"Oradan qazanc güdmürəm" - FOTO
Tarix: 13-08-2019, 11:07 | Çap et
 DİA.AZ: - Müğənni Zamiq Hüseynov Naxçıvanda solo konsert verib.
DİA.AZ xəbər verir ki, sənətçi Saat Meydanında təşkil olunan gecə üçün özəl hazırlaşıb.
Belə ki, meydanda quraşdırılan səhnənin dekorasiyası, işıqlar və səs avadanlıqları Bakıdan gətirilib. Zamiqin komandasına daxil olan 30 nəfər tədbirə cəlb olunub. Bundan əlavə, sənətçi gecə üçün xüsusi repertuar seçib. O, pərəstişkarları üçün 1 saat 45 dəqiqə ərzində 20 hitini səsləndirib. Onu səhnədə öz ansamblı və 4 rəqqas müşayiət edib. Həmçinin pop ifaçısı səhnədə iki fərqli geyimdən istifadə edib.
Zamiq konsertdə mahnılarını canlı səsləndirib. Müğənni "Sən necə də gözəlsən...”, “Kaman”, “Bəyaz mələyim”i ifa edən zaman anşlaq yaşanıb.
O, Naxçıvan konsertdən əvvəl KİV nümayəndələrinin suallarını cavablandırıb. Sənətçi qeyd edib ki, Heydər Əliyev Sarayındakı repertuarına əlavələr edərək açıq hava konsertinə uyğunlaşdırıb.
“Heydər Əliyev Sarayındakı özəl konsertimdə repertuara daxil olan bəzi mahnıları yenə səsləndirəcəyik. Daha sonra rəqs qrupları cəld etmişik. Çalışmışıq ki, saraydakı konsertin yaxşı tərəfini açıq hava konsertinə uyğunlaşdıraq. Mahnılarımı canlı ifa edəcəm. Bir-iki mahnını fonoqram səsləndirəcəm. Çünki hazırlamağa vaxtımız olmadı. Geyimlər üzərində yenə özüm çalışmışam. Səhnədə istədim ki, ağ və rəngarəngliyin vəhdəti təşkil olunsun”.
Bundan əlavə, ifaçı hər bir sənətçinin konsert və toylarda canlı mahnılar oxumasının tərəfdarı olduğunu bildirib:
“Sevindirici haldır ki, indi sənətçilərin əksəriyyəti konsertlərdə canlı ifa edir. Hətta toylarda da belə addım atırlar. Mənə elə gəlir ki, sənətçilərin öz ansamblı olmalıdır. ZH qrupu ilə artıq 15 ildir ki, bir yerdə çalışırıq. Bir-birimizə baxanda belə nə istədiyimizi bilirik. Bu səbəbdən deyirəm ki, hər bir ifaçının belə ansamblı olsa, toylara öz qrupları ilə gedərlər. Canlı ifada tamaşaçılara xüsusi enerji gedir. Fonoqramda bunu ala bilmirlər. Canlı tamam başqa bir şeydir. Məncə müğənnilər buna diqqət yetirməlidirlər. Toy qonorarlarını artıq alsınlar, amma öz komandası ilə getsinlər”.
Zamiq toy və böyük tədbirlərdə bütün işlərlə özünün maraqlandığını söyləyib:
“Böyük bir komandamız olsa da, hər şeylə özüm maraqlanıram. Bəzi hallarda axsamalar olur. Özüm o halda məsələyə qarışıram, çatışmazlıqları aradan qaldırıram. Bu zaman əziyyət çəkirəm. Konsert, toyqabağı əsəb keçirirəm. Bir az haldan düşürəm, fikrim başqa yerə yönəlir. Əslində mən bu tədbirlərdə sadəcə ifa haqqında fikirləşməliyəm. Bu, bir az məni yorur, arxaya atır. İstəyərdim ki, daha da böyüyək. Yaxın gələcəkdə yaxşı planlarım var”.
Müğənni artıq bir ifaçı götürərək onu yetişdirmək barədə düşündüyünü deyib:
“İstəyirəm ki, solo ifaçı götürüb yetişdirim. Belə bir planım var. Məsələ belədir ki, hər bir sənətçi müəyyən yaşdan sonra estafeti başqasına verməlidir. Bizdən qabaq var idi, bizdən sonra da olacaq. Bu məsələlərə real baxmaq lazımdır. Düşünmək lazımdır ki, gələcəkdə yerin yaxşı olsun və gənclər sənin haqqında yüksək fikirdə olsunlar. Örnək olmaq lazımdır”.
Zamiq bölgələrdə insanların keyfiyyətli musiqilərə qulaq asmağı üçün konsert turların təşkil olunacağını da vurğulayıb:
“Naxçıvandan sonra digər regionlarda konsert turu təşkil etmək fikrindəyəm. Bilirəm ki, bölgələrdə yaxşı şərait var. Oradan qazanc güdmürəm. Sadəcə olaraq insanlara yaxşı musiqini aşılamaq istəyirəm.
Bəzi bölgələrin insanları bayağı musiqiyə meyilləniblər. İstərdim ki, onlar da tez-tez əsl Azərbaycan popunu və klassik musiqilərimizi dinləsinlər”.  


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00 |
|
|
|
• “Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58 |
|
|
|
• Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56 |
|
|
|
• Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53 |
|
|
|
• İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48 |
|
|
|
• Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45 |
|
|
|
• Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42 |
|
|
|
• "Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38 |
|
|
|
• İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35 |
|
|
|
• SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31 |
|
|
|
• Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27 |
|
|
|
• Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03 |
|
|
|
• Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54 |
|
|
|
• Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51 |
|
|
|
• Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13 |
|
|
|
• İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11 |
|
|
|
• "Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Dünən, 14:07 |
|
|
|
• Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Dünən, 14:05 |
|
|
|
• İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Dünən, 14:01 |
|
|
|
• "Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Dünən, 13:39 |
|
|
|
• İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Dünən, 13:37 |
|
|
|
• Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Dünən, 13:34 |
|
|
|
• "Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Dünən, 13:32 |
|
|
|
• Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Dünən, 13:22 |
|
|
|
• Mən sovet adamıyam - Lukaşenko
Dünən, 13:14 |
|
|
|
• Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Dünən, 13:08 |
|
|
|
• Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Dünən, 13:05 |
|
|
|
• Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Dünən, 12:59 |
|
|
|
• Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Dünən, 12:55 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına təyinat olub - FOTO
Dünən, 12:53 |
|
|
|
• FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb – Jurnalist
Dünən, 12:47 |
|
|
|
• Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran - İTTİHAM VAR...
Dünən, 12:31 |
|
|
|
• Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir - ARAŞDIRMA
Dünən, 12:27 |
|
|
|
• Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
Dünən, 12:16 |
|
|
|
• Ermənistan ordudan imtina edir? - “Nezavisimaya qazeta”
Dünən, 12:15 |
|
|
|
• “GL Group”da yeni təyinat - FOTO
Dünən, 12:14 |
|
|
|
• “Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq - MÜQAVİLƏ BAĞLADI
Dünən, 12:12 |
|
|
|
• Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? - AKTUAL
Dünən, 12:11 |
|
|
|
• Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək - MƏQALƏ
Dünən, 12:05 |
|
|
|
• Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı - İsrafil Kərimovun yazısı
Dünən, 12:03 |
|
|
|
• Əfqanları Avropaya qanunsuz daşıyan azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 12:02 |
|
|
|
• ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib - "Telegraph"
Dünən, 11:57 |
|
|
|
• Bu il Cənubi Qafqaz ölkələrinə nə qədər turist səfər edib? - SİYAHI
Dünən, 11:51 |
|
|
|
• Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər
Dünən, 11:44 |
|
|
|
• Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? – Ali Məhkəmədən yeni qərar
Dünən, 11:33 |
|
|
|
• “Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var
Dünən, 11:28 |
|
|
|
• “Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq – İcarə adı altında milyonlar talanır
Dünən, 11:20 |
|
|
|
• “Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” - Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Dünən, 11:14 |
|
|
|
• İnsanların sağlamlığı ilə oynayırlar... - GİLEY
Dünən, 11:12 |
|
|
|
• Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
|