Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib .....                     Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı .....                     Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək .....                     Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR .....                     DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? .....                     Azər Qasımlının məhkəməsi başlayıb .....                     İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib .....                     Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! .....                     Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? .....                     Yaxın saatlarda vəziyyət dəyişəcək: .....                     Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… .....                     Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... .....                     Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib .....                     Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: .....                     ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... .....                     İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib .....                     Trampın İran planı nədir? .....                     Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş .....                     Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR .....                     Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI .....                     Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır .....                     Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF .....                     Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? .....                     Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz .....                     Qonşuda müharibə və Azərbaycan reallığı .....                     İran İsraillə münaqişədə qalib gələcək .....                     Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var .....                     Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib .....                     Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu .....                     İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi .....                     Dövlət Komitəsinin 226 min manatlıq tenderi .....                     Şah oğlunun müraciəti və xalqların arzusu: .....                     Vaşinqton Tehrandan nə istəyir? .....                     Pişiyə dönmüş İranın miyoltusunu eşidəcəyikmi? .....                     “Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb .....                     Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? .....                     17 ildə büdcəni belə talayıblar... .....                     Nifaq salmaq istəyən nökərlərə qardaşlıq .....                     “Ailəmə Tehrandan çıxın deyə yalvardım, amma bacarmadım” .....                     “Ən pis sülh, müharibədən yaxşıdır”... .....                 

Qafqaz Universitetinin filial fırıldaqları: - bir tələbə necə məhv edilib?
Tarix: 29-06-2016, 08:54 | Çap et
Qafqaz Universitetinin filial fırıldaqları:
Azərbaycanda fəaliyyət göstərən özəl ali məktəblərdə baş verən maxinasiyalar haqda mediada çox yazılıb. Bu dəfə cumhuriyyet.az-a daxil olan şikayət Qafqaz Universiteti barədədir. Ad və soyadımın anonim qalmasını istəyən şikayətçi gənc redaksiyamıza ünvanladığı məktubda başına gələnləri nəql edir. Hadisənin təfərrüatına keçməzdən öncə bildirək ki, A.Q. (şərtidir-red.) Qafqaz universitetinin 1994-cü il may ayında Bakı şəhərində təşkil etdiyi imtahanda iştirak edib və əyani şöbəyə ödənişsiz şəkildə qəbul olub. Bundan sonra o Qafqaz universiteti tərəfindən Qafqaz universitetinin Rusiya Federasiyasının Dağıstan respublikasının Dərbənd şəhərində yerləşən filialına göndərilib. Qafqaz universitetində müqavilə bağlandığını bildirən şəxs cumhuriyyet.az-a yazır ki, ona Dərbənd şəhərində yerləşən filialın hər bir şəraiti olan yataqxanası olduğu və təhsili bitirdikdən sonra Qafqaz universitetinin diplomu veriləcəyi bildirilib. Amma nə müqavilə şərtləri nə də verilən vəd yerinə yetirilməyib. Hadisələrin sonrakı gedişatına keçməzdən öncə

Qafqaz Unuversiteti və onun Dərbənd filialı haqda
Oxuculara müəyyən bilgilər vermək istərdik. Bildirək ki, 1994-cü ildə Qafqaz uiversiteti Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahandan 3 ay əvvəl imtahan təşkil edib və Dərbənd filialında tədris oktyabr ayında başlayıb. Filialın adı Dərbənd Humanitar İnstitutu. ( Дербентский гуманитарный институт, Derbent Hümaniter Enstitüsü). Bu təhsil müəsisəsi 1993-cü il aprelin 1-də təssis olunub. Təsiscilər ÇAĞ Öyrətim İşlətmələri şirkəti və Qafqaz universitetidir . 1998-ci ilin əvvəlindən başlayaraq isə Dərbənd Humanitar İnstitutu Beynəlxalq Şərq Universiteti (Международный Восточный Университет, Uluslararası Doğu Üniversitesi ) adlanmağa başlayıb. Universitetin rektoru Ömər Okumuş olub. Bu istiqamətdə cumhuriyyet.az olaraq apardığımız araşdırma zamanı onu da öyrəndik ki, Ömər Okumuş 1995-ci ilin sentyabrından 1999-cu ilin iyununadək Dərbənd Humanitar İnstitutunun (Beynəlxalq Şərq Universiteti), daha sonra 1999-cu ilin sentyabrından 2001-ci ilin iyununadək Qafqaz universitetinin rektoru olub və hal hazırda Qafqaz universitetində işləyir. 1993-cü ilin oktyabrından 1997-ci ilin avqustunadək Dərbənd Humanitar İnstitutu tədris hissəsi müdiri olmuş Natiq Paşayev(Paşa) də hazırda Qafqaz universitetində işləyir.

Yataqxana yalanı və Dərbənddə türk müəllimlərin macəraları
Qafqaz Universitetinə imtahanla qəbul olan şəxsin Dərbənd filialına getdikdən sonra başına gələnləri cumhuriyyet.az-a göndərilən məktubda olduğu kimi diqqətinizə çatdırırıq: ” Dərbəndə qetdim. Qafqaz universitetində mənə vəd etdiklərinin tam əksini gördüm. Qeyd etmək istəyirəm ki, hər ay yataqxana və qidalanmaq üçün tələb olunan məbləğ artırdı. Amma yataqxanada şərait və qidalanmada heç nə dəyişmirdi və bərbad vəziyyətdə sona qədər qalmaqda davam etdi. Bizə bildirirdilər ki, müvəqqəti çətinlikdir. Sözün qısası hər gün bir bəhanə . İki il yataqxanada qaldıq. Yay tətili bitdikdən sonra yenidən Dərbəndə qayıtdım. Adətən biz tədrisin başlanmasına bir gün qalmış Dərbəndə qəlirdik. Bizi yataqxanaya buraxmadılar. Yataqxananın müdiri bizə bildirdi ki, bu ildən yataqxanada Rusiya vətəndaşları olan qız tələbələr qalacaq.
Yataqxana müdirləri və müavinləri günortaya qədər İnstitutda günortadan sonra yataqxanada fəaliyyət göstərən müəllimlər idi. Ümumiyyətlə İnstitutda və yataqxanada fəaliyyət göstərən bütün müəllim heyəti türklər idi.
Qeyd etmək istəyirəm ki, bizə yataqxananın Rusiya vətandaşı olan tələbələrin (Dərbənd Humanitar İnstitutunun tələbələri) istifadəsinə veriləcəyi ilə bağlı əvvəlcədən heç bir məlumat verilməmişdir və əvəlcədən heç bir xəbərdarlıq belə olunmamışdır. Yataqxanada heç kim yox idi. Biz bildirdik ki, heç olmasa axşam yataqxanada qalaq səhər tezdən özümüzə kirayə ev tapaq. Bizə yataqxanaya daxil olmağa icazə vermədilər. Biz uzun müddət küçələrdə qaldıq. Yataqxanada uzun müddət boş qaldı.
Sonrakı iki il yataqxana Rusiya vətəndaşları olan oğlan tələbələrin istifadəsinə verdilər. Yataqxanada qalan Rusiya vətəndaşları olan tələbələrin bir qismi Dərbənd şəhərinin sakinləri idi. Hətta yataqxananın bir neçə metrliyində yaşayan Dərbənd şəhərinin sakini olan tələbələrin(Dərbənd Humanitar İnstitutunun tələbələri) yataqxanada qalmalarına icazə verilirdi. Tədris ili başlayıb biz isə kirayə ev axtarırıq. Dərbəd şəhəri o dövrdə çox kiçik idi. Şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələri çox, tələbə sayı isə həddindən artıq çox idi. Sentyabr ayında kirayə ev tapmaq çox çətin idi. Çünki yay fəslində nisbətən ucuz kirayə evlərin hamısı tutulmuşdu. Kirayə evlərin qiyməti həddindən artıq baha idi. Kirayə evlərin az olması və hər il şəhərdə tələbələrin sayının çoxalması kirayə evlərin azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olurdu . Biz hər il ev tapmaq məcburiyətində qalırdıq.

Qafqaz Universiteti Rusiya dövlətinin pulyığanı rolunda
Birinci kursda mənim daxil olduğum ixtisas İnstitutun rəhbərliyi tərəfindən ləğv edildi və mənə başqa ixtisasada təhsilimi davam etdirəcəyimi bildirdilər. Bu məsələdə tələblərin fikrini dinləməkdən imtina etdilər. Birinci kursda bizdən pul tələb olundu. Mən buna etiraz etdim. Bildirdim ki, mən ödənişsiz şəkildə qəbul olunmuşam. İnstitutun rektor əvəz edicisi və digərləri rektorun otağında mənə bildirdilər ki, biz bilirik sən ödənişsiz şəkildə qəbul olunmusan. Biz səndən pul tələb etmirik Rusiya dövləti tələb edir. Sən xarici ölkənin vətəndaşı olduğun üçün Rusiya torpaqbasdı vergisi tələb edir. Sən beş il müddətində bir dəfə pul ödəyəcəksən və bu məbləği ödədikdən sonra səndən başqa pul tələb olunmayacaq. Bu il nə qədər imkanın çatırsa o qədər də ödəyə bilərsən. Yerdə qalan məbləği ikinci və üçüncü kurslardada hissə-hissə ödəyə bilərsən. Biz sənin üçün bu şəraiti yaradacağıq.
Mən birinci kursda tələb olunan məbləğin bir hissəsini ödəyə bildim. Birinci kursun sonunda imtahanlarımız olacaqdı. Birinci imtahan başlamamışdan bir saat əvvəl elan etdilər ki, kim tələb olunan pulu ödəməyibsə imtahanlara buraxılmayacaq və kursda qalacaq. Mən bu pul məsələsi ilə əlaqədər İnstitutun rektor əvəz edicisi və digərlərinə bildirdim ki, axı biz belə danışmamışdıq. Onlar mənə bildirdilər ki, bu məbləği indi ödəməsən kursda qalacaqsan. Mən bildirdim ki, mənim imtahanda iştirak etməyimə icazə verin və mən pulu sentyabır ayında ödəyəcəm. Onlar məni imtahana buraxmadılar və məni kursda saxladılar. Mən İnstitutun rəhbərliyinə bildirdim ki, mənim attestatımı və sənədlərimi verin mən bu haqsızlıqdan sonra burada təhsil almaq istəmirəm. Onlar mənim sənədlərimi verməkdən imtina etdilər. İkinci il sentyabır ayında birinci il tələb olunan məbləği tam ödədim və sənədlərimi tələb etdim. Sənədlərimi verməkdən imtina etdilər. Mən beş il İnstitutun rəhbərliyindən sənədlərimi ala bilmədim.
Mən ikinci il yenidən birinci kursda təhsilimi davam etməyə məcbur oldum. İkinci il İnstitutun əsl rektoru Ömər Okumuş nəhayət ki gəldi və birinci il bizdən tələb olunan məbləği beş dəfə artdı. Mən buna etiraz etdim və bildirdim ki, axı keçən il mənə İnstitutun rəhbərliyi bildirdi ki ,səndən daha pul tələb olunmayacaq. Rektor Ömər Okumuş mənə bildirdi ki ,səndən heç bir torpaqbasdı vergisi tələb olunmayıb və səndən tələb olunan pul əslində təhsil haqqıdır. Sonrakı illərdədə təhsil haqqı hər il fərqli miqdarda artdı.

İnistitut Universitet olur, amma…
1997-ci il yeni il bayramında tətil də olduq və tətildən qayıtdıqdan sonra Dərbənd Humanitar İnstitutunun adının dəyişib Beynəlxalq Şərq Universiteti olduğunu gördük . İnstitutun universitet olması və yaxud adının dəyişməsi təhsildə və tədrisdə heç bir keyfiyyət dəyişikliyinə səbəb olmadı və aşağı səviyyədə qalmaqda davam etdi.
Bizim Rusiya sərhəd nəzarət- buraxılış məntəqələrindən keçməklə bağlı problemlərimiz var idi. Çünki bizim Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazəmiz yox idi. Tələbələrin bu tip problemlərini həll etmək İnstitutun rəhbərliyinin səlahiyyətinə aid olan bir vəzifəsi idi. Amma onlar bu problemi həll etmirdilər. Azərbaycana gəlib yenidən Rusiya ərazinə qayıtmaq istədikdə Rusiya sərhəd nəzarət -buraxılış məntəqələrindən keçməkdə problemlərimiz yaranırdı. Nəhayət bu məsələni biz tələbələr özümüz həll etdik.
1999- cu ildə yay tətilinə getdik. Sentyabr ayında İnstitutda təhsil alan tələbələr dərsə gələndə institutun qapısı bağlı idi. Rəhbərlik və müəllim heyətindən heç kim yox idi . İnstitutumuzda fəaliyyət göstərən Rusiya vətəndaşı olan katibələr bizə İnstitutun fəaliyətini dayandırdığını və İnstitutun bağlandığını bildirdilər . Qeyd etmək istəyirəm ki, tələbələrə institutun fəaliyyətini dayandıracağı və bağlanacağı ilə bağlı əvvəlcədən heç bir məlumat verilməmişdir və əvəlcədən heç bir xəbərdarlıq belə olunmamışdır . Biz tələbələr yay tətilində olduğumuz zaman institutu bağlayıb Rusiya ərazisini tərk edib çıxıb gediblər. Mən sənədlərimi uzun müddətdən sonra çox çətinliklə əldə edə bildim.

Qafqaz Universiteti öz tələbəsindən necə imtina edir?
Mən Qafqaz universitetinə qəldim bizim İnstitutumuzun rektoru, prorektoru, dekanı və müəllimlərin bir hissəsi Qafqaz universitetində fəaliyyət göstərirdilər. Mən onlara təhsilimi davam etdirmək üçün köçürülmə ilə bağlı müraciət etdim və onlar mənə bu məsələ ilə bağlı kömək etməkdən imtina etdilər. Mən Qafqaz universitetinin rəhbərliyindən Qafqaz universitetinin filialı olan Dərbənd Humanitar İnstitutunda (Beynəlxalq Şərq Universiteti) beş il oxumağımı təsdiq edən sənədin verilməsini tələb etdim. Belə bir sənəd verməkdən imtina etdilər . İmtinanın səbəbini Qafqaz universitetinin Dərbənd Humanitar İnstitutundan (Beynəlxalq Şərq Universiteti) bir neçə il bundan əvvəl ayrılması ilə izah etdilər və dəqiq tarixi demədilər. Mən Qafqaz universitetinin Dərbənd Humanitar İnstitutundan( Beynəlxalq Şərq Universiteti)ayrılması ilə bağılı sənədin surətini və Dərbənd Humanitar İnstitutunun( Beynəlxalq Şərq Universiteti) nizamnamə və lisenziyasının surətini tələb etdim. Bu sənədlərdən başqa Qafqaz universitetində Qafqaz universitetinin əməkdaşının 1994- cü ildə mənimlə bağladığı müqavilənin surətini tələb etdim. Onlar bu sənədlərin onlarda olmadıqlarını bildirdilər. Qeyd etmək istəyirəm ki, Qafqaz universitetindən tələb etdiyim sənədlər Dərbənd filialındada yox idi. Mən Qafqaz universitetinin nizamnaməsinin və lisenziyasının surətini tələb etdim və rəhbərlik surətləri təqdim etməkdən imtina etdi. 1999 -cu il sentyabır ayından 2014 cü il avqust ayının əvvəlinə qədər dəfələrlə Qafqaz universitetinin rəhbərliyinə müraciət etdim. İstər şifahi istərsədə yazılı şəkildə heç bir cavab ala bilmədim . Sadəcə 2012- cil ilin iyun ayında Qafqaz universitetindən yazılı şəkildə cavab alabildim. Yazılı cavabda mənim 1994- cü il may ayında Qafqaz universiteti tərəfindən keçirilən qəbul imtahanında iştirak etməyim və qəbul olunmağım əks olunub. Sonda qeyd olunub ki, 1994 -cü il tədris ilinin başından Qafqaz universitetinin Dərbənd filialı Rusiya Federasiyası Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında Dərbənd Humanitar İnstitutu kimi müstəqil fəaliyyətə başlamışdır. Bu tarixdən etibarən Qafqaz universiteti ilə heç bir asılılıq münasibəti olmamışdır.

Tələbə Universitet rəhbərliyini fakt qarşısında qoyur
Əvvəllər mənim 1994- cü il may ayında Qafqaz universiteti tərəfindən keçirilən qəbul imtahanında iştirak etməyim və əyani şöbəyə ödənişsiz şəkildə daxil olmağımla bağlı faktım yox idi. Amma indi var. Fikir verin onlar biz yay tətilində olanda ayrılıblar, biz yay tətilində olanda yataqxananı Rusiya vətəndaşları olan tələbələrin ixtiyarına verdilər, biz qış tətilində olanda İnstitut universitet oldu və adı dəyişdirildi, biz yay tətilində olanda institut fəaliyyətini dayandırdı. Yəni nə baş verdisə biz tələbələr olmayanda baş verdi. Daha bu qədər təsadüf olabilməz. Biz tələbələrin baş verəcək hadisələrdən qabaqcadan heç bir vaxt xəbərimiz olmadı və bizə qabaqcada heç bir məlumat verilmədi və xəbərdarlıq belə olunmadı.
Onların 2012 -ci il iyun ayında mənə verdikləri arayışda qeyd etdikləri əslində doğru deyil. Çünki filialın lisenziya alıb fəaliyyət göstərməsi onun müstəqil olması demək deyil. Qafqaz universitetinin rəhbərliyi bildirir ki, Qafqaz universiteti və Dərbənd Humanitar İnstitutu ( Beynəlxalq Şərq Universiteti) bir-birindən 1994- cü ilin tədris ilinin başından ayrılıblar. Mən bu cavabın doğru olmadığını faktlarla sübut edə bilərəm.
Filialın adı 1993- cü ildə də və biz ora göndəriləndədə filialın adı Dərbənd Humanitar İnstitutu adlanırdı. Qafqaz universitetinin fililalı olan Dərbənd Humanitar İnstitutun( Beynəlxalq Şərq Universiteti)fəaliyyəti dövründə qanunvericiliyin tələbləri çox kobud şəkildə pozulub.
Mən dəfələrlə Qafqaz universitetinin rəhbərliyinə yazılı şəkildə müraciət edib Dərbənd filialının bağlanmasının səbəbini öyrənmək istədim. Onlar isə cavab verməkdən şifahi olaraq imtina etdilər.

Dələduzluq ittihamı
Mən dəfələrlə Qafqaz universitetinin rəhbərliyinə yazılı şəkildə müraciət edib tələb etmişəm ki, Qafqaz universitetinin fililalı olan Dərbənd Humanitar İnstitutunun( Beynəlxalq Şərq Universiteti) Rusiya Federasiyasındakı fəaliyyətinin qanuni olmasını və Qafqaz universitetinin Dərbənd filialından ayrılmasını rəsmi sənədlərlə sübut etsin. Onlar isə cavab verməkdən şifahi olaraq imtina etdilər. Mənim tələb etdiyim sənədlərin surətləri qanunvericiliyə uyğun olaraq tələbələr tələb etdikləri zaman onlara təqdim olunmalıdır.
1994-2014- cü illər arasında qarşılaşdığım mənzərələr mənə deməyə əsas verir ki, məni aldatdılar və mənə qarşı dələduzluq faktı baş verdi. Mən 25. 08. 2014- cü il tarixində Azərbaycan RespublikasıTəhsil Nazirliyinə ərizə ilə müraciət etdim. Ərizə Qafqaz universiteti ilə bağlı şikayət ərizəsi idi. 25. 08. 2014 cü il tarixindən bu günə qədər (667gün)Azərbaycan RespublikasıTəhsil Nazirliyindən istər yazılı, istərsədə şifahi şəkildə cavab ala bilmədim. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyində dörd nəfər vəzifəli məmurun qəbulunda iştirak etməyimə baxmayaraq istər yazılı, istərsədə şifahi şəkildə cavab ala bilmədim.
Mən hələlik Azərbaycan Respublikası Təhsil Nazirliyində qarşılaşdığım mənzərəni ictimailəşdirmək istəmirəm. Düşünürəm ki, aidiyyəti dövlət qurumları bu məqaləni oxuduqdan sonra ciddi araşdırma aparacaqlar.
Sonda qeyd etək istəyirəm ki, mənim 1994- cü il may ayında Bakı şəhərində Qafqaz universiteti tərəfindən keçirilən qəbul imtahanında iştirak etməyim mənim gələcəyimi məhv etdi.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
Bu gün, 19:42
Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı - FOTO
Bu gün, 18:07
Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək
Bu gün, 18:04
Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR?
