"Azərpoçt"da böyük yeyintinin izi ilə... - Yoxlamalar hələ çox sürəcək
Tarix: 19-04-2016, 08:59 |
Çap et
“Azərpoçt” MMC rayon filiallarında yoxlamalar uzun müddəti əhatə edəcək. Faktinfo.az saytının əldə etdiyi məlumatlara görə, bu yoxlamalar 2011-2015-ci illərdə rayonlarda poçt şöbələrinə ayrılan vəsaitlərin daha çox olması səbəbi ilə aparılacaqdır. Bu zaman poçt şöbələrinə ayrılan vəsaitlərin şəffaf və təyinatı üzrə xərclənməsi, vəsaitlərin xərclənməsində şişirdilmiş qiymətlərdən istifadə, şöbələrdə aparılan təmir və tikinti işlərində iştirak etmiş MMC-lərin kimlərə məxsus olduğu araşdırılacaq.
Hətta “Azərpoçt” MMC-dən filiallarda aparılan işlərə sonradan yoxlama məqsədilə ezam olunmuş şəxslərin tərtib etdikləri aktlara dair bütün məsələlər əsas diqqət mərkəzində olacaq. Çünki, “Azərpoçt” MMC-nin bir neçə rayon şöbəsində aparılan yoxlamalar külli miqdarda dövlət vəsaitinin israfçılıq yolu ilə mənimsənilməsinə dair faktların digər şöbələrdə də ola bilmə ehtimalını gücləndirib. Bu səbəbdən mümkündür ki, sistemdə aparılan yoxlamalar digər poçt şöbələrini də əhatə etsin.