Göyçayda fermerləri milyonlarla manat ZİYANA SALAN KİMLƏRDİR? - Nazirliyin UMRUNDA DA DEYİL...
Tarix: 5-09-2023, 08:44 | Çap et
“Üç aydır ki, dayımoğlu ilə birgə səhər tezdən axşama qədər üç istixanada çalışırıq. Günə 15-20 manatdan hesablayanda, 10 min şitilə çəkdiyimiz xərci və üç ay da dolanışıq xərci ilə birgə 20 min ziyan etmişik. Ağır xəstəm var, tək ümidimiz bura idi. Gəlir yox, bunlar da çörəyimizə bais olur, özləri qazanır. Pomidor şitilini Kürdəxanıdan gətirmişdik. İndi deyirik ki, gəlin baxın. Deyirlər, yetişdirə biməmisiniz, biz nə edək? Axı tək biz deyilik, eyni toxum hər kənddə keyfiyyətsiz çıxıb”.
Göyçayın Mırtı kənd sakini, 28 yaşlı Elcan Əliyev Meydan TV-yə belə deyir.
O, 10 yaşından istixana əkdiyini, ailənin dolanışığını bununla təmin etdiyini bildirir.
Dediyinə görə, yaxın qohumu Elməddin İsayevlə birlikdə əkdiyi 10 min “Fantastina” adlı pomidor şitilinin keyfiyyətsiz çıxması onların əziyyətini və çəkdiyi xərci puç edib.
Əlavə əkdiyi “Motril” hibrid toxumundan alınan şitillər isə normal məhsul verib.
“Keyfiyyətsiz toxumla əkini məhv etdilər”
Həmkəndlisi Samir İsayev də 10 min manat ziyan edənlərdəndir. O, bu il eyni toxum pomidor şitilindən 5 min ədəd əkib və əkdiyinə də, çəkdiyi zəhmətə də peşmandır:
“Hər il eyni toxum şitilini əkirdim və keyfiyyətin bildiyimdən “Fantastina” toxumu sifariş verdim. İki ay yarım əziyyət, zülm çək və indi iki istixanada iki metrəlik yaşıl pomidor ağacı, yarpaqları var, üstündə məhsul yox. 100 ağacın üstündə 10 kiloqram məhsul belə yoxdur. Ötən il bu vaxt satışa başlayırdım, indi isə çıxarıb çölə tökürəm. 5 minə 1600 manat, 2000 manat da pestisid və gübrələrinə pul ödəməliyəm, ancaq keyfiyyətsiz toxumla əkini məhv etdilər. Vasitəçi şəxslərə deyirik, amma məsuliyyətdən yayınıb günahı bizim boynumuza atırlar”.
“Sahibkarlar həm cibimizə girir, həm də zəhmətimizi puç edirlər”
Payızlıq əkin üçün minlərlə eyni pomidor şitili sifarişini verən Ləkçıplaq kənd sakinləri də eyni problemlə üzləşiblər. Onlar deyirlər ki, külli miqdarda ziyan dəyməklə yanaşı, 40-50 dərəcə istidə çəkdikləri “cəhənnəm əzabı” da hədər gedib.
Əkdiyi 4 min pomidor şitilinin məhsul vermədiyini deyən Elnur Həmidov artıq bir neçə gündür ki, borcunu ödəmək üçün Bakıda fəhləliyə başlayıb.
Deyir ki, keyfiyyətsiz toxumlardan alınan şitillərdən təkrar götürülmə toxumlar “Kürdəxanı Şitil” MMC adlı mərkəzdə yetişdirilir və hibrid toxum adı ilə hər mövsümdə kəndlilərə satılır. Kəndlilərin isə bu maxinasiyadan xəbəri olmur və nəticədə belə xoşagəlməz hal yaşanır:
“4 min şitili Qarağıdır kəndindən Azər adlı şəxsdən aldım. O da Kürdəxanıdan gətirir və kəndlilərə satır. Deyirik ki, vəziyyət budur. Deyir, narahat olmayın, hava sərinləsin, düzələcək. Üstündə məhsul yoxdur nə düzələcək? İki dəfə məhsul yığmışam. Dörd qutu məhsul satmışam, özü də 40 qəpiyə. İndi gəl dolan. 1300 manat həmin şəxsə tək şitil pulu ödəmişəm. Ümumilikdə 4 min manat ziyana düşmüşəm. Hesablamışdım ki, bu payız 9 min qazanacağam, 4-5 ayımın dolanışığı üçün yetərli idi, amma nəticə acınacaqlı oldu. Bu gedişlə heç 1000 manat pul çıxmaz. Köhnə, keyfiyyətsiz toxuma görə əziyyət də, xərc də batıb”.
“Kəndi tərk edib Bakıya fəhləliyə gəlmişəm ki, borcları verim. Bu “Fantastina” hibrid toxumu deyil, bəlli olmayan köhnə sortdur. Etibarlı adamlar deyir ki, həmin bu toxumlar kəndlərdə ev şəraitində götürülür və sonra sahibkarlar aparıb Kürdəxanıya təhvil verirlər. Onlar da həmin ucuz toxumları yetişdirib hibrid sort adı ilə yenidən sifarişçilərə satırlar. Çox qazanc üçün sahibkarlar həm cibimizə girir, həm də zəhmətimizi heç edirlər”, – belə deyir Elnur Həmidov.
“Ağacların yarpaqları coddur, bilinir ki, köhnə sortdur”
Kəndin digər sakini Ülvi Cəlilov isə 2200 pomidor şitili yetişdirib. Üstəlik, qardaşı ilə birgə digər qohum, qonşular 30 minə yaxın pomidor şitili əkib, amma məhsul yoxdur:
“Bir pomidor ağacından 6-7 salxım saxlamışam ki, üstündə ən yaxşı halda 4-5 ədəd pomidor olur. Yaxşı sort kimi “Fantastina”nı məsləhət bildilər. Hamımıza Bakıdan gətirildi. İndi zəng edib deyirik ki, bu nə şitillərdi, ağac inkişaf edib üstündə məhsul yoxdur? Deyirlər ki, torpağınızda problem var. Hər il payızda “Fantastina” sortu əkmişəm, normal da məhsulu olub. Ötən illərə qədər bir ağacından 4-5 kq məhsul götürürdüm, indi 2200 şitildən 50 kq məhsul satmamışam. Torpaq hər il yetişdirirdi, bu il yetişdirmədi? 640 manat şitilin özünün pulu, dərmanına 500 manat, gübrə və pestisidlərlə birgə üç min öz xərcidir”.
“Planlayırdım ki, rahat 6-7 min pul götürəcəyəm. Heç 500 manat qazancım olmayacaq. İndi də satış qiyməti də 60-70 qəpikdir. Ötən il də başımıza belə bir hadisə gəlmişdi. Onda 800 şitilim yanmışdı, əvəzinə onu verən şirkət yerinə yenisini verdi. “Fantastina”nı kim əkibsə, hamısında eyni problemdir. Elə təsərrüfat var ki, ağaclar da quruyur. On nəfər qonşum da əkib, biri bezib söküb, digərləri əlacsız gözləyir. Ağacların yarpaqları coddur, bilinir ki, köhnə sortdur. Əslində, hibrid toxumlar yumşaq olmalıdır”, – deyə o qeyd edib.
“35 qəpiyə alınan şitil 2 manata başa gəlir”
Ülvinin qardaşı Nurlan Cəlilov da Meydan TV-yə deyir ki, o, sadəcə, vasitəçilik edərək 30 minə yaxın şitili gətirib qohumları ilə birgə əkib.
İndi özü də, qohumları da məhsul üzünə həsrət qalıb:
“Şirkətə demişik ki, bu sortda əvvəl bir ağacdan 50-60 dənə pomidor götürmüşük, indi 5-6 dənə pomidor ola, ya olmaya. Gəlib baxış keçirməlidirlər, gözləyirik. Kəndimizdə 200 min şitil bu gündədir. Bu il rayona 500 min şitil gətirmişdilər, çox ziyan dəyib. 35 qəpiyə alınan şitil 2 manata başa gəlir. 8-9 min ziyandayam. Ötən il 20 min şitilim yandı, amma əvəzinə 4 min şitil verdilər, yəni qismən ödədilər. İndi isə şirkət başqadır və yaxın durmur”.
“Gəlib yoxlasınlar, bizə dəyən ziyanı ödəsinlər”
Elnur İsmayılov adlı kənd sakini də 10 min ziyan edənlərdəndir. Deyir ki, kəndin onlar olan istiqamətində 20 nəfərə 100 min şitil əkiblər. Elə hər şitilin minumum xərci bir manatdan hesablayanda onlara toplam 100 min manat ziyan dəyib:
“Fantastina” adı ilə satıblar, amma götürülmə toxum çıxıb. Kəndimizdən Elçin adlı şəxs gətirib, təşkilatçıdır. Kimin gətirməyindən asılı olmayaraq Kürdəxanıdan götürürlər. Bankdan 4 min manat pul götürüb ödəmişəm, düzəlməyib, inəyimi satmışam. Dərmanı, gübrəsi, qulluğu, suyu, əkini, becərməsi, fəhlə pulu nisyə olmur. Gəlib yoxlasınlar, bizə dəyən ziyan ödənilsin. Şikayətçiyik”.
“Dəyən ziyan ödənilməyəcək”
Şikayətçilərin daha çox adını hallandırdığı təşkilatçı sahibkar Azər Xudaverdiyev isə bu işdə müştərək 10-a yaxın təşkilatçı ilə birgə çalışdığını deyir.
O, Kürdəxanıdan kəndlilərə gətirdiyi üç minə yaxın şitilin məhsul verməməsini isti hava və uyğunsuz torpaq şəraiti ilə əlaqələndirir.
Götürülmə toxumla bağlı ittihamları qəbul etməyən sahibkar deyir ki, kəndlilərə dəyən ziyan ödənilməyəcək:
“Bu toxumlar üçün istixanalarda maksimum 35 dərəcə isti olmalıdır, ancaq istixanada o anomal istilərdə 60-70 dərəcə isti olub. Ona görə də məhsul olmayıb. Çünki istidə çiçək mayalana bilmir. Elə hibrid toxumlar var istiyə dözümü var, elə toxumlar var ki, dözmür. “Fantastina” belə toxumdandır, çiçəyində mayalanma getməyib. Anomallıq da odur ki, iri gövdə kütləsi var, ancaq məhsulu yox. Hibrid toxumlardan əkilən şitillərin toxumundan götürməni şirkətlərə versən, almaz. Götürülmə toxumları almırlar, bu ittiham yalandır. Dəyən ziyanla bağlı heç bir tədbirimiz yoxdur, çünki 70 dərəcə isti ilə nə edə bilərik? Kənd təsərrüfatına ümumiyyətlə təminat yoxdur. Kəndlilərin şikayətini Kürdəxanıya da dedik. Dedilər ki, anomal istilərlə bağlıdır. Heç kim dəyən ziyanı ödəməyəcək. Biz kəndlilərə həmişə deyirik ki, yaylıq əkini ləğv edin. Digər toxumlarda da bu hal yaşanıb, “Fantastina”da daha çoxdur. Yəni bitkinin xüsusiyyətindən asılıdır, bioloqlar, aqronomlar bilər”.
“Kürdəxanı Şitil” MMC-dən isə əvvəlcə bildiriblər ki, problemdən məlumatlıdırlar.
Daha sonra isə deyiblər ki, onlara heç bir şikayət daxil olmayıb: “Bizə heç kim bu faktla bağlı müraciət etməyib. Şikayət varsa, hüquq var, gedib şikayətlərini bildirsinlər”.
“Kürdəxanıdan gələn şitillərdən bir xəstəlik müşahidə etdim”
Sahibkar, aqronom Şahin Yaqubov isə illərdir ki, bu sahədə təcrübəli mütəxəssis kimi çalışdığını deyir.
Onun sözlərinə görə, bu fakt ya toxumun keyfiyyətsizliyi, ya da düzgün aqrotexniki qaydanın olmaması üçün əsas ola bilər:
“Fantastina” toxumu bu il tez bitdi, ehtiyat az idi. Kürdəxanı bilmədim öncə alıb ehtiyatını qoymuşdu, yoxsa əldən götürmədən istifadə etmişdi – bunu dəqiq bilmirəm, yalandan ittiham edə bilmərəm. Toxumun saxtası da ola bilər, ancaq bunun üstü açılır, çünki onlarda virus aşkarlanır. Virus olmasa belə, məhsulu qeyri-standart olur və çəki normalda az olur. Kürdəxanıdan gələn şitillərdə bir xəstəlik müşahidə etdim. Bu, bakterial ləkə xəstəliyi idi, gövdəsində olur. Əgər şitilin boyu iki metr qalxıb, gövdəsi yoğun və üzərində məhsul yoxdursa, adətən, orada azot gübrəsi və peyindən çox istifadə edilir. Belə olanda da bitki məhsul verməyəcək. Yəni ot bitkisi kimi böyüyür, məhsul vermir. Tutan salxımlar da sentyabrda sərin havada az da olsa, tutacaq. Onda da gərək şitilin baş hissəsi vurulsun”.
“Fantastina” toxumundan alınan şitil çox isti hava şəraitini götürmür, 35 dərəcədən sonra bitkinin inkişaf prosesləri pozulur. Əkinçilər kölgələndiricilərdən istifadə etməlidir. Əkinçilər həm də payızda da yazlıq şitil istəyir. Şitilin boyuna görə yetişdirildiyi qabı da uyğun olmalıdır. 150-lik qabda hündür şitil normal deyil. Boy almaq və yoğunlatmaq üçün şirkətlərdə dərmanlardan istifadə olunur. Bu zaman kök sıradan çıxır. Gövdəyə görə kök olmalıdır. Torf məhsullarında qida olmur. Odur ki, əkiləndə kök sala bilmir. Payız şitilləri bir aylıq yox, 20-25 günlük gəlməlidir”, – deyə o qeyd edib.
