"Bu hadisə bizim vətənpərvərlik duyğularımıza, qələbə əzmimizə kölgə sala bilməz!"
Tarix: 14-10-2020, 14:52 |
Çap et
Müğənni Bahar Lətifqızı öldürülən hər əsgəri öz övladı kimi hiss etdiyini bildirib.
Big.az-a müsahibə verən sənətçi şəhid olan əsgərlərə görə çox pis olduğunu deyib:
“İşğalçı erməni əsgərinin vəhşicəsinə qətlə yetirdiyi bütün körpələr mənim övladlarımdır. Mən elə başa düşürəm ki, erməni əsgəri mənim övladımı öldürüb və bu mənə çox pis təsir edir. İndi təsəvvür edin ki, işgəncələrə məruz qalanalar nə hisslər keçiriblər? Xocalı soyqırımında amansızlıqla qətlə yetirilən və insanlığa sığmayan igəncələrə məruz qalan qardaş, bacılarımızın, şəhidlərimizin qanı yerdə qalmayacaq! Erməni ordusunun hələ Gəncədə törətdiyi terror aktını demirəm. Düzdür, çox ağladım. Amma, bu hadisə bizim vətənpərvərlik duyğularımıza, qələbə əzmimizə kölgə sala bilməz! Nə qədər ki, Ali Baş Komandanımız var biz qələbə çalacağıq! Çünki Qarabağ Azərbaycandır!”