“Yəqin ki, xoşbəxtlikdən başımı itirəcəm...”
Tarix: 2-11-2020, 09:13 | Çap et
Qələbə dolu bir ayı da geridə qoyduq. Azərbaycan tarixində son bir ay böyük bir dastanlıq tarixini özündə əks etdirir desək yəqin ki, yanılmarıq. Hazırda hər birimizin ürəyi cəbhədən gələn xəbərlərdədir. Gözümüz mediada, Tvlərdə xoş xəbələrin sorağındayıq. Belə günlərdə daha dəqiq, doğru və düzgün məlumatları çatdırmaq üçün media nümayəndələrinin də üzərinə böyük yük düşür.
Bu dəfə qələbə xəbərlərini tamaşaçılarla bölüşən Moderator.az - ın qonağı əməkdar artist, istedadlı aparıcı, aktrisa Dilarə Əlieyevadır.
- Bu gün vəzifəsindən, peşəsindən asılı olmayaraq hər birimiz Qarabağlıyıq. Dilarə xanım hazırda yaşadığı hissləri necə ifadə edər?
- İndi hisslərimiz bir-birinə qarışıb - sevinc, fərəh, göz yaşı, qürur… 27 ildir bu günü gözləyirdik. Biz azad etdiyimiz torpaqlarımızı oğullarımızın qanı bahasına əldə etdiyimizi bilirik. Onlar bizim övladımız, qardaşımız, atamızdır. Allahdan dünyasını dəyişən şəhidlərimizə rəhmət diləyirəm. Rəşadətli ordumuza isə güc-qüvvət arzulayıram. Bizim bir gözümüz gülsə də bir gözümüz ağlayır. Gəncədə, Bərdədə törədilən terror hadisələri və orada zərərçəkmiş vətəndaşlarımızın ağrısı bizi üzür. Düşmən cəbhədə ordumuzu deyil, dinc sakinləri hədəf alır. Ordumuz qisasını döyüş meydanında alır və alacaq da. Bundan sonra torpaqlarımızın bir qarışını belə itirməyə hazır deyilik. İşağl edilmiş torpaqlarımızı son qarşısına qədər azad edəcəyik. Düzdür, indi o torpaqları düşmən viran qoyub. Həmin kadrları ürək ağrısı ilə izləyirik. Ancaq biz yenidən öz ocağımızı isidəcəyik.
- Dilarə xanım, ordumuz ön cəbhədə, xalqımız arxa cəbhədə düşmənlə mübarizə aparır. Bəs, siz bir vətəndaş kimi mübarizənizi necə aparırsınız?
- Mən də ekran vasitəsi ilə media cəbhəsində mübarizə aparıram. Verilişimizdə necə bir düşmənlə qarşı-qarşıya olduğumuzu və onların törətdikləri hadisələri nümayiş etdiririk. Terror qruplaşmaları, onların fəaliyyəti barədə məlumat veririk. Onlar bizim dinc əhalini, evində gecə yatdığı yerdə uşaqlarımızı öldürdüyü halda, biz onların cavabını yalnız döyüş meydanında veririk. Ali Baş Komandanımızın uzaqgörən siyasəti, eyni zamanda haqq səsini media vasitəsi ilə cəmiyyətimizə və dünyaya çadırırıq. Verilişimizə analitiklər, şairlər, bəstəkarlar və bu istiqamətdə ziyalı ekspertlər dəvət edirik. Tamaşaçıları məlumatlandırmaq üçün şərait yaradırıq, söz haqqı veririk, çıxışlarını işıqlandırırıq. Kimlər ki, arxa cəbhədə fəallıq nümayiş etdirib, öz təbliğatını daha düzgün aparıb, belə insanların da gördüyü işləri vurğulayırıq. Biz də informasiya cəbhəsində əlimizdən gələni, hətta gəlməyəni də etməyə çalışırıq.
- Dilarə xanım, Qubadlının işğalını Sumqayıt camaatı xüsusi sevinclə qeyd etdi. Bir sumqayıtlı qızı kimi bunun səbəbini sizdən soruşmaq istərdim.
- Sumqayıtda Qubadlı əhalisi çox olduğundan bu xəbər onlar üçün ikiqat bayram idi. Qubadlının azad olunması xəbərini eşidəndə sumqayıtlılar göz yaşlarına hakim ola bilmədilər. Biz hamımız bilirik ki, Qubadlı və digər işğaldan azad olan torpaqlarımız insanlara hansı qurbanların bahasına başa gəldi. Bizim başqa çıxış yolumuz yox idi. İnsansevər millətə başqa bir yol buraxmadılar. İnsanlar bunun fərqindədirlər.
- Həyat yoldaşınız Oqtay bəy irəvanlıdır. Hazırda ailənizdəki ab-havanı necə təsvir edərdiniz? Sizə xatirələrindən necə bəhs edir və o illəri necə xatırlayır?
- Oqtayın nənəsi danışırdı ki, bizdən əvvəlki dönəmdə də İrəvanda bir dənə olsa erməni yox idi. Son illər çoxalmağa başladılar. Kənardan bu torpaqlara erməniləri doldurdular və burada Ermənistan dövləti yaratdılar. Hansı ki, məskunlaşdıqları bizim torpaqlar idi. Bu, mənə inanılmaz təsir edir. Axı, necə ola bilər sən evinə qonaq qəbul edəsən, yedirdib içirdəsən, gözünün üstündə saxlayasan, axırda da gəlib desin ki, bura mənimdir. Bu, həqiqətən çox dəhşətli vəziyyətdir.
Oqtay o illəri xatırlayanda qeyd edir ki, ermənilər çox azğınlaşmışdılar. İnsanlara hücum edirdilər. Oqtayın atasının jiqulisi vardı. Onların da ailəsi son dəqiqə şəhəri tərk edib. Erməni komandiri onların maşınını gördükdə “Tutun, o türk maşınıdır” deyə qışqırıb. Ermıənilər onların arxasınca düşüb, ancaq çox uzaqlaşdıqları üçün çata bilməyiblər. Lakin böyük travma yaşayıblar. Qızmış erməni terroristlərinin əlinə düşsəydilər, onları parça-parça edərdilər. Oqtayın hər dəfə İrəvanla bağlı hazırlanan sujetlərə necə həsrətlə baxdığını görürəm
- Bu gün biz qalib xalqıq. 27 ildən sonra qalibiyyət əldə etmiş bir xalqın TV-ləri buna necə hazır idi?
- İstər TV, istərsə də yazılı media hər halda rəsmi məlumatlara əsaslanmalıdır. Sosial şəbəkələrdə bəzi səhifələr var ki, onlar KİV-lərin işinə mane olurlar. Daha çox “like” və izləyici topalamaq üçün yanlış məlumtlar paylaşırlar. Tezliklə onlar zərərsizləşdirilməlidir ki, doğru-dürüsüt çalışan KİV-lərə mane olmasınlar. Ümumilikdə 27 ildir biz torpaqların o qədər həsrətini çəkmişik ki... Müharibə gözlənilmədən başladı, buna hazır olmayan TV-lər də tez bir zamanda toparlandı. Necə lazımdırsa elə də işləməyə başladılar. Bu gün bir olmaq, bir yumruq olmaq zamanıdır. Vətəndaşlarımızdan da çox şey asılıdır. Belə ki, düzgün olmayan informasiyalar, mənbəyi məlum olmayan səhifələrə baxmasalar, bəyənməsələr, paylaşmasalar az əvvəl qeyd etdiyim xəbələr ayaq tutub yeriməz. Vətəndaş da məsuliyyət daşımalı, yalnız rəsmi məlumatları paylaşmalıdır.
- Torpaqlarımız işğaldan tam azad olunduqdan sonra Dilarə Əliyeva ilk hara gedəcək?
- İndi hər saniyə xəbər gözləyirəm. Hələ həyatımda belə bir şey olmayıb. İnsan bir dəqiqədən-bir sosial şəbəkəyə, xəbər saytlarına baxarmı? Səhərdən axşama qədər sözümüz, söhbətimiz qələbə, kəndlərimizin azad olunması ilə bağlıdır. Hazırda ürəyimiz cəbhədə döyünür. Yəqin ki, xoşbəxtlikdən başımı itirəcəm. Torpaqlarımız düşməndən tam azad olunduqdan sonra Qarabağ turuna çıxacam. Allah xalqımıza bu gözəl günü tez zamanda yaşamağı nəsib etsin. Əsgərlərimiz cəbhədən sağ-salamat, evlərinə, ailələrinə qayıtsınlar. Qarabağın azadlığı uğrunda dünyasını dəyişən şəhidlərimizə Allah rəhmət eləsin. Qələbə xəbəri eşidək ki, heç olmasa, o şəhidlərin ruhu şad olsun. Bu xəbərlərlə ürəyimizə su səpilsin ki, onların qanı yerdə qalmasın.
- 27 il keçib. Bu günü təsəvvür edirdinizmi?
- Hər qələbə xəbərini aldıqda göz yaşlarıma hakim ola bilmirəm, sevincə boğuluram. Bundan qabaqkı efirimizdə redaktorumuz Zəngilanın işaldan azad olunması xəbərini çatdırdı. O xəbəri eşidəndə əlimi üzümə tutub dəqiqələrlə ağladım. Yəni biz qələbə qazanırıq. Biz evimizə qayıdırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
|