Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                 

Mikayıl Cabbarova daha bir "8-ci sinif şilləsi"... - Nazirə AÇIQ MƏKTUB
Tarix: 29-09-2015, 08:07 | Çap et
Mikayıl Cabbarova daha bir "8-ci sinif şilləsi"...
DİA.AZ: - Son günlər hazırda istifadədə olan yeni 8-ci sinif Azərbaycan dili dərsliyinin 126-cı səhifəsində çap olunmuş küçə danışıq tərzi ilə bağlı çox söz-söhbətlər gedir. Bununla bağlı DİA.AZ-a daha bir müraciət daxil olub. Bir qrup yaşlı nəsil Azərbaycan dili və ədəbiyyat müəllimləri bu məsələ ilə bağlı Təhsil naziri Mikayıl Cabbarova açıq məktub ünvanlayıb. diaaz.space olaraq həmin məktubu olduğu kimi təqdim edirik:

"AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRİ CƏNAB MİKAYIL CABBAROVA
BİR QRUP AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT MÜƏLLİMİ TƏRƏFİNDƏN

AÇIQ MƏKTUB

Hörmətli Mikayıl müəllim!
Biz, bir qrup Azərbaycan dili və ədəbiyyat müəllimi sizə müraciət etməyi özümüzə borc bildik. Bu il istifadəyə verilmiş 8-ci sinif Azərbaycan dili dərsliyinin 126-cı səhifəsində 12-ci çalışmada şagirdlərə iki mətni müqayisə etmək tapşırılır. Onlardan biri dilimizə və adət-ənənələrimizə zidd ifadə tərzi ilə yazılmış mətndir.
Biz müəllimlik fəaliyyətimizdə şagirdlərimizi kitabda məlum tapşırıqda yazılmış danışıq tərzindən (soldakı mətn) daim uzaqlaşdırmağa çalışmışıq. Çünki, bizim amalımız doğma dilimizin təmizliyini qorumaqdır. Fikrimizcə, dərslik çap olunana qədər ciddi yoxlanılmış və dərindən təhlil edilmiş yeganə tədris ədəbiyyatı olduğundan, orada yalnız və yalnız nümunəvi mətnlərdən istifadə edilməli idi.
Aramızda ömrünü-gününü doğma dilimizin tədrisinə, onun şəffaflığına və təmizliyinə həsr etmiş qocaman müəllimələr də vardır. Onların da adında sual veririk:
– Biz bu mətni necə oxuyaq, yaxud şagirdlərin oxuması zamanı necə qulaq asaq, necə reaksiya verək? Biz – ağbirçək müəllimələr bunu özümüzə necə sığışdıraq? Budurmu yenilik?
– Əgər biz şagirdlərə desək ki, “küçədə siz bu sözləri onsuz da eşidirsiniz”, onda dilimizin doğurdan da belə aşağı səviyyəyə düşdüyünü etiraf etmiş olmuruqmu?
– Axı biz hər dəfə bu cür bayağı danışıq tərzini eşidərkən məktəbdə, küçədə, evdə daim təbliğ etmişik ki, özünə hörmət edən heç bir Azərbaycanlı bu tərzdə danışmamalıdır. İndi biz onu dərsliyə daxil etməklə bu cür danışıq tərzini təsdiqləmiş olmuruqmu?
– Məktəbin əsas vəzifələrindən biri də onun tərbiyə ocağı olmasıdır. Biz Azərbaycan dili dərslərində bu cür küçə danışıq tərzi ilə şagirdlərimizə hansı tərbiyəni vermiş olacağıq?

Hörmətli Mikayıl müəllim!
Bizim heç bir qaranlıq məqsədlərimiz yoxdur. Adlarımızın açıq yazılmamasının səbəbini isə, fikrimizcə, özünüz gözəl başa düşürsünüz. Biz müəllimlərin əsas məqsədi Azərbaycanın gələcəyi olan övladlarımıza Ana dilimizi sevdirmək, ondan məharətlə istifadə etməkdən daim zövq almağı və şərəf duymağı tərbiyə etməkdir. Düşünürük ki, bu işdə Sizin və bizim məqsədlərimiz tamamilə üst-üstə düşür.

Cənab Təhsil Naziri!
Yuxarıda qeyd edilənləri nəzərə alaraq Sizdən artıq dərəcədə xahiş edirik ki, daxili əmrinizlə hazırda istifadədə olan 8-ci sinif Azərbaycan dili dərsliyinin 126-cı səhifəsinin kitabdan çıxarılmasına icazə verəsiniz. Bu səhifənin kitabdan kənarlaşdırılması hələ 4 il istifadə olunacaq bu dərsliyin balalarımızın tərbiyəsinə göstərə biləcək mənfi təsirinin qarşısını alardı.

Hörmətli Mikayıl müəllim!
Xahişimizə anlaşıqlı yanaşacağınıza ümid edirik və Sizi təhsilimizin keyfiyyəti uğrunda daim birgə fəaliyyət göstərəcəyimizə əmin edirik.

Hörmətlə,
bir qrup Azərbaycan dili və ədəbiyyat müəllimi"

diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru