Banklardan kredit almaq daha da çətinləşdi: .....                     Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... .....                     "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" .....                     Rusiya sərt üzünü kimə göstərir? .....                     Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                     Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? .....                     Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı .....                     Azərbaycanda problemli kreditlər artır .....                     Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü .....                     Zəngəzur sadəcə yol deyil .....                     Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? .....                     Tehranda su qıtlığına görə daha bir problem: .....                     Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi .....                     Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı .....                     Putin-Tramp dialoqu: Dünya buna köklənib... .....                     Bolqarıstandan azərbaycanlı iş adamına .....                     Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… .....                     Rusiya Köçəryanı yenidən aktivləşdirir: .....                     “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası .....                     ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək .....                     Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Ənvər Seyidov vəfat etdi .....                     "İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" .....                     “Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” .....                     İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq .....                     Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ .....                     Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? .....                     Krım türkləri Moskvanı yandırdı... .....                     Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir .....                     "Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…" .....                     Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı .....                     17 milyardlıq müharibə hazırlığı: .....                     Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır .....                     “Dəvəli” ASC mənfəətini bölüşdürəcək .....                     Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... .....                     “Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək .....                     Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər .....                     Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır .....                 

"Biz xalq olaraq məğlub olmaqdan bezdik”
Tarix: 3-11-2020, 12:46 | Çap et
"Biz xalq olaraq məğlub olmaqdan bezdik”
"Çox qarışıq günlər yaşayırıq. Bir tərəfdən sevincli, çünki torpaqlarımızı azad etməyə başlamışıq. Bir tərəfdən kədərli, çünki şəhid veririk. Müharibə bir yandan qələbə və sevincdirsə, bir yandan da itki və göz yaşıdır. Biz 30 il müharibə istəməmişik, 30 il danışıqlar aparmışıq. Düşmən isə elə bilib ki, belə də olmalıdır. Həmişə də belə olacaq".

Cebhe.info xəbər verir ki, bunu tanınmış aktyor Taleh Yüzbəyov deyib.

O bildirib ki, müharibə insanın eləyə biləcəyi ən mundar işdir:

"Müharibə insan xislətinin vəhşiliyinə enişdir. Ona görə sülh istəyən insanları söymək lazım deyil. Əgər o, insan səmimidirsə. Əgər sülh istəyəndə öz mənafeyini güdmürsə. Əgər buna görə kimlərdənsə heç nə almağı ummursa. İndiki anda sülh istəmək cəsarət tələb edən bir şeydir. Ona görə sülh istəyən adamları təhqir eləmək lazım deyil. Kimlərsə sülhü də öz tərbiyəsinə və intellektinə görə loban kimi tələb edirsə, bu onun öz problemidir. Belə adamları ciddiyə almağa dəyməz. Biz reaksiya verdikcə onlar var. Sülhü səmimi istəyən insanlar insan faktorunu ən önə qoyanlardır. Sadəcə, başa düşsünlər ki, müharibə istəyənlər də bunu öz kefindən istəməyiblər".

Aktyor qeyd edib ki, müharibə bizim seçimimiz deyildir, biz heç kəsin torpağını zəbt eləməmişik:

"Biz heç kəsi öldürüb, əsir götürüb, yaşadığı yerlərdən qovmamışıq. İndi də olmasa idi bu müharibə nə vaxtsa yenə başlayacaqdı. Çünki düşmənin hələ Naxçıvan iddiası da var. Düşmənin dənizdən-dənizə arzusu var. Onların qurduğu müdafiəyə baxanda görürsən ki, aldıqları yerləri də nə vaxtsa qaytarmaq fikrində olmayıblar. Bu müharibə indi başlamasaydı da, bizim övladlarımızın vaxtında başlayacaqdı yəqin.

İndi bu qədər insanın könüllü olaraq cəbhəyə getməsi də elə belə deyil. Biz xalq olaraq məğlub olmaqdan bezdik. Biz bununla yaşamaq istəmədik. Bəlkə də tariximzdə ilk dəfə belə həmrəy olduq. Biz onları 1905-dən, 1918-dən sonra bağışladıq. Amma 1992-dən sonra bağışlamaq istəmədik. Niyə bir əsrdə 3 dəfə bizə hücum edib, əlisilahsız adamları öldürənlərə qarşı vuruşmamalıyıq? Niyə hər dəfə bağışlayan tərəf biz olaq ki?! Kimlərsə bunu başa düşmürsə yəqin əzikdir və həmin adamın özündən başqa müqəddəs heç nəyi yoxdur. Ya da özünü gicliyə qoyub. Vətən bir çox insan üçünsə dəyərdir, sadəcə torpaq yox. Biz bu müharibədə haqq tərəfik. Həm mənəvi, həm beynəlxalq hüquq baxımından evimizə qayıdırıq.

Müharibə uzandıqca dəhşətli səhnələr çoxalır. Amma bu günlərdə bir erməni əsirinin əhvalatı mənə toxundu. Deyir:

“Mən yaralı idim, tez telefonumu qırdım ki, birdən evdəkilərə ölümümdən sonra zəng edərlər. Avtomatı qapıya tərəf tuşlamışam, bizi mühasirəyə alan Azərbaycan əsgərinə dedim ki, səndən bir xahişim var. Bizi öldürəndən sonra meyitimizi evə göndərin, anamız basdıra bilsin. O əsgər də mənə dedi ki, biz sizi öldürmək istəmirik, mən ona dedim ki, inanmıram. Onda Azərbaycan əsgəri silahsız və zirehli gödəkçəsiz içəri daxil oldu. Mənim silahım ona tuşlanmışdı. O dedi ki, görürsən mən sənə inanıram. Sən də mənə inan. Və məni öldürmədilər”. Müharibənin içində insanlığı itirməmək bir insan üçün ən böyük uğurdur. Azərbaycan əsgəri buna qadirdir. Biz uşaq öldürmədik, qadın zorlamadıq bu müharibədə. Əgər belə bir hal olsaydı bütün dünyaya car çəkərdilər. Azərbaycan əsgərinə həmişə belə təmkinli olmağı arzulayıram.

Ermənilərin hamısı qaniçən deyil. Bir xalqın hamısı cani ola bilməz. İndiki halda bir çoxumuz hiddətlənib, onları ümumiləşdiririk. Çünki yaralarımız təzədir. Çünki gözümüzün qarşısında dinc əhalimiz ölür. Onlardan isə adekvat adama demək olar ki, rast gəlmirik. Heç bir erməni qrupunun küçələrə çıxıb, öz dövlətindən uşaq ölümlərinə son qoymağı tələb etdiklərini görmürük. Nə Ermənistanda, nə dünyada. Ancaq çıxıb “Artsax” qışqırırlar. İnanmaq istəyirəm ki, onların da arasında haqqı deyən insanlar var. Bəlkə də qorxularından səs çıxartmırlar. Amma əgər yoxdursa vay o xalqın halına. Bu xəstə təfəkkürlə məğlubiyyət qaçılmazdır. Bu təfəkkürlə hələ çox itirəcəklər".

Aktyor bildirib ki, arzusu müharibənin tez bitməyi və torpaqlarımızın tez bir zamanda qaytarılmağıdır:

""Biz ermənilərin kökünü kəsməliyik!" sözü düzgün deyil. Amma mən ermənilərlə dost da olmaq istəmirəm. Mən tarix boyu olanlardan sonra onlarla ümumi nəyiminsə olmağını istəmirəm. Gələcəkdə ermənilərlə birgə yaşamağın qərarını isə sırf gərək Qarabağda yaşayan insanlar versinlər. Bu insanların vaxtı ilə ermənilərin elədiyi kimi referemdum haqqı olmalıdır. İndi isə bu haqda danışmaq tezdir. Zaman hər şeyi öz yerinə qoyacaq.

Arzum budur ki, müharibə tez bitsin. Biz torpaqlarımızı qaytaraq, əsgərlərmiz, zabitlərimiz sağ-salamat evlərinə qayıtsınlar. Bir də heç vaxt düşmən cəsarət eləyib, bizə hücum eləyə bilməsin. Öz torpaqlarımızda yaşayaq və yaradaq. Topraqları işğal altında olmayan bir Azərbaycanda ömür sürək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
Dünən, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
Dünən, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
Dünən, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
Dünən, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
Dünən, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
Dünən, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
Dünən, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
Dünən, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
Dünən, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
Dünən, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
Dünən, 15:40
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
Dünən, 15:36
Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
Dünən, 15:29
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
Dünən, 15:25
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
Dünən, 15:21
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
Dünən, 15:18
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Dünən, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Dünən, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Dünən, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Dünən, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Dünən, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Dünən, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:19
Ənvər Seyidov vəfat etdi
Dünən, 12:16
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Dünən, 12:12
“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Dünən, 11:47
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Dünən, 11:41
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Dünən, 11:37
Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Dünən, 11:35
Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Dünən, 11:28
Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Dünən, 11:24
"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Dünən, 11:16
Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı - Hələ də vəzifədədir
Dünən, 11:13
17 milyardlıq müharibə hazırlığı: - Tətiyi kim çəkəcək?
Dünən, 11:07
Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır
Dünən, 11:05
“Dəvəli” ASC mənfəətini bölüşdürəcək - YIĞINCAQ
Dünən, 10:55
Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... - NARAZILIQ VAR...
Dünən, 10:51
“Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək
Dünən, 10:30
Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər - Köçəryan xortladı
Dünən, 10:24
Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır - AMMA...
Dünən, 10:20
Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... - "Ömrümüz belələri üçün fəda olsun!"
Dünən, 10:05
Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... - TƏFƏRRÜAT
Dünən, 09:56
Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... - Rusiya üçün parçalanma anonsu
Dünən, 09:40
"Bir banka ki etibar olmadı..." - ETİRAZ VAR...
Dünən, 09:33
Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... BU, ÇƏTİN OLACAQ!
Dünən, 09:29
Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək - 6,7 MİLYONLUQ TENDERLƏR YEKUNLAŞDI
Dünən, 09:25
Rusiyanın TASS üzərindən TƏXRİBATI... - Görünəni odur ki...
Dünən, 09:21
ETSN dövlətə olan borcunu ödəmir - SƏN DEMƏ...
Dünən, 09:18
İrana qarşı beynəlxalq koalisiya qururuq? - NƏ BAŞ VERİR?
Dünən, 09:14
Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... - FOTOFAKT
Dünən, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru