyi adlandırdı.

- 30 illik həsrət bitdi. Qarabağın sizin üçün əhəmiyyəti nədən ibarət idi?

- Qarabağ kiçik bir ərazi deyil. Azərbaycanın ən gözəl dilbər guşələri məhz Şuşa, Xankəndi, Füzuli, Xocavənd və digər azad olunmuş torpaqlarımıza təsadüf edir. Bu torpaqları yenidən görmək özü bir xoşbəxtlikdir. Biz o torpaqlarda çox olmuşuq və ən gözəl günlərimiz orada keçib. Hazırda Kəlbəcəri xatırlayıram, oranın təbiəti gözümün önündən getmir. O səfalı torpaqları hələ də unutmamışam. Burada dünyanın gözəlliklərini görmək fərqli bir duyğudur. Kəlbəcərdə çəkilişlərə gedirdik. İstisu mineral sularından içirdik və “İstisu” sanatoriyasında istirahət edərək çalışırdıq. Kəlbəcərdəki çəkilişimizdən böyük zövq almışdıq. Kəlbəcərlilərin istər sənətə və istər sənətkara gözəl münasibəti vardı. Nəinki Kəlbəcərdə, elə Qarabağda biz o ab-havanı hiss etmişdik. Bu torpaqlar mədəniyyətin ocağı idi. Qarabağda kifayət qədər mədəniyyət xadimləri yetişib. Şuşada, Xankəndində dövlət teatrı fəaliyyət göstərirdi ki, o torpaqlar sənət beşiyi hesab edilirdi. Həmin illəri, o xatirələri unutmaq olarmı? Hətta sizə deyim ki, “Qaynana” filmin premyerasını Xankəndinə keçirmişdik. Orda sənətə olan münasibət möhtəşəm idi. Həmin illər ermənilər də bizim tamaşalara, filmlərə baxmağa gəlirdilər və səlis Azərbaycan dilində danışmağı bacarırdılar. O torpaqlarda bizim gözəl günlərimiz, maraqlı xatirələrimiz olub. Bu gün yetişən gənc nəsil o gözəlliyi görməyib. Çox şükür ki, onlar da öz ulu babalarının yurdunu görəcək. Qarabağın gözəlliyini görmək, onun füsunkar təbiətində istirahət etmək böyük xoşbəxtlikdir.

- Ancaq o gördüyünüz təbiətdən, abidələrdən əsər-əlamət də qalmayıb.

- Ali baş komandanımız İlham Əliyev öz çıxışında da bildirdi ki, biz bu torpaqları dirçəldəcəyik. Dövlətimiz bura sərmaya qoyacaq və orada yenidən yaşayış təmin ediləcək. Biz o torpaqlara yenidən qayıdacağq. Müdafiə Nazirliyinin mətbuata təqdim etdiyi işğaldan azad olunmuş ərazilərimizdəki çəkilişlərdə özünüz də şahidi oldunuz ki, o torpaqları necə bərbad günə qoyublar. Sanki düşmən bu torpağa 30 ildə yaşamağa yox, dağıtmağa gəlmişdi. Hər necə olur olsun, biz yenidən o torpaqları çiçəkləndirməli, quruculuq işləri aparılmalıyıq. Qarabağda yeni tamaşalar, təqdimatlar olmalıdır. Orda sənət adamları əsl mənada öz fəaliyyətini göstərməlidir. Hər birimiz bu günləri səbrsizliklə gözləyirik.

- 2 ay bundan qabaq təsəvvür edə bilərdinizmi ki, çox qısa zamanda biz Qarabağa dönəcəyik?

- Səmimi deyim ki, hər an içimdə elə bir hiss vardı. Düşünürdüm ki, biz əvvəl-axır o torpaqlara geri dönəcək və öz torpaqlarımızda yaşayacağıq. Məndə buna əminlik var idi. Dövlətimizə, ali baş komandanımıza inamım sonsuzdur. Bilirdim ki, dövlətimizin iqtisadi gücü də buna imkan verir. Var olsun Ali baş komandanımız İlham Əliyev, Azərbaycan ordusu və xalqımız.

- Qələbə xəbərini ilk eşidəndə hansı hissləri yaşadınız? Adətən incəsənət adamlar daha çox kövrək və həssas olurlar.

- Bu sevinci hər insan bir cür yaşayır. İnsan var hönkürüb ağlayaraq hissini büruzə verir. İnsan da var ki, qışqırır, rəqs edir və sair. Mənim yaşadığım hisslər fərqli idi. Bu çox sevindirici hisslər idi. Xəbəri aldım və o an gözümdən yaş süzüldü. İçindəki sevinc göz yaşları insanı mətinləşdirir. Mən bu mətin göz yaşlarının tərəfdaryam. Qoy hər zaman insanların gözündə sevinc göz yaşları axsın. Bu qələbə xəbəri bizi bir qədər ruhlandırdı. Bilirsiniz ki, döyüşdə həmişə güclülər qalib gəlir. Bu müharibədə də güclü tərəf biz idik və Azərbaycan haqlı olaraq qalib gəldi. 27-28 il əvvəl öz torpaqlarından didərgin salınmış yüz minlərlə soydaşımız öz dədə-baba yurduna qayıdacaq. Vətəndaşlarımız doğma Vətəninə qovuşmaq hüququ qazandılar. Şübhəsiz ki, bu qalibiyyət torpaq uğrunda döyüşlərdə öz canını əsirgəməyən, qanını onun üzərinə tökərək Vətəni bir az da ucaldan, müqəddəsləşdirən şəhid oğlanlarımızın, həyatını bu yolda əsirgəməyərək mərmi və güllə yarası alan igidlərimizin qəhrəmanlığı hesabına qazanılıb. Bizi Qarabağa, Qarabağı bizə qovuşduran ləyaqətli əsgər balalarımızın bu əməyi ən yüksək dəyərə, hörmət və ehtirama layiqdir. Bu uğurun memarı, aparıcı qüvvəsi olan Müzəffər Ali Baş komandan İlham Əliyevə, döyüşlərdə sərkərdəlik edən general və zabitlərimizə, birlik və həmrəylik nümunəsi göstərən xalqımıza çox böyük minnətdarlığımı bildirirəm.

- İşğaldan azad olunmuş torpaqları necə xatırlayırsınız? Az əvvəl qeyd etdiniz ki, sizin orda xatirələriniz var.

- O torpaqları bir kəlmə ilə təsəvvür etmək istəyirəm- “Qarabağ füsunkar məmləkətdir”. O günləri, o gözəlliyi sözlə ifadə etmək çətindir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru