Funda Arar gənc azərbaycanlıya maraq göstərir - açıqlama
Tarix: 17-03-2017, 08:44 |
Çap et
DİA.AZ: - Türkiyəli məşhur müğənni Funda Ararın "Aşk hikayesi" adlı albomu işıq üzü görüb.
DİA.AZ xəbər verir ki, albomda yer alan mahnılardan biri gənc azərbaycanlı söz yazarı və bəstəkar MC Murada aiddir.
"DMC" şirkəti ilə işbirliyi quran MC Murad saytımıza açıqlamasında bildirib ki, müəllifi olduğu "Kalabalık" adlanan mahnını da almaq təklifi Funda Arar və onun komandasından gəlib. Belə ki, mahnının demo versiyası studiyada yazılarkən bu onların diqqətini cəlb edib və bəyəniblər.
Qeyd edək ki, bu Murad və Fundanın ilk işbirliyi deyil. Bundan əvvəl də söz yazarı "Bağışla" adlı mahnını sözügedən ifaçıya təqdim etmişdi.