Həbsdəki general intihar edən MTN polkovnikinin qardaşı ilə üzləşdirildi - GÜNAHKARSAN!
Tarix: 21-07-2016, 09:17 |
Çap et
3 noyabr, 2014-cü il tarixdə yaşadığı evin həyətində intihar edən 55 yaşlı MTN polkovniki Malik Mustafayevin qardaşı, bu günlərdə həbsdən çıxan Mətləb Mustafayev hazırda həbsdə olan MTN-nin Anti-terror Mərkəzinin rəisi general Elçin Quliyevlə üzləşdirilib. Gununsesi.info-nun məlumatına görə, Bakı İstintaq Təcridxanasında keçirilən üzləşmə prosesində Mətləb Mustafayev bir daha Elçin Quliyevi gözlərinin içinə baxaraq, onu ifşa edib. O, qardaşının intiharına görə, generalı ittiham edib. Üzləşmə prosesi 2 saata yaxın çəkib.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq işçisi olan Mətləb Mustafayev MTN dağılandan sonra sensasion açıqlamalar verərək, qardaşının intiharının arxasında Anti-Terror Mərkəzinin rəhbərliyini günahlandırmışdı.