“Oliqarxlar kəndliləri bu sahədən sıxışdırıb çıxarır”
Aqrar məsələlər üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, sahibkarların çoxu kəndlilərin məlumatsızlığından istifadə edir.
Ekspert deyir ki, ölkədə digər sahələrdə olduğu kimi toxumçuluq və əkin sahəsində də monopoliya ciddi əngəldir:
“Bu cür kütləvi ziyanlar kəndlini pomidor istehsalı biznesindən kənarlaşdırmağa hesablana bilər. Toxum məsələsi də monopoliyaya alınıb. Əgər hibrid toxumdan qaynaqlanırsa, bu hal şirkətin problemidir. Oliqarxlar kəndliləri bu sahədən sıxışdırıb çıxarır. Keyfiyyətsiz toxumu kəndliyə satıb onu kütləvi ziyana salmaqda bu məqsəd də ola bilər. 2020-ci ildə kəndlilər 40 milyon dollar ziyana məruz qaldı, əksinə məmurlar qazanc əldə etdi. Ölkənin tələbatı, istehsal olunan məhsuldan azdır. Rusiyada ötən ilə nisbətən pomidor ixracını azaldıb, yavaş-yavaş daxili istehsal hesabına ödəyir”.
“Yüksək vəzifəli məmurlar da iri məbləğdə pomidor istehsalına pul xərcləyir deyə daxili bazarı tam ələ keçirmək istəyirlər. Qışda, yazda Türkiyədən iki dəfə baha məhsul satırlar. Gəlirli sahə olduğu üçün kəndliləri hissə-hissə müəyyən üsullarla sıradan çıxarırlar. Bu zərər də bu üsullardan biri ola bilər. Məsələn, Şəmkirin Düyərli kəndində çox az sayda kəndli pomidor istehsalı ilə məşğul olur, çünki kəndin kəndliləri borc içindədir. Borc içində qalan kəndlinin də növbəti əkinə nə pulu, nə də marağı olur”, – Vahid Məhərrəmli qeyd edib.
“Ciddi müqavilə olmalıdır”
Mütəxəssis indiki halda ciddi problem kimi kəndlilərin sığorta və müqaviləsinin olmadığını əsas gətirir.
O, çıxış yolunu problemi məhkəmədə mühahisələndirməkdə görür.
Bundan əlavə, ekspert ölkədə peşəkar aqronom və hüquqşünas çatışmazlığı probleminin olduğunu da vurğulayır:
“Bu məsələdə ziyana məruz qalanların peşəkar aqronomu, hüquqşünası olmalıdır. Araşdırılmalıdır ki, düzgün aqrotexniki qulluq edilməyibsə, kəndlilər haqsızdır, yox əgər qulluq edib yaxşı nəticə əldə etməyiblərsə, haqlıdırlar. Təəssüf ki, Azərbaycan şəraitində bu elə də asan deyil, çünki bu sahəni peşəkar bilən mütəxəssislər, şərait yoxdur. Yüksək səviyyəli mütəxəssis orada çiçəklənmə, mayalanma prosesini araşdırıb tapmalı, bilməlidir. Müasir laboratoriya şəraitində çiçəklənmə getmədiyini, tozlanma baş vermədiyini, meyvə əmələ gəlmədiyini, hətta hibrid toxum olmadığını müəyyən etmək olur. Hibrid ən yaxşı sortlardan alınan toxumdur. Hibriddən götürülmə ilə yaxşı toxum almaq olmur, çünki keyfiyyəti olmaz. Ümumiyyətlə hər il keyfiyyətli hibrid toxuma birbaşa əlçatanlıq olmalıdır, imkan yaradılmalıdır ki, sahibkarlar, fermerlər özləri hibrid toxumları əldə etsin və özləri şitilləri yetişdirsin. Vətəndaşlar da şitil alarkən həmin sahibkarlardan, təşkilatçılardan müqavilə bağlasın ki, bitkinin vegetasiya, inkişaf, çiçəklənmə, bar vermə dövrlərində problem olsa, şirkət məsuliyyət daşısın. Ciddi müqavilə olmalıdır. Yoxsa yanan da, yaman da kəndli olur. Bu məsələ həm də Kənd Təsərrüfatı Nazirliyi səviyyəsində araşdırılmalı, ora müraciət olunmalıdır. Araşdırıb sahibkarları, şirkəti dəyən zərərə şərik etməlidirlər”.
Meydan TV-nin Kənd Təsərrüfatı Nazirliyinə göndərdiyi yazılı sorğuya isə cavab verilməyib. //meydanTV//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
|