"Eybi yox, o məndən böyükdür və dəyərlidir"
Tarix: 22-04-2020, 08:38 |
Çap et
DİA.AZ: - Sosial şəbəkə fenomeni Elçin 3 ildir küsülü olduğu aparıcı Zümrüd Qasımovaya barışıq jesti edib.
DİA.AZ-ın məlumatına görə, bu haqda Elçinin özü məlumat verib: "Zümrüd Qasımova ilə 3 ildir danışmırıq. Amma burdan Zümrüd xanıma böyük sevgim və sayqım olduğunu bildirirəm. Mənim haqqımda sosial şəbəkədəki səhifəsində xoşuma gəlməyən paylaşım etsə də , eybi yox o məndən böyükdür və dəyərlidir. Sizi çox sevirəm. Ən azından uşaqlığımız sizin verilişlərinizlə keçib. İstəmirəm xanım aparıcı ilə küsülü qalım. İlk mən olaraq sizə barışıq əlimi uzadıram. Əlimi uzatmaqdan da çəkinmirəm".