"Buna göz yumsaq, sabah digərləri də eyni səhvi edəcək"
Tarix: 30-10-2020, 15:20 |
Çap et
Xalq artisti Aygün Kazımova da "McDonalds", "Burger King", "Papa Johns" restoranlar şəbəkəsini boykot edib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən pop-diva buna göz yumularsa digər şirkətlərin də eyni addımı atacağını qeyd edib:
"Düzdür, bu gün "McDonalds" və "Burger King" bizim əsas problemimiz deyil, amma buna göz yumsaq, sabah digərləri də eyni səhvi edəcək. Ona görə boykot! Hər kəs ölkəmizon ərazi bütövlüyünə hörmət etməlidir".
Xatırladaq ki, bir müddət əvvəl “McDonald's”ın Azərbaycandakı rəsmi səhifəsi “Qarabağ Azərbaycandır” – deyə paylaşım etsə də ermənilərin boykotundan sonra postu silib. Paylaşımı sildikdən sonra açıqlama verən şirkət siyasətə qarışmadığını, əsas amallarının insanları qida ilə təmin etmək olduğunu bildirib.