"Bilmirəm bu şayiələr haradan qaynaqlanır"
Tarix: 23-01-2017, 09:51 |
Çap et
Əməkdar artist Tünzalə Ağayeva ilə müğənni Samira Allahverdinin küsülü olduğu xəbəri yayılıb.
Axşam.az-ın məlumatına görə, S.Allahverdi məsələyə münasibət bildirib.
İfaçı deyib ki, həmkarı ilə aralarında heç bir inciklik yoxdur:
“Münasibətimiz yaxşıdır, küsməmişik. Hamı öz işi ilə məşğul olduğu üçün az-az görüşürük. Bilmirəm bu şayiələr haradan qaynaqlanır”.
Qeyd edək ki, T.Ağayeva da açıqlamasında aralarında küsülülk olmadığını demişdi.