DİA.AZ: - Müğənni-bəstəkar Rəhim Rəhimli 2017-ci il sonunda yeni klipini təqdim edib.
DİA.AZ xəbər verir ki, sənətçi bütün zamanını sənətinə həsr etdiyini bildirib:
“Yeni mahnım “Bu gecə” adlanır. Uzun müddətdir bu bəstə üzərində iş gedirdi. Mahnının söz və musiqisi Sevər xanıma aiddir. Rejissor isə mənim dostum Anar Hüseynovdur. Ekran işində gördüyünüz imicim üzərində isə Roma çalışıb”.
Müğənni klipində modellərin çox olmasına da toxunub:
“Bir-birindən gözəl 30 xanım model klipimizdə rol alıb. Onların geyimlərinə xüsusi diqqət ayrılıb. Bu işdə modelyer Yeganə Sadıqovaya təşəkkür edirəm. Klipimdə onun geyim kolleksindan istifadə olunub”.