"Mən sənə qızımızı əmanət etmişəm, sən isə onu müğənniliyə çəkirsən"
Tarix: 15-06-2020, 14:59 | Çap et
 “Anam biləndə ki, mən ifaçılığa başlamışam, İstanbuldan Bakıya gəldi. Atamla aralarında mübahisə yarandı. Anam atama bunları dedi: “Mən sənə qızımızı əmanət etmişəm, sən isə onu müğənniliyə çəkirsən. Özün tarçı və xanəndə, mən isə ingilis dili müəlliməsi. Bizim ailəmizdən müğənni çıxa bilməz. O kişini (bəstəkar Vaqif Gərayzadə - red.) tanıyırıq? Qızımızı hara aparıb-gətirdiyini bilirik?” Atam isə ona cavabında dedi: “O kişi musiqi aləminin məşhur simasıdır. İnanıram ki, balam bir atanın yanına gedib-gəlir. Sən bu işlərə qarışma, artıq mən varam”.
Oxu.Az xəbər verir ki, bu sözləri ötən gün 38 yaşını qeyd edən Xalq artisti Röya Ayxan “İctimai” televiziyada yayımlanan “Gəl qonaq ol!” proqramında qonaq olarkən deyib.
Ailə üzvləri ilə ilk dəfə kamera önünə keçən sənətçi səmimi etirafları ilə diqqət çəkib.
Röya atasının ona aldığı açıq-saçıq libasa görə anası ilə münaqişə yaşadığını bildirib:
“Atam mənə ilk dəfə kürəyi açıq libas aldı. Anam həmin geyimi görəndə dəli olmuşdu. Gecə yatanda anamın yüksək səslə söylədiyi “Bu paltarı cırmaq lazımdır. Röya bu paltarı geyinməyəcək” kəlmələrini eşitdim (gülür). Lakin zaman keçdikcə anam məni hamıdan daha çox dəstəkləməyə başladı. Sənətə gəldiyim 5-6 ildən sonra anam İstanbulda mağazanın önündən keçəndə görüb ki, çox sayda insan disklərimi alır. Yaxınlaşıb satıcıya deyib ki, bu qız mənim övladımdır. Sonra zəng vurub mənə bunları danışanda ona dedim: “Nə oldu, bəs məni qəbul etmirdin?”
Verilişdə qardaşları Ayxan və İsmayılla bir masa ətrafında əyləşən Xalq artisti onlardan da söhbət açıb:
“İsmayılı hamı tanıyır. Çünki o daim mənim yanımda olub. Birlikdə mənimlə verilişlərə çıxıb. Amma Ayxanı heç kim görməyib. Çox adam elə zənn edir ki, oğlumun adı Ayxandır, bu səbəbdən də onun adını soyadım kimi götürmüşəm. Amma əslində, bu belə deyil. Qardaşım Ayxan dünyaya gələndən problemli uşaq olub. Hər zaman qorxmuşuq ki, xəstələnər. Ona bir şey olar... Bu səbəbdən onun adını soyadım kimi götürmüşəm ki, hər zaman yanımda yaşasın. Ayxanın 30 yaşı var. Sağlam oğlandır.
İndi atamın ən xoşbəxt günləridir. Çünki İsmayıl ilə Ayxan dörd yaşından İstanbulda yaşayıb. İsmayıl tez-tez Bakıya gəlsə də, Ayxan cəmi iki dəfə gəlib. Atam onlarla görüşmək üçün hər zaman İstanbula gedib. Karantin müddətində qardaşlarım hərbi xidmətlərini başa vurdular. Türk vətəndaşı olmaq üçün Bakıdan çıxıb İstanbula getmək istədikləri vaxt koronavirus pandemiyası ilə əlaqədər sərhədlər bağlandı. Qardaşlarım Bakıda qalmalı oldular. Atamın arzusu sanki çin oldu. Neçə illərdir oğullarının həsrətini çəkir, onları doyunca görə bilmirdi. İndi üç aydan çoxdur ki, Ayxan ilə İsmayıl atamın yanındadır”.
R.Ayxan “Xalq artisti” fəxri adına layiq görülsə də, həyatında heç bir dəyişikliyin olmadığını söyləyib:
“Yekəxanalıq, özünü öymək, mənəm-mənəmlik mənlik deyil. “Xalq artisti” adını zəhmətimin qarşılığında almışam. Amma həyatımda heç nə dəyişməyib. Eyni kətan köynəkdə, cins şalvarda yenə də dədəmin qızıyam. Hamı kimi mən də problem yaşayan bir insanam. Allah müğənniləri seçir, ulduz edir, amma onlara həyatında çox şeylər vermir. Bir az nələrsə verir, onunla da dadını çıxarırıq. Çox istərdim ki, atamın böyük həyət evi olsun. Onu da sənin üçün edəcəyəm (gülür)...
Proqramın gedişatında verilişin aparıcısı Saleh Bağırovun “Fikir vermisən, ən yaxşı aşpaz kişilər olur” fikrinə Röya “Bəli, elə də olmalıdır. Qadının işi uşaq dünyaya gətirməkdir” deyib, bu mövzuda olan düşüncələrini belə davam edib: “Mənə deyirlər ki, “Oğlun Hüseyn təkdir. Bəlkə həyatına kimsə gələr, yenidən ana olarsan...” Cavab olaraq söyləyirəm ki, “Heç zaman. Bundan sonra yenidən ailə qurub, övlad sahibi olmaq həvəsim yoxdur”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
| • Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU
Bu gün, 16:05 |
|
|
|
| • Tramp İranı bombardmanla hədələyib, Hörmüz boğazını açacağına söz verib
Bu gün, 16:00 |
|
|
|
| • Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı
Bu gün, 15:58 |
|
|
|
| • Generalın oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:57 |
|
|
|
| • Metrologiya İnstitutu 2 ədəd avtomobil alır
Bu gün, 15:51 |
|
|
|
| • Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi
Bu gün, 15:49 |
|
|
|
| • Qədir Qızılsəsə qarşı HAQSIZLIQ - “Hər yerdə məni "vururlar"
Bu gün, 15:42 |
|
|
|
| • Çətin anlarda həmişə işçilərimin yanında olmuşam - Əliqismət Lalayev
Bu gün, 15:37 |
|
|
|
| • Sentyabrda dəhşətli müharibə: - Ermənistanı silkələyən xəbər
Bu gün, 15:29 |
|
|
|
| • Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: - "Kim nə versə..."
Bu gün, 15:23 |
|
|
|
| • Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir - Tofiq Zülfüqarov
Bu gün, 15:18 |
|
|
|
| • Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib - DETALLAR
Bu gün, 15:12 |
|
|
|
| • İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər - "Axios"
Bu gün, 14:59 |
|
|
|
| • "Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" - deputat
Bu gün, 14:58 |
|
|
|
| • Daha 4 tiktoker tutuldu
Bu gün, 14:45 |
|
|
|
| • Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır - deputat
Bu gün, 14:42 |
|
|
|
| • Simonyan Belarus XİN-in etiraz notasından danışıb: - Ermənistan heç vaxt quberniyaya çevrilməyəcək
Bu gün, 13:19 |
|
|
|
| • ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib - TƏFƏRRÜAT
Bu gün, 13:12 |
|
|
|
| • Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! - Beton bərkimir, çəki azdır, qablaşdırma keyfiyyətsizdir, qiyməti artırıblar
Bu gün, 13:01 |
|
|
|
| • Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur - ŞƏRH
Bu gün, 12:54 |
|
|
|
| • Nazir sabiq müşavirini lisey direktoru təyin etdi - FOTO
Bu gün, 12:48 |
|
|
|
| • FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir - SİYAHI
Bu gün, 12:43 |
|
|
|
| • Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında
Bu gün, 12:27 |
|
|
|
| • Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:19 |
|
|
|
| • İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
Bu gün, 12:17 |
|
|
|
| • Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə - VİDEO
Bu gün, 12:07 |
|
|
|
| • Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib
Bu gün, 11:56 |
|
|
|
| • Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? - İLGİNC
Bu gün, 11:44 |
|
|
|
| • Meloninin Bakıdan İran mesajı – Nə demək istədi...
Bu gün, 11:43 |
|
|
|
| • Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər
Bu gün, 11:36 |
|
|
|
| • Sirkə turşusu içən "estetik" həkimin SON DURUMU
Bu gün, 11:35 |
|
|
|
| • Qarabağ ermənisinə Rusiya pasportu verildi
Bu gün, 11:30 |
|
|
|
| • “Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu - Detallar
Bu gün, 11:19 |
|
|
|
| • Dostunun məhkəməsinə gəldi, özü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
Bu gün, 11:06 |
|
|
|
| • Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi - MƏHKƏMƏ
Bu gün, 10:57 |
|
|
|
| • Muzdlu lobbiçinin “ekspert rəyləri” - NATO-nun imicinə zərbə
Bu gün, 10:48 |
|
|
|
| • Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? - ARAŞDIRMA
Bu gün, 10:45 |
|
|
|
| • Yeni sahibkar kimləri işdən çıxara bilər? - Ali Məhkəmənin QƏRARI
Bu gün, 10:39 |
|
|
|
| • “Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır
Bu gün, 10:37 |
|
|
|
| • Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi - DETALLAR
Bu gün, 10:29 |
|
|
|
| • Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:25 |
|
|
|
| • "Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." - "Armtimes"
Bu gün, 10:19 |
|
|
|
| • Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya nə qədər cəza verilib?
Bu gün, 10:18 |
|
|
|
| • “Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? - GÖZLƏNTİ
Bu gün, 10:12 |
|
|
|
| • Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
Bu gün, 10:07 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 10:06 |
|
|
|
| • Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq - Melkonyan
Bu gün, 10:00 |
|
|
|
| • “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - SİYAHI
Bu gün, 09:56 |
|
|
|
|