SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                 

Qüdrət Şükürov əmlakını satışa çıxarıb... - Deyir ki, təcili pul lazımdır...
Tarix: 7-11-2018, 08:28 | Çap et
Qüdrət Şükürov əmlakını satışa çıxarıb...
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürovla bağlı redaksiyamıza olduqca ilginc xəbər daxil olub.

Bildirilir ki, Qüdrət Şükürov özünə məxsus əmlakları satır. Ob yaxın ətrafına bildirib ki, təcili olaraq ona 10 milyon manat lazımdır ki, köhnə işlərini sahmana salıb vəziyyətdən çıxsın. Bu məqsədlə özünün Bakının müxtəlif ünvanlarında yerləşən əmlaklarını və obyektlərini satır. Qüdrət Şükürovun belə obyektlərindən biri də Ali Məhkəmə binası yaxınlığında yerləşən “Womans Secrets” qadın hamam kompleksidir. “Baş liftçi”nin qalmaqallarla yadda qalan qızı Aysel Şükürovanın “Türk hamamına girdim” “https://az.cliply.net/video/RGFGuCaK7W4

adı ilə sosial şəbəkələrdə yayımladığı videoda kompleksin olduqca bahalı işləmələrlə zəngin olması diqqət çəkir. Həmin hamama xərclənən pullarla Bakıdakı binaların yarısına keyfiyyətli liftlər quraşdırmaq olardı. İstintaqa cəlb edilmiş Qüdrət Şükürova təcili olaraq 10 milyon manatın niyə görə lazım olması bilinmir. Onun barəsində korrupsiya araşdırmaları davam edir. Qüdrət Şükürovun istintaqa cəlb olunması ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktının pozulması ilə müşayiət olunan korrupsiya cinayətinin üstü açılandan sonra baş tutub. Azərbaycanda da müvafiq araşdırmalar başlanıb. İddialara görə, Azərbaycandakı araşdırmalar iş üzrə korrupsiyaya bulaşmış məmurların ABŞ istintaqçıları ilə üz-üzə qalmalarının qarşısını almağa hesablanıb. Xüsusilə Qüdrət Şükürovun tutularaq ABŞ-a aparılmasına qarşı addım kimi dəyərləndirilir. Bu iddiaların nə dərəcədə doğru olduğunu söyləmək hələ tezdir. ABŞ-da başlanmış araşdırma sənədlərində “Liftremont” kimi keçən qurumun rəhbər şəxslərinin “pulyuma” sxemləri haqda məlumatlar yer alır. Okeanın o tayında araşdırma başlanandan sonra baş prokuror Zakir Qaralovun təqdimatı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov “baş liftçi” Qüdrət Şükürovu işdən qovub.

Qüdrət Şükürov ABŞ-da başlanan korrupsiya araşdırmalarının ardından istintaqa cəlb edilib, Baş Prokurorluğun istintaq qrupu “Lifttəmir” İstehsalat Birliyində müvafiq yoxlamalara başlayıb. İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Belə məlumatlar var ki, Qüdrət Şükürov hər gün nəzarət altında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılaraq sorğu-sual edilir. Onun əmlaklarının, çoxsaylı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulub. Belə bir halda onun əmlakları necə satması sualı açıq olaraq qalır.

Məlumata görə, Qüdrət Şükürovun Ali Məhkəmə binası yaxınlığında yerləşən “Womans Secrets” qadın hamam kompleksindən savayı Mərdəkandakı bir-birindən bahalı bağ evləri, Bakıda çoxsaylı mənzilləri, Almaniyada xüsusi sifarişlə yığılmış, 450 min avroya başa gəlmiş “Mercedes S klass” son model avtomobili, “Range Rover”, “Mercedes Qalenvaqen”, “Lexsus” markalı maşınları və ictimaiyyətə bəlli olmayan sərvəti var. İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatının olması da gələn xəbərlər sırasındadır.

“Yeni Müsavat” ötən saylarında bu haqda xəbər vermişdi. Redaksiyamıza daxil olan xəbərlərdə deyilirdi ki, Qüdrət Şükürov mal-mülklərini Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların adına keçirib. Böyük məbləğdə vəsaitlər, Bakıdakı çoxsaylı mənzillər, bağ evləri, bahalı nəqliyyat vasitələri Qüdrət Şükürov işdən qovulandan bir neçə ay əvvəl Ramazanovların adına rəsmiləşdirilib. Bu iddianın ortada olması onu deməyə əsas verir ki, Qüdrət Şükürov vəzifədən çıxarıla biləcəyini, müvafiq olaraq istintaqa cəlb olunma ehtimalını göz altına alıbmış. Və ya mümkündür ki, Qüdrət Şükürov əmlakının izinin itirilməsinə adı ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktının pozulması ilə müşayiət olunan korrupsiya cinayətinə qarışandan sonra başlayıb. Tələsik adındakı mal-mülkü başqalarının adına keçirməklə əlindən çıxmasını önləməyə çalışıb.

Yada salaq ki, 2018-ci il sentyabrın 15-də ABŞ-ın Qiymətli Kağızlar Komitəsi (SEC) “United Technologies Corporation” şirkətini 13 milyon 400 min dollar cərimələyib. Buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir. Bundan sonra Qüdrət Şükürovun keçmiş qudası, Azərbaycan vətəndaşı Rəfael Əsgərov bir neçə dövlət qurumu ilə yanaşı ABŞ-ın ölkəmizdəki səfirliyinə də müraciət ünvanlayıb.

O, müraciətində olduqca ilginc məqamlara toxunub, bu qalmaqallı korrupsiya cinayətinin hərtərəfli araşdırılması üçün ifadə verməyə hazır olduğunu bəyan edib. Onun müraciətlərindən biri də baş prokuror Zakir Qaralovun adına yazılmışdı. Yada salaq ki, SEC-in saytında yer alan məlumatda bildirilir ki, “Otis Elevator Co.” Bakının dövlət balansında olan binaları liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. SEC şirkətə qarşı təhqiqatı daxili administrativ sərəncam çərçivəsində aparıb və işin məhkəməyə göndərilməməsi üçün “United Technologies Corporation”a cərimə ödəməyi təklif edib. Şirkət təkliflə razılaşıb və 13 milyon 900 min dolları dövlətə ödəyib. Bununla da korrupsiya sxemini üzə çıxaran təhqiqatın nəticələrini qəbul etmiş olub.

SEC-in məlumatında qeyd edilir ki, 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti şəhərin ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. “Otis Elevator Co.” bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub. İlk sxem 2012-ci ilin martında “Otis Rusiya” şirkəti tərəfindən liftlərin Bakı “Lifttəmir” İstehsalat Birliyinə birbaşa satışı ilə bağlı olub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin az qala yarısını “şapka” kimi istehsalat birliyinin rəhbərliyinə ötürüblər. Hazırda araşdırmalar davam edir.

“Lifttəmir”dəki korrupsiya cinayətlərinin araşdırılması, Qüdrət Şükürovun əmlaklarını adlarına dövr etdiyi Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların istintaqa cəlb olunub-olunmamaları sualı da açıqdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru