Gəncənin Abbas Səhhət xəstəxanasında olan qazilər və yaxınları baxımsızlıqdan şikayətlənirlər. Reportyor.info xəbər verir ki, xəstəxanadan yayılan görüntülər heyrətamizdir. Qazilər və yaxınları bildirirlər ki, xəstəxanada nə dərman verilir, nə həkim nəzarəti var. Onlar sual edirlər ki, bəs kim üçün döyüşüblər: “Kim üçün canımızı vermişik? Onlar kresloda otursun deyə? Bizə baxan yoxdur. Bu vətən ancaq bizimdir, onların deyil?”
Qazilər A.Səhhət xəstəxanasında tam biganə münasibətlə üzləşiblər. Bunu kadrlardan görə bilərsiniz.