Türkiyəli ulduzların saç ustası Mədinə Məlikə titul verdi: - "Stil ikona"
Tarix: 13-04-2017, 08:17 |
Çap et
DİA.AZ: - Türkiyənin məşhur saç ustası Sadık Bekar “Kristal” qrupunun rəhbəri, prodüser Mədinə Məlik haqqında xoş sözlər söylədi.
DİA.AZ-ın məlumatına görə, peşakar usta azərbaycanın ən sayılıb-seçilən prodüseri Mədinə Məlikin fotonu sosial şəbəkədə paylaşaraq təəssüratlarını da qeyd edib: “Azərbaycanlı məşhur prodüser Mədinə Məlik eyni zamanda Azərbaycanın məşhur stil ikonu, Mədinə Məlik xanımı tanımaqdan qürur duydum, müvəffəqiyyətlərinin ardını arzulayıram”.
Qeyd edək ki, Sadık Bekar - o usta ki, Ajda Pekkan, Seda Sayan, Hande Yener, Zerrin Özer, Bülent Ersoy kimi sənətçilərin saçlarını “yaradır.”