Ermənistandan Bakıya kimlər gələcək? .....                     Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi .....                     8 noyabr Şuşa şəhəri günüdür .....                     COP29-un media tərəfdaşları açıqlanıb .....                     Əliyev İrəvana sərt xəbərdarlıq mesajı verdi: .....                     "Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq" .....                     Ermənistan XİN-dən konstitusiya ilə bağlı mühüm açıqlama .....                     44 günlük müharibə həyatımın dönüş nöqtəsidir .....                     Hər dövlətin Trampdan özəl gözləntisi var .....                     Konstitusiya bəhanəsinə son: “Parlamentin qərarı kifayətdir ki...” .....                     “İrəvanın Trampa ümidi azdır, Ermənistan özünü qorumalıdır” .....                     Nəsimi rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib .....                     ABŞ-da hakimiyyət dəyişikliyi Paşinyanı çıxılmaz duruma salıb .....                     8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib .....                     Astanada Zəfər Gününə həsr edilmiş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatı olub .....                     Media qurumlarının rəhbərləri və nümayəndələri .....                     Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır .....                     Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır .....                     "Çox böyük zəhmətlərdən keçdik" .....                     Paşinyan Ərdoğanla görüşdü .....                     Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil .....                     Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır .....                     Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? .....                     "Mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..." .....                     `Arkoz` Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... .....                     Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı .....                     Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü .....                     “Türk NATO”su qurmaq mümkün olacaqmı? .....                     DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” .....                     Şuşanın işğaldan azad olunmasından nə öyrənməliyik? .....                     Tramp gəldi: nə, necə dəyişəcək? .....                     “Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir” .....                     “Turan Tovuz”un sədri “Turan FK” adlı yeni şirkət təsis edib .....                     "Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib" .....                     Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi .....                     İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... .....                     Regionda tam yeni reallıq yaradan Bəyanat .....                     Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək .....                     Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib .....                     Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi .....                 

Respublika Əmanət Bankın keçmiş sədrindən Elman Rüstəmova şok ittiham - "Cənab Prezident, həm Fikrət Yusifov, həm də Elman Rüstəmov, hər ikisi sizə xəyanət edən adamlardılar"
Tarix: 17-02-2016, 09:09 | Çap et
Respublika Əmanət Bankın keçmiş sədrindən Elman Rüstəmova şok ittiham
Tanınmış iqtisadçı-ekspert, Rezpublika Əmanət Bankın sabiq sədri Hüseyn Səfərov “Təzadlar”ın suallarını cavablandırır:
-Hüseyn müəllim, neçə gün əvvəl Prezident İlham Əliyev Almaniyada keçirilən iqtisadi forumda çıxış etdi və olduqca maraqlı bir məsələyə toxundu. Prezident neftdən asılı ölkələrin neftin qiymətinin son bir ildə birdən-birə aşağı düşməsi barədə ona verilən suallara cavab olaraq bildirdi ki, neftin qiymətinin dünya bazarında gözlənilməz dərəcədə aşağı düşməsi bəzi layihələrin reallaşmasına təsir etsə də, həm də qeyri-neft sektorunun inkişafı zərurətinin vacibliyi şərtini ortaya qoydu… Məlumdur ki, qeyri-neft sektoru isə sahibkarlıq mühiti ilə qərarlaşır. Amma hələki bu sahədə problemlər mövcuddur…
-Tamamilə doğru deyirsiniz, cənab Prezident bununla dünyaya, dünyanın bir parçası olan Azərbaycana, onun iqtisadi dirçəlişinə məsul olan sahibkarlara mesaj verdi ki, başqa yolumuz da yoxdur, sahibkarlığın inkişafı zəruridir, bunun üçün isə qeyri-neft sktoruna sərmayələr qoyulmalıdır… Bilirsiniz ki, Prezident İlham Əliyev dəfələrlə vurğullayıb ki, neft tükənməz deyil, deməli, zaman gələcək ki, biz neft asılılığından yaxa qurtarıb qeyri-neft sektorunun inkişafına çiyin verməli olacağıq. Amma qeyd etdiyiniz kimi, sahibkarlıq bu sektorun lokomotividir və təəssüflər olsun ki, bu sahənin inkişafına mane olan səbəblər hələ də vardır… Və təəssüfləndirici hal budur ki, bu maneələrin başında məmurlar durur… O da təsadüfi deyildir ki, Prezident cənab İlham Əliyev bu maneəni aradan qaldırmaq üçün dəfələrlə direktiv qərarlar qəbul etməyə məcbur olmuşdur. Hansı ki, bu maneələrin aradan qaldırılması məmurların birbaşa vəzifəsidir. Bu yaxınlarda Prezidentin göstərişi ilə sahibkarlıq fəaliyyətinin yoxlanmasının iki il müddətinə dayandırılması ilə bağlı qanun imzaladı və bu qanun qüvvəyə mindi… Sahibkarlar və mütəxəssislər də hesab edir ki, qanunun qüvvədə olduğu iki il ərzində qeyri-neft sektoru inkişaf edəcək, sahibkarlara qarşı maneələr aradan qaldırılacaq…
-Hüseyn müəllim, siz də deyirsiniz ki, «hesab edirlər». Bəs indiki reallıqda və bizim məmurların real-mövcud xarakteri, xasiyyəti, bir az da sərt desəm, bürökratik məmur şakəri fonunda bu maneələri aradan qaldırmaq nə dərəcədə mümkün olacaq?
-Bəli, siz müəyyən mənada haqlısınız… Məsələn, mən bir iqtisadçı ekspert, uzun illər maliyyə-bank və vergi sistemində çalışmış, sahibkarlıq fəaliyyəti sahəsində yetərincə praktik təcrübəsi olmuş insan kimi son 4-5 ildə ölkəni tərk edərək xaricə qaçmış, yaxud qaçırılmış, barəsində Beynəlxalq axtarış verilmiş 20-yə yaxın iş adamının siyahısını üzə çıxarmışam… Siyahılamaqla vaxt almaq istəmirəm, amma internetin məlumat bazasına daxil olaraq axtarış versəniz, görəcəksiniz ki, bunların demək olar hamısı vergi borcu üstündədir. Nazir Fazil Məmmədovun uzun illərdir qanundan kənar yürüydüyü vergi siyasəti onunla nəticələnib ki, bu qədər iş adamı ölkədən canını götürüb qaçıb, nə qədər sahibkar sərmayələrini Azərbaycandan kənarda yatırmağa məcbur olub… Bakının mərkəzi küçələri vaxtilə dükan-bazarla aşıb daşardı. İndi həmin küçələrə çıxın, hamısının qapısı bağlıdır, qapılarına “İcarəyə verilir”, yaxud “Market bağlanıb” lövhələri yazılıb… Niyə belə olmalıdır? Prezident nə qədər çağırış etməli, barmaq silkələməlidir, cəzalandırmalıdır? Siz «Təzadlar» olaraq paytaxt küçələrində şütüyən qiyməti milyonluq avtomobillərin dövlət nömrə nişanlarını izləyin… Bunlar real acı həyat mənzərəsidir. Cənab Prezident məmur balalarının harınlığının həddini aşdığını neçə dəfədir dilə gətirir, hətta nümunələr var ki, bu ərköyün baların bəd əməllərinin sayəəsində ataları vəzifədən qovulub… Bunlar dərs olmurmu? Dövlət müəssisələrinin qarşısına nəzər yetirin. Nə qədər bahalı maşınlar dayanıb. Onları məvaciblə almaq mümkündürmü? Hansı ki, bu məmurlar sahibkar deyillər ki, belə bahalı avtomobilləri almağa imkanlı olsunlar. Deməli, çirkli pullara sahibdirlər. Hətta sahibkarın belə bahalı avtomobili, mülkü olmur…
-Bəzi ekspertlər sahibkarların fəaliyyətinə, yəni dükan-bazarların alıcı qıtlığı yaşamasına səbəb kimi dolların kursunun qəflətən qalxmasını göstərirlər. Siz necə düşünürsünüz?
-Sual verirəm: dollar məgər təkcə Azərbaycan üçün qalxıb? Bəlkə rus rublu, gürcü larisi, türk lirəsi devalvasiya olunmayıb? Neftin qiymətinin də düşməsini bəhanə edənlər var… Soruşuram: Gürcüstanın nefti var? Təsəvvür edirsinizmi, bizim xırda sahibkarların, ticarətçilərin Gürcüstana istehlak malları alıb Azərbaycana gətirməsini görəndə daxilən xəcalət hissi keçirirəm. Elə bir kasıb ölkədə turizm inkişaf edir, sahibkarlıq dinamik inkişaf yolu tutub, axsamır… Niyə bizdə əksinədir?
-Elə bu sualı mən sizə vermək istəyirdim…
-Ona görə ki, bizdə bu işlərə məsul olan məmurların psixologiyası dəyişmir. Əbülfəz Qarayevdən hər il təkrar soruşurlar ki, niyə Azərbaycanda turizm obyektlərində qiymətlər cibimizə uyğun gəlmir?

«Bahalığa görə xaricdən Azərbaycana turist gəlmir, özümüzünkülər isə xaricə qaçır…»

Deyir ki, turizm obyektlərinə qiymət qadağası qoya bilmərik… Kim deyir ki, qiymət qadağası qoy. Sən turizmin inkişaf konsepsiyasını ortaya qoy, həmin sahibkar yerli şəraiti görüb özü qiymətini tənzimləyəcək. Hər turizm obyektinə bir əcnəbi tapıb rəhbər qoyurlar, o da əvvəl yaşadığı ölkənin qiymətini burada tətbiq edir, nəticədə bahalığa görə xaricdən Azərbaycana turist gəlmir, özümüzünkülər isə xaricə qaçır… Bax belə məsuliyyətsiz çıxışlardan qaynaqlanır ki, Azərbaycan vətəndaşı olan-qalan valyutasını götürüb sərfəli turizm obyektləri və qiymətləri olan Türkiyəyə, Gürcüstana, hətta Avropa ölkələrinə çıxıb gedir. Azərbaycanda turizm obyektində 3 günlük xərclərə Gürcüstanda 10-15 gün, Türkiyədə, Dubayda 10 gün istirahət etmək mümkündür…

«Ucuz qiymət tətbiqi ilə daha çox müştəri cəlb edib çox qazanmaq, baha qiymət qoyub az müştəri cəlb etməklə müflis olmaq mümkündür…»

Məmurlar və onların tabeliyindəki iş adamları anlamalıdır ki, ticarət, deməli, sahibkarlıq qiymətlə, özü də sərfəli bazar qiymətləri ilə tənzimlənməlidir. Ucuz qiymət tətbiqi ilə daha çox müştəri cəlb edib çox qazanmaq, baha qiymət qoyub az müştəri cəlb etməklə müflis olmaq mümkündür. Bu kommersiyanın qanunauyğunluğudur… Mətbuatdan da bilinir ki, ölkədə sahibkarlıq subyektlərinin yoxlanılması iki il müddətinə dayandırılıb. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparılacaq. İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov da dedi ki, yoxlamalar həm dərman vasitələrinin dövriyyəsi, həm anti-sanitariya və baytarlıq, həm də kamunal sahələr – işıq, qaz və elektrik şəbəkəsinə qeyri-qanuni qoşulmalar üzrə müraciət daxil olarsa, həmin qurumlar İqtisadiyyat və Sənaye Nazirliyi ilə bu məsələ razılaşdırıldıqdan sonra yoxlamaları apara bilərlər. Amma məndə əksinə olan məlumatlar var… Hətta son günlər vergi yoxlamalarının qanunsuz tətbiqinə dair məlumatlar da mövcuddur… Sahibkarlığın inkişafı üçün daha bir addım lisenziyaların sayının minimuma endirilməsi ilə bağlı oldu. Prezident tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub. Prezident bundan artıq nə etməlidir ki?!
Respublika Əmanət Bankın keçmiş sədrindən Elman Rüstəmova şok ittiham
-Hüseyn müəllim, bəs son vaxtlar az qala hamımızın başı üzərində dolaşan bir kabus-kredit qalmaqalı barədə nə deyərdiniz? Vətəndaş dövlətin maliyyə-bank sistemindəki dayanaqlığa, verilən vədlərə inanaraq kredit götürür və səhər yuxudan ayılanda məlum olur ki, ikiqat ziyana düşüb. Çünki manat dəyərdən düşüb, dollar qalxıb… Bunda vətəndaşmı günahkardır?
-Bəli, uzun illərin mübahisələndirilən mövzusudur ki, Azərbaycanın bank sektorunda Elman Rüstəmov adlı başağrısı mövcuddur. Mən də sizinlə razıyam ki, vətəndaş ölkənin baş bankirinin yağlı vədlərinə inanaraq dollarla verilən kreditə könül verib, əvəzində durduğu yerdə ziyana düşüb…
-Və sonda bu günlərdə maliyyə naziri Samir Şərifov bəyan etdi ki, banklar kommersiya qurumu deyil və kreditlər dolların kursuna uyğun ödənilməlidir. Bu qərar bəzi insanlar üçün ölümə bərabər bir şərt deyilmi?
-Siz son vaxtlar yəqinki kriminal statistikada kredit borclarına görə özünü yandıran, intihar edən vətəndaşların artımlı statistikasına fikir vermisiniz.

«Təklifim budur ki, dollarla götürülmüş kreditlərə görə yaranmış süni borc fərqi bu işdə günahkarların-Elman Rüstəmovla Samir Şərifovun şəxsi vəsaitləri hesabına kompensasiya olunsun…»

