"Sən yaşadığım ən gözəl ilsən: 2020!"
Tarix: 2-11-2020, 12:23 |
Çap et
Xalq artisti Röya Ayxan "İnstagram" hesabında maraqlı paylaşım edib.
BiG.AZ xəbər verir ki, müğənni sosial şəbəkə hesabında sözləri Zəlimxan Yaquba məxsus, Mikayıl Mirzənin ifasında səslənən şeri paylaşaraq, bu sözləri yazıb:
"Sən yaşadığım ən gözəl ilsən: 2020, zəfər ilim.
Dahi Zəlimxan Yaqu,sizə və "Sizi qınamıram"şerinizi bu cür duyğularla bizə çatdıran Mikayıl Mirzəyə rəhmət diləyirəm, ruhunuz şad olsun, rahat yatın.
Hər dəfə bu şeri dinləyəndə Xocalı dərdi, Şuşa əzabı, Laçın ağrıları yada düşürdü.
Artıq içimizdə olan bu kədər bitir, Allah bizi eşidir və biz qalib gəlirik.
Hər kəs ayağa qalxıb, yumruq kimi birləşib, bu torpağı xilas etdi.
Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan Ordusu, yaşasın Azərbaycanın Ali Baş Komandanı!"