DİA.AZ: - Bir neçə gün əvvəl ilk dəfə ata olan müğənni Azad Seyidov körpəsi haqqında danışıb.
DİA.AZ xəbərinə görə, həyat yoldaşı və körpəsi ötən gün evə buraxıldığını deyib. O Azərbaycan tibbinin yüksək səviyyədə olduğunu deyib. Müğənni, bütün həkimlərə təşəkkür edib. Azad Seyidov bu sevinci ilk dəfə yaşasa da, həyəcanı gözündən oxunub: "Bütün insanlara övlad sevgisini yaşamağı arzu edirəm. O qədər sevinirəm ki, gözlərim yaşarır. Ata olmaq gözəl duyğudur. Övladın oğlan yaxud qız olmasının fərqi yoxdur. Əsas odur ki, sağlam olsun. Təbrik yazan insanların hamısına təşəkkür edirəm".
Qeyd edəki, müğənni Azad Seyidovun qız övladı dünyaya gəlib.