Hətta onların arasında vəzifəli şəxslər də var. Mən təklif edərdim ki, əvvəla, baş verənlər iki qurumun-Milli Bank və Maliyyə Nazirliyinin apardığı siyasətsizliyin və fəaliyyətsizliyin nəticəsində baş verdiyindən, dollarla götürülmüş kreditlərə görə yaranmış izafi fərq Elman Rüstəmovla Samir Şərifovun şəxsi büdcəsi hesabına kompensasiya olunsun. Hamı bilir ki, hər ikisinin kifayət qədər maddi imkanları, xaricdə pulları, ticarəıt obyektləri və s. vardır…
-Təbii ki, kredit özbaşınalığı həm də sahibkarlığın, deməli, qeyri-neft sektorunun inkişafına ciddi maneədir…
-Bilirsiniz ki, Azərbaycan Respublikasında sahibkarlığın inkişafı məqsədilə son illər xüsusi dövlət proqramları və sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilmiş və digər tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər Prezident İlham Əliyevin şəxsi təşəbbüsləri səviyyəsində indi də davam etdirilir. Amma sual yaranır: indiyədək məlum problemlərin baiskarı olan həmin məmurlar bundan sonra Prezidentin məlum qərarlarına uyğun fəaliyyət göstərməkdə nə dərəcədə maraqlı ola bilərlər?
Yadınıza salın, bu siyasi-iqtisadi qərarlar arasında Azərbaycan Respublikası prezidentinin «İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə» 1996-cı il 17 iyun tarixli 463 nömrəli və «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında» 1999-cu il 7 yanvar tarixli 69 nömrəli fərmanları, Azərbaycan Respublikası prezidentinin 1997-ci il 24 iyun tarixli 610 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)» kimi fərman və sərəncamlar vardır… Cənab Prezident bu günlərdə Almaniyadakı şıxışında da dedi ki, bu tədbirlərin və eləcə də həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq hazırda ölkədə ümumi daxili məhsul istehsalının 71 faizi özəl bölmənin payına düşür. Siz tarixə fikir verin: islahatlara rəvac verən birinci fərman 1996-cı ildə verilib və indiki məmurların demək olar hamısı həmin dövrdən bu vəzifələrdə çalışırlar… Prezident bir dəfə sərəncam verir, məmurlar başqa yol tapır, sahibkarlara imkan vermirlər… Prezident məcbur olub başqa yollara işıq salan sərəncam verir… Beləcə, vəziyyət hələki sahibkarlığın xeyrinə arzu olunan səviyyədə dəyişmir… Bəli, rəsmi səviyyədə etiraf olunur. Prezidentin hələ 2002-ci il tarixli fərmanında deyilirdi: “Bu gün sahibkarlığın dövlət tənzimlənməsini həyata keçirən bir sıra mərkəzi, şəhər və rayon icra hakimiyyəti orqanlarının işi qənaətbəxş sayıla bilməz. Belə ki, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları, o cümlədən vergi, gömrük, hüquq-mühafizə və sanitar-epidemioloji xidmət orqanları tərəfindən sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələr edilir, müxtəlif yoxlamalar aparmaqla onların işinə maneçilik törədilir. Məhkəmələr tərəfindən iqtisadi mübahisələrin həllində süründürməçilik və qeyri-obyektiv qərarların qəbul olunması hallarına rast gəlinir. Bütün bunlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan adamların haqlı narazılığına səbəb olur, onların sahibkarlıq təşəbbüsünün reallaşmasına və daxili potensialdan daha dolğun istifadə edilməsinə imkan vermir…”. Bunlar acı da olsa reallıqdır… Və bu rəsmi qərarları görəndə düşünürsən ki, Prezident təkbaşına çalışır, qərarlar qəbul edir, amma bürokratik əngəllər, yəni bəzi məmurların əməlləri bizi tərk etmir…
-Niyə?
-Ona görə ki, bu əngəllərin baiskarları dəyişmir, məmurlar özləri dəyişməlidir, qanunlar, inzibati qərarlar yox… Məmurların çevik iqtisadi qərarlar qəbul etmək bacarığı Prezidentin qərarları ilə ayaqlaşmır...
-Hüseyn müəllim, siz 1995-ci ildə Azərbaycan Əmanət Bankı İdarə Heyətinin sədri vəzifəsində işləmisiniz. Həmin dövrlərdə “Vahid Bank” adlı bir qurum da yaradılmışdı. Yadımdadır, bu “bank”ın rəhbərliyi Dövlətə məxsus əmanət bankının başı üzərindən bank fəaliyyəti ilə məşğul olaraq aylıq şirnikləşdirici 30 faiz dividend vədi ilə əhalidən əmanət toplayırdı… Sensasion, ağlabatmaz bir faiz dərəcəsi! Ən dəhşətlisi, həmin dövrdə Fikrət Yusifov maliyyə naziri idi, Elman Rüstəmov da Milli Bankın sədri… Hansı ki, birinci son vaxtlar dollarla bağlı əhaliyə yaranmış situasiyadan çıxış yolu göstərir, ikinci isə kreditli insanları quru yurdda qoyan qərar qəbul edib…
-Mən 1995-ci ildə Respublika Əmanət Bankının sədri təyin olunana qədər “Vahid Bank” adlı qanunsuz bank fəaliyyəti ilə məşğul olan qurum var idi. Onlar əhalini aldadaraq əhalinin evini-eşiyini, mal-mülkünü satdırıb şirnikləndirərək “Vahid Bank”a cəlb edirdilər. Fırıldaq belə qurulmuşdu: əhalidən əmanəti yığır, hər ay 30 faiz divident verirdilər, sonradan isə bank müflis elan olunub aradan çıxırdılar. Guya onlar qazancı həmin pulları kommersiya fəaliyyətinə yönəldib qazanırdılar, 30 faizdən də divident verirdilər…
-“Vahid Bank” gərək ən azı 35-40 faiz qazanaydı ki, 30 faiz də əmanətçiyə qaytaraydı. Ticarətdə belə qazanclı mühit mümkündürmü?
-Qətiyyən. Bunlar dələduzlar idilər və o vaxt bəzi məmurlar da onlara qoşulmuşdular… Dünyanın heç bir yerində belə bank fəaliyyəti yoxdur. Maksimal 1-2 faiz ola bilər… Hamı bilirdi ki, “Vahid Bank” adlı qurum qanunsuz bank fəaliyyəti göstərirdi. Məsələ ondadır ki, bu hal aidiyyəti dövlət qurumlarının gözü qarşısında baş verirdi və bunun qarşısını almaq lazım idi.
-Bunun üçün kim qabağa durmalı idi?
-Təbii ki, maliyyə naziri Fikrət Yusifov və Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov… Onlar baş verən bu qanunsuzluğun qarşısını almalı idilər. Amma sonradan başa düşdüm ki, Elman Rüstəmovla Fikrət Yusifov “Vahid Bank” rəhbərliyi ilə əlbirdirlər…
-Onlar nədən bu qanunsuzluğun qarşısını almırdılar?
-Deməli, onların maraq çərçivəsində deyildi… Halbuki onlar hüquq mühafizə orqanlarına bu qanunsuzluq barədə məlumat versəydilər qarşısı dərhal alınardı… Bunu etmək əvəzinə maliyyə naziri Fikrət Yusifov Prezident Heydər Əliyevə yalnış məlumat verərək bildirmişdi ki, guya bunun qarşısını hüquq mühafizə orqanlarının əli ilə deyil, başqa yollarla almaq lazımdır…
-O başqa yol nə idi ki?
-Bu savadsız demişdir ki, guya dövlətin əmanət bankı güdaza verilsə də, “Vahid Bank”dan 3-5 faiz aşağı faizlə dividend verilir, məsələn, 25 faizdən, bununla da əhali əmanətini 5 faizindən keçib dövlət bankına yatıracaq…
-Bəs dövlətin əmanət bankı bu 25 faizi hardan qazanıb verəcəkdi?
-Tamamilə doğru deyirsiniz… Dövlət bankı kommersiya fəaliyyəti ilə məşğul ola bilməzdisə, bunu necə əldə edə bilərdi? Fikrət Yusifovun savadı, təcrübəsi bura qədər idi. O düşünmürdü ki, ən azı 30 faiz qazanıb 25 faiz də dividend vermək mümkündür. Bu da dövlət bankında mümkün olan iş deyildi… Fikrət Yusifov indi KİV-lərdə bəzi iqtisadçılara dərs keçir. Ay savadsız Fikrət Yusifov, gəl görək hansı bank ayda 25 faiz dividend verə bilər? Amma nə fayda, Fikrət Yusifovla Elman Rüstəmovun bu naşı təklifi o vaxt işə keçmişdi… Onlar “Vahid Bank”ın qarşısını almaq əvəzinə, böyük təcrübəsi olan Respublika Əmanət Bankını dağıtmaq yolu tutmuşdular…
Respublika Əmanət Bankın keçmiş sədrindən Elman Rüstəmova şok ittiham
“Hətta bu qərarı qəbul edəndə Fikrət Yusifovla Elman Rüstəmov mənə böyük təsirlər və təzyiqlər etməyə başladılar…”

-Necə yəni, 1994-cü ildə Respublika Əmanət Bankı ayda 25 faizlə divident verirdi?
-Bəli, Fikrət Yusifov hamını çaşdırmışdı… Və 1995-ci ilin əvvələrində Ulu Öndər Heydər Əliyev məni qəbul edib Respublika Əmanət Bankına sədr təyin edəndə məndən yeni ideyalar istədi. Mən ilk növbədə əmanətlərin toplanmasının Fikrət Yusifov və Elman Rüstəmov metodu barədə danışdım, bildirdim ki, tezliklə bu dövlət bankı çökəcək… Cənab Prezident mənə tapşırıqlarını verdi və dedi ki, sənin bu sahədə böyük təcrübən var, vəziyyəti nəzarətə götür… Onu da deyim ki, həmin təyinata kimi mənim 10 ildən çox bank sistemində iş təcrübəm var idi. Bu zaman Heydər Əliyevin ən vacib tapşırığı bu oldu ki, ilk növbədə əmanətçilərin hüquqları qorunmalıdır. Mən Respublika Əmanət Bankına rəhbər təyin olunandan bir həftə sonra əmanətlərin aylıq faizini 25-dən 15 faizə saldım. Təbii ki, bu işləri məsləhətsiz etmirdim, müvafiq dövlət qurumlarının rəhbərləri ilə məsləhətləşirdim. Hətta bu qərarı qəbul edəndə Fikrət Yusifovla Elman Rüstəmov mənə böyük təsirlər və təzyiqlər etməyə başladılar. Fikrət Yusifov tələb edirdi ki, sən niyə faizləri 10 dərəcə aşağı salmısan?
-Yaxşı, faizləır oldu 15! Bəs dövlət bu pulu necə qazanıb verməli idi? Ümumiyyətlə, qazana bilərdimi?
-Qətiyyən yox!
-Belə çıxır ki, dövlət əmanətlərdə kimlərinsə günahı üzündən ziyana getməli idi…
-Bəli, elədir… Mən əmanət bankına rəhbər təyin olunandan sonra əmanətçilərin əmanətlər üzrə borc qalığı 60 milyon manat idi. Elman Rüstəmov məndən qabaq ora bir saxta məktub da vermişdi ki, bankın “debidovıy”, yəni zərərlə işləməyinə icazə verilsin… Bu o demək idi ki, bankın müxbir hesabında bir manat da olsun pul yoxdur və bütün əmanətçilərin də 60 milyonu xərclənib, bundan sonra isə Respublika Əmanət Bankı Milli Bankın vəsaiti hesabına 10 milyon da zərərə gedibdir… Təsəvvür edirsinizmi bu nə deməkdir? Mən bankı təhvil alanda Respublika Əmanət Bankı 70 milyon manat zərərlə işləmişdi… Bankın müxbir hesabında pulu yoxdursa, o necə fəaliyyət göstərə bilərdi?

“Dedim ki, cənab Prezident, həm Fikrət Yusifov, həm də Elman Rüstəmov, hər ikisi sizə xəyanət edən adamlardılar…”

-Bəs bu biabırçı vəziyyət barədə ölkə rəhbərliyinin xəbəri oldumu?
-Bəli, mən vəziyyəti araşdırdım və möhtərəm Prezident H.Əliyevə rəsmi arayış yazaraq məlumat verdim. Heydər Əliyev bu məsələni müzakirəyə çıxardı. Müzakirəyə Fikrət Yusifov və Elman Rüstəmov qatıldı… Arayışı mən verdiyim üçün cavabdeh kimi əvvəlcə onlar müzakirəyə çağırıldılar. Müzakirə zamanı Elman Rüstəmovla Fikrət Yusifov yaranmış vəziyyətə görə, hansı ki, məndən əvvəl olmuşdu, bütün günahı məndə görmüşdülər… Heydər Əliyev böyük siyasətçi idi və onları dinlədikdən sonra Elman Rüstəmovu müşavirə otağından çıxarıb deyir ki, zəng edib Hüseyn Səfərovla birgə gəlin… Mən işdə idim, Elman Rüstəmov mənə zəng edib dedi ki, Prezident səni çağırır, təcili gəl… Mən getdim və həmin iclasda olanda Heydər Əliyev onların ikisinə də dedi ki, indi bayaq dediklərinizi təkrar danışın. Onlar çaşqın vəziyyətdə heç nə deyə bilmədilər və pərt vəziyyətə düşdülər… Məlum oldu ki, onlar Prezidentə yenə də yalnış məlumat veriblər. Onlar ömür boyu Prezidentə yalan məlumatlar veriblər…
-Bəs siz çıxış etmədiniz?
-Mən durub dedim ki, cənab Prezident, həm Fikrət Yusifov, həm də Elman Rüstəmov, hər ikisi sizə xəyanət edən adamlardılar. Biz istəyirik ki, müstəqilliyimizin ilk illəridir, əmanətçilər dövlətdən narazı qalmasınlar, bunlar isə təxribatla məşğuldurlar. Dünya bank təcrübəsinə istinad edərək sübut etdim ki, dünyanın heç bir bankı ayda 25 faiz dividend verə bilməz, çünki bank əmanətlərdən ən azı 30-35 faiz qazanmalıdır ki, 25 faizini də əmanətçiyə versin… Prezident Heydər Əliyev yekun qərar verdi və təkrar edirəm, müdrik qərar qəbul olundu: beləliklə, həmin dövrə dolların kursu ilə əmanətçilərə 51 milyon 400 min dollar qaytarıldı. Ölkənin çətin vaxtında, neftdən hələki daxil olan bonuslardan kəsilərək əhalinin mənafeyi qorundu. Heydər Əliyev o vaxt belə bir müdrik qərar qəbul etdi. Bunu Heydər Əliyev etdi. İndikilər isə…

“Fikrət Yusifov da, Elman Rüstəmov da cəbhə hakimiyyətinin yetirmələri idilər, həmişə də Heydər Əliyevə arxadan zərbə vurmağa çalışıblar…”

-Qayıdaq indiki günümüzə: vətəndaş Elman Rüstəmova və maliyyə naziri Samir Şərifova inanaraq kredit götürür və yatıb səhər yuxudan duranda görür ki, dolların kursu süni artırıldığından 55-60 faiz ziyana düşüb… Günah kimdədir?
-Bu məsələdə həm Elman Rüstəmov, həm də Samir Şərifov məsuliyyət daşıyırlar. Həyatda bəxti gətirmiş adamlar olur. Elman Rüstəmov bəxti gətirmiş adamlardan biridir. Mən sizə bir şeyi deyim: Elman Rüstəmov bank kadrı deyil, bankdan da başı çıxan adam deyil. Şəxsən özü neçə dəfə mənə deyib ki, heç kim məni bankir kimi qəbul etmir… Yeri gəlmişkən, o vaxt mənim Prezident Heydər Əliyevlə məlum görüşümdən sonra Elman Rüstəmov bərk narahat olmağa başlamışdı. O, elə bilirdi ki, mən tezliklə Milli Bankın sədri olacağam. Onların ikisi də-yəni Fikrət Yusifov da, Elman Rüstəmov da cəbhə hakimiyyətinin yetirmələri idilər, həmişə də Heydər Əliyevə arxadan zərbə vurmağa çalışıblar… O vaxt Azərbaycan Sənaye-İnvestisiya Bankı var idi. Oruc Heydərov bu bankın İdarə Heyəti sədrini əvəz edirdi. Oruc Heydərovla Elman Rüstəmov çox yaxın idilər… Mənim sədri olduğum Respublika Əmanət Bankı ilə Azərbaycan Sənaye-İnvestisiya Bankı bir binada yerləşdiyindən mən Oruc Heydərovla tez-tez görüşürdüm, yaxın münasibətim vardı. Oruc müəllim bir gün mənə dedi ki, Elman yaman narahatdır, bir məsələni dəqiq bilmək istəyir… Dedim, nə məsələdir, bildirdi ki, deyir ki, bəs Hüseyn Səfərovu mənim yerimə hazırlayırlar, bunu özündən dəqiq öyrən gör doğrudurmu? Başa düşdüm ki, mən “Hə” desəm, məni zərərsizləşdirmək üçün yollar axtaracaq. Mən “Yox” deyəndən sonra Oruc Heydərov mənim yanımdan Elman Rüstəmova zəng edib dedi ki, “Elman, mən Hüseyndən soruşdum, and içib dedi ki, elə bir şey yoxdur”. Elmanın sevinci yerə-göyə sığmırdı… Hətta telefonda dedi ki, sizə filan şeydən bir qonaqlıq verəcəyəm…
-Hüseyn müəllim, o “filan şey” nə idi, əgər sirr deyilsə…
-Vallah ayıb bilirəm, amma niyə də sirr qalsın… Dedi ki… (Biz də ayıb bilib bu şok qonaqlığın adını Elman Rüstəmovun devalvasiyaya uğratdığı manatın xətrinə açıqlamırıq.Red.).
-Rəsmi statistikaya görə, bu gün Azərbaycanda 2 milyondan çox vətəndaşın krediti var… Banklarımız nə vaxta kimi əhalidən illik 8-10 faizə əmanət götürüb 20-25 faizə kredit verəcək? İkinci və sonuncu sual: dollarla krediti olub manatın devalvasiyasından sonra “olum, ya qalım”la üz-üzə qalan insanlar nə etməlidir?
-Əvvəla, banklar krediti elə bir faizlə verməlidir ki, 5-6 faizdən çox olmamalı və vətəndaşın ödəmə, yəni onu qaytarma qabiliyyəti olmalıdır. Əmanətə verilən faiz də ona uyğun olmalıdır. Dünya təcrübəsində də söhbət əmanətin yüksək faizlə qəbul edilməsindən yox, devalvasiya və infilyasiyadan qorunmasından gedir. Bu gün vətəndaşların əmanətinin-pulunun möhkəmləndirilməsindən danışmaq lazımdır. Biz Prezident İlham Əliyevin manatın möhkəmləndirilməsi və stabilləşməsi üçün xüsusi qərarlar qəbul etməsinin şahidiyik. Məsələn, bilirsiniz ki, vergilər nazirinin birinci müavini Natiq Əmirov Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin olundu… Natiq Əmirovu yaxşı tanıyıram, çox savadlı, bilgili və təcrübəli şəxsdir. Mən Binəqədi Vergilər İdarəsində, o isə Səbail rayon Vergilər İdarəsində rəis işləyirdik… İnanıram ki, tezliklə ölkənin maliyyə-bank sistemində köklü dəyişikliklər həyata keçiriləcək və manatın daha da möhkəmlənməsinin şahidi olacağıq… Bu gün banklarımız əmanətçilərin və kreditorların başına nə oyunlar açır, hamı bilir… Elman Rüstəmov deyir ki, pullarınızı əmanət şəklində bankda saxlayın. Banklar vətəndaşın pulunu alıb illik 11 faizlə yatırır, vətəndaş həmin puldan kredit götürəndə isə ona 22-25 faizlə kredit verir. Bank vətəndaşın pulundan özü üçün 2 dəfə çox qazanc əldə edir. Belə olan halda, vətəndaş banka niyə də etibar etməlidir? Özünü asan, intihar edən, müflisləşən, bezib sahibkarlıq fəaliyyətindən imtina edən, xaricə qaçan kimdir? Bunlara son qoymağın vaxtı çatıb…

“Əcnəbi vətəndaşlar istisna olmaqla, Azərbaycan vətəndaşlarına yalnız manatla kredit verilməlidir, hansısa bank dollarla, yaxud digər valyuta ilə kredit veribsə, o, qanunu pozub...”

-Bu gün krediti dollarla olanları məcbur edirlər ki, faizləri devalvasiyadan sonrakı yeni faizlə ödəyin... Bu nə dərəcədə qanunidir?
-Kreditin mahiyyəti onu götürənə kömək, maliyyə dəstəyi göstərilməsi mənasını daşıyır və vətəndaş heç bir halda ziyana düşməməlidir. Bizdə faizlər elə qoyulub ki, hələki kreditdən bəhrə görənə, sevinənə, üzü gülənə rast gəlmirik. Bu siyasət Elman Rüstəmovun, maliyyə naziri Samir Şərifovun yarıtmaz kredit siyasətinin acı nəticəsidir... Kim hansı kursla müqavilə bağlayıbsa, həmin müqavilə şərtinə uyğun da kreditini ödəməlidir. Guya əksinə olsaydı, yəni dollar düşsəydi, manat möhkəmlənmiş olsaydı, onda banklar vətəndaşlara hansı təklifi edəcəkdilər? Mövcud qanunlarda da, eləcə də Milli Bank haqqında qanunda da var ki, əcnəbi vətəndaşlar istisna olmaqla, Azərbaycan vətəndaşlarına yalnız manatla kredit verilməlidir. Yəni, hansısa bank dollarla, yaxud digər valyuta ilə kredit veribsə, o, qanunu pozub. Bu cür qanunların pozulmasının, son nəticədə vətəndaşların yüksək faizli kredit tələsinə düşməsinin də baiskarı Elman Rüstəmovdur, ona görə də ziyanı o, “Planet” şadlıq evinin, digər iaşə və ticarət obyektlərinin, istirahət mərkəzlərinin, ev tikintisi ilə məşğul olan MTK-larının... gəlirləri qarşılığında özü ödəməlidir. Qazananda yaxşıdır, qaytaranda pis???

Respublika Əmanət Bankın keçmiş sədrindən Elman Rüstəmova şok ittiham









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistandan Bakıya kimlər gələcək? - Nazirlər, deputatlar...
Bu gün, 20:26
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi - MƏQALƏ
Bu gün, 20:23
8 noyabr Şuşa şəhəri günüdür - MƏQALƏ
Bu gün, 19:12
COP29-un media tərəfdaşları açıqlanıb
Bu gün, 19:09
Əliyev İrəvana sərt xəbərdarlıq mesajı verdi: - Paşinyan xoflandı, Makrondan dəstək istədi
Bu gün, 18:28
"Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq" - deputat
Bu gün, 18:27
Ermənistan XİN-dən konstitusiya ilə bağlı mühüm açıqlama - NƏ BAŞ VERİR?
Bu gün, 18:15
44 günlük müharibə həyatımın dönüş nöqtəsidir - Amin Musayev
Bu gün, 18:12
Hər dövlətin Trampdan özəl gözləntisi var - Görünəni odur ki...
Bu gün, 17:56
Konstitusiya bəhanəsinə son: “Parlamentin qərarı kifayətdir ki...” - GƏLİŞMƏ
Bu gün, 17:54
“İrəvanın Trampa ümidi azdır, Ermənistan özünü qorumalıdır” - Qriqor Balasanyan
Bu gün, 17:51
Nəsimi rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Bu gün, 17:45
ABŞ-da hakimiyyət dəyişikliyi Paşinyanı çıxılmaz duruma salıb - İrəvan mühüm dəstəyini itirir
Bu gün, 17:41
8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib - FOTO
Bu gün, 17:31
Astanada Zəfər Gününə həsr edilmiş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatı olub
Bu gün, 17:29
Media qurumlarının rəhbərləri və nümayəndələri COP29-a hazırlıqla bağlı yekun işlərlə tanış olublar
Bu gün, 15:19
Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır - AKTUAL
Bu gün, 14:00
Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır - RƏY
Bu gün, 12:00
"Çox böyük zəhmətlərdən keçdik" - deputat
Bu gün, 11:52
Paşinyan Ərdoğanla görüşdü - Dunay boyu velosiped sürdü...
Bu gün, 11:43
Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:38
Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır - KİV
Bu gün, 11:35
Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? - AÇIQLAMA
Bu gün, 11:24
"Mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..." - Ekspert danışır...
Bu gün, 11:12
`Arkoz` Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - GİLEY
Bu gün, 11:08
Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı - FOTO
Bu gün, 11:00
Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü - TƏFƏRRÜAT
Bu gün, 10:58
“Türk NATO”su qurmaq mümkün olacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 10:34
DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...
Bu gün, 10:28
Şuşanın işğaldan azad olunmasından nə öyrənməliyik? - Aqşin Yenisey
Bu gün, 10:21
Tramp gəldi: nə, necə dəyişəcək? -RƏYLƏR
Bu gün, 10:17
“Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir” - Rauf Arifoğlu
Bu gün, 10:09
“Turan Tovuz”un sədri “Turan FK” adlı yeni şirkət təsis edib
Bu gün, 10:02
"Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib"
Bu gün, 09:57
Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi - MƏQALƏ
Bu gün, 09:49
İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... - NARAZILIQ VAR...
Bu gün, 09:48
Regionda tam yeni reallıq yaradan Bəyanat - İsrafil Kərimovun yazısı
Bu gün, 09:44
Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək - GƏLİŞMƏ
Bu gün, 09:37
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib - MƏTN
Bu gün, 09:34
Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi -“Məhkəmə qərarını saya salmır”
Bu gün, 09:31
"Bu gün də dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar" - deputat
Bu gün, 09:25
Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:22
Ermənistanın xarici siyasəti yenə iflas etdi - FAKT BUDUR!
Bu gün, 09:21
İrəvan Ankaradan hansı cavabı gözləyirdi ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19
Türkiyəli fermerdən Zəfər Günümüzə İLGİNC JEST - FOTO
Bu gün, 09:01
Rəfiyev jurnalistlərlə AÇIQ ƏDAVƏTDƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:54
8 milyona satılan restoran hansı keçmiş məmurundur? - FOTO
Bu gün, 08:46
«BANK OF BAKU»da inanılmaz kredit qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 08:43
Bakının bu ərazilərində kirayə mənzil tapmaq mümkün olmayacaq - NƏ ETMƏLİ?
Bu gün, 08:39
Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 08:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru