DİA.AZ: - “Şou Prodakşn”ın təşkilatçılığı ilə keçirilən "Azəbaycan Gözəli - 2016" milli gözəllik yarışmasında "Qarabağ gözəli" seçilən Zülfiyyə Abbasova yeni fotosessiya etdirib.
2 aprel - Kəlbəcər rayonunun işğal olunmasından və həmçinin aprel ayında cəbhədə baş verən hadisələrə, əslən Dağlıq Qarabağın gözəl bölgəsi Kəlbəcərdən olan fotomodel Zülfiyyə Abbasova da biganə qalmayıb.
Əyninə əsgər geyimi, gözəl model, kameralar qarşısında cəsur azərbaycanlı qızı obrazını yaratmağa müvəffəq olub.
DİA.AZ-a açıqlama verən Zülfiyyə, layihə barəsində oxucularımızı belə məlumatlandırdı: "İlk dəfədir ki, vətənpərvərlik mövzusunda yaradıcı işimi gerçəkləşdirdim. Peşəkar fotoqraf Elşən Arif tam istədiyim obrazı yaratmağın öhdəsindən məharətlə gəldi.
Saç və makiyajım üzərində zövqlü usta Həcər Mehri çalışdı. Maksimum çalışdıq ki, fotolarda vətənpərvərliyimizi nümayiş etdirək".
DİA.AZ həmin görüntüləri oxucuları üçün yayımlayır.