"Qarabağımızın hər kəndi, hər şəhəri gözəldir"
Tarix: 21-10-2020, 12:57 |
Çap et
Xalq artisti Aygün Kazımova Zəngilan şəhərinin işğaldan azad olunmasına münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan sənətçi yaşadıqlarının gözünün önündən keçdiyini qeyd edib:
"Qarabağımızın hər kəndi, hər şəhəri gözəldir. Amma Zəngilan və Qubadlının adı gələndə başqa hisslər keçirirəm. Vətən sevgisi, həyəcan, itkilərimiz... Yaşadıqlarımız bir-bir gözümün önündən keçir. Zəngilanımızın qayıdışı mübarək olsun! Tezliklə Ali Baş Komandamızın dilindən Qubadlının, Şuşanın, Laçının, Xocalının, Xankəndinin işğaldan azad olması xəbərini eşidək!"
Qeyd edək ki, Aygün Kazımova 92-93-cü illərdə Nurəddin Xocanın komandiri olduğu “Bozqurd” batalyonunda, ön cəbhədə müharibədə iştirak edib. O, “Bozqurd” batalyonunda şəfqət bacısı olub.