Bu gün, 18:02
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? - İLGİNC
Bu gün, 17:58
Azər Qasımlının məhkəməsi başlayıb
Bu gün, 17:47
İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib - “X”
Bu gün, 17:45
Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! - FOTO
Bu gün, 17:35
Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? – Müsəlman dünyası birləşir?
Bu gün, 17:27
Yaxın saatlarda vəziyyət dəyişəcək: - Çin və ABŞ müharibəyə bu halda qoşulacaq
Bu gün, 17:25
Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… - 4 ildir ki...
Bu gün, 17:15
Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... - TƏFƏRRÜAT
Bu gün, 17:09
Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
Bu gün, 17:05
Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: - “Embawood” cərimələndi
Bu gün, 17:03
ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"
Bu gün, 16:57
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Bu gün, 16:53
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
Bu gün, 16:37
Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş - TƏFƏRRÜAT
Bu gün, 16:35
Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR - AÇIQLAMA
Bu gün, 16:32
Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI –Qanun pozuntularını kimlər ört-basdır edir…
Bu gün, 16:22
Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır - FAKT BUDUR...
Bu gün, 16:19
Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF - “Keçə bilməyənlərə aylıq maaş ödənilsin”
Bu gün, 16:17
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -FOTOFAKT
Bu gün, 16:13
Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz - Bakı tələblərində israrlıdır
Bu gün, 16:08
Qonşuda müharibə və Azərbaycan reallığı – Xüsusi təhlil
Bu gün, 16:04
İran İsraillə münaqişədə qalib gələcək - Xameneyi
Bu gün, 16:03
Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var - Paşinyan
Bu gün, 15:59
Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib – Hesabat
Bu gün, 15:58
Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu - QANUN HƏRLƏYƏN KİMDİR Kİ...
Bu gün, 15:55
İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi - Son dəfə...
Bu gün, 15:52
Dövlət Komitəsinin 226 min manatlıq tenderi - LƏĞV OLUNDU
Bu gün, 15:36
Şah oğlunun müraciəti və xalqların arzusu: - Rza Pəhləvinin siyasətə qayıtmaq istəyi
Bu gün, 15:32
Vaşinqton Tehrandan nə istəyir? - Yaxın Şərqdə müharibənin kölgəsində böyük hesablaşma
Bu gün, 15:30
Pişiyə dönmüş İranın miyoltusunu eşidəcəyikmi? - HƏQİQƏTƏNDƏMİ?
Bu gün, 15:21
“Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb
Bu gün, 13:10
Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? - İLGİNC
Bu gün, 13:07
17 ildə büdcəni belə talayıblar... - TƏFƏRRÜAT
Bu gün, 13:04
Nifaq salmaq istəyən nökərlərə qardaşlıq MESAJI
Bu gün, 13:02
“Ailəmə Tehrandan çıxın deyə yalvardım, amma bacarmadım” – BBC jurnalistinin şəxsi dramı
Bu gün, 12:58
“Ən pis sülh, müharibədən yaxşıdır”... - "Regionda diplomatiya əvəzinə silahlar işlədilir"
Bu gün, 12:56
Bakı-Təbriz xəttində nifaq yaratmaq cəhdi: adekvat cavab, aydın mesaj - NƏ BAŞ VERİR?
Bu gün, 12:49
Türkiyə İranla olan sərhədlərini möhkəmləndirir
Bu gün, 12:45
Mehdiyevlərin biznes ortağı şirkəti MTK-dan MMC-yə çevirir - TƏFƏRRÜAT
Bu gün, 12:43
Ermənistanda iş adamı hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunur
Bu gün, 12:42
Paşinyanın Türkiyəyə səfəri İranla əlaqəli ola bilər - AÇIQLAMA
Bu gün, 12:28
Dünyamalıyevanın gözü DÜNYA MALINDADIRSA... - NARAZILIQ VAR...
Bu gün, 12:24
İsrail İrana qarşı müharibədə niyə ABŞ-a möhtacdır? - AKTUAL
Bu gün, 12:21
İranda xalq DEVRİMƏ QALXARSA... - QAN... QİSAS... VƏ...
Bu gün, 12:19
Xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq - Məsud Pezeşkian
Bu gün, 12:15
Rövşən Nəbiyev yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru