Şakir Abbas hazırlıqlara başladı
Tarix: 12-04-2017, 08:20 |
Çap et
DİA.AZ: - Qubada Hollywood həyatı yaşayan sənətçi Şakir Abbasın aprelin 12-də 35 yaşı tamam olacaq.
Müğənni DİA.AZ-a açıqlamasında qeyri-adi ad günü məclisi keçiriləcək. O bildirib ki, maraqlı bir parti planlaşdırır:
" Ənənəmi pozmayacam. Ad günümü təmtəraqlı keçirməyi düşünürəm. Sənət dostlarım, media nümayəndələri - hamı orda olacaq. Maraqlı keçməsi üçün proqram da hazırlayıram. Ad günü Qubada yerləşən "Alma" restoranında baş tutacaq".
Hər zaman ad günündə imicini dəyişən müğənni yeni obrazda görünəcəyini söyləyib.