"Bu şərəfsizlər mənim əlimdən yanırlar" - FOTO
Tarix: 31-10-2020, 11:41 |
Çap et
Ermənilər bu dəfə tanınmış fitnes məşqçisi Kamil Zaynallını ölümlə hədələyir.
Yenisabah.az xəbər verir ki, həbsdən çıxdıqdan sonra yardım aksiyasına davam edən idmançı bu barədə sosial şəbəkə hesabında bu məlumat verib:
“Bu şərəfsizlər mənim əlimdən yanırlar. İki gündür “Telegram”da, “İnstagram”da görüntülərimi paylaşıb məni öldürtmək istəyirlər”.
Qeyd edək ki, Kamil Zeynallıya qarşı ermənilərin nifrəti təəccüblü deyil. Belə ki, bir müddət öncə xarici ölkələrdə yaşayan azərbaycanlılara qarşı ermənilərin hücumu başlamışdı. Kamilin çağırışından sonra ermənilərə lazımi cavab verildi. Məhz həmin hadisələrdən sonra ermənilərin Kamilə qarşı nifrəti hədsiz dərəcədə artıb. Bundan əvvəl də onlar idmançını öldürməklə hədələyirdilər.