DİA.AZ: - "Mənə zərbə vurana mən də zərbə vuraram. Yəni zərbə pul mənasında deyirəm. Quyruğumu tapdalayanın quyruğunu pis tapdalayaram. Məni sığallamaq lazımdır. Mika həmişə deyir ki, bu rəqqasələrin başı çatmır. Bu qızı sığallayın da".
DİA.AZ-ın məlumatına görə, bu sözləri oriyental rəqsin kraliçası Aytən Əliyeva “Klip+” verilişinə açıqlamasında deyib.
Aytən, öyrətdiyi rəqqasələrin ona xəyanət etməsindən danışıb:
"Mənə zərbə vurana mən də zərbə vuraram. Yəni zərbə pul mənasında deyirəm. Quyruğumu tapdalayanın quyruğunu pis tapdalayaram. Məni sığallamaq lazımdır. Mika həmişə deyir ki, bu rəqqasələrin başı çatmır. Bu qızı sığallayın da".
Rəqqasə oriyental sənət aləmində bir çox ilklərə imza atdığını bildirib:
"İlklərə atdığım addımları işıqlandırmamışam. Bunun səbəbi odur ki, bəziləri üzümə gülüb, arxada ayağımın altını qazmağa çalışıblar".
Rəqqasə Aytən iştirak etdiyi məclislərə hansı məbləğə getdiyindən də danışıb. O, dəqiq qiymət açıqlamasa da aşağı qiymətə getmədiyini söyləyib.