"Elə kəndlərimiz var ki, orada yaşayış belə yoxdur"
Tarix: 2-11-2020, 15:45 |
Çap et
“Məscidlərimizdə donuz saxlayan tayfaya nə ad vermək olar? Yalnız murdar xislətlərini ortaya çıxarırlar".
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov qonaq olduğu verilişdə deyib.
İfaçı ermənilərin tarix boyu oğurluqla məşğul olduğunu bildirib:
“Prezident İlham Əliyevin və güclü Ordumuzun sayəsində mənfur düşmənlərimiz tərəfindən zəbt olunan torpaqlarımızın əksər hissəsi işğaldan azad olunub. Azad olunan torpaqlarımızın görüntülərini izləyəndə ermənilərin çirkin əməlləri üzə çıxır. Belə ki, düşmənlərimiz ata-babalarımızın yurd saldığı evləri darmadağın ediblər. Elə kəndlərimiz var ki, orada yaşayış belə yoxdur. Torpaqlarımızı oğurladıqları bəs etmirmiş kimi Azərbaycan mahnılarına da əl atırlar. Hətta bir çox bəstələrimizi oğurlayaraq erməni dilində ifa ediblər".