COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? .....                     Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... .....                     Dərmanları ucuz ala bilərik: .....                     "Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" .....                     Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı .....                     Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib .....                     Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? .....                     Şoyqu gözlənilmədən bu ölkəyə uçdu .....                     “Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi .....                     Ermənistandan İsrailə etiraz: .....                     Gürcüstanda səsvermə bitib, seçki yox .....                     Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı .....                     Xalq artistinə qəribə ad günü təbriki .....                     Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... .....                     Qərb Gürcüstandakı nəticələri... .....                     Tramp qalib gələrsə... .....                     Qurban Qurbanovu istefaya çağıran kimlərdir? .....                     TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... .....                     “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” .....                     Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür .....                     “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir .....                     İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər .....                     "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? .....                     "Respublikanski"dən eşidilən korrupsiya səsləri... .....                     Putin müharibə üsulunu dəyişəcək .....                     ADAU-da əczaçılıq-məczaçılıq... .....                     MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? .....                     Azərbaycana qarşı qərəz: .....                     “Ukrayna müharibəsi ikinci plana keçib” .....                     Gürcüstan Rusiya ilə barışır? .....                     Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir .....                     “Traktor” “Alüminium”u əzib keçdi .....                     Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur .....                     “Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” .....                     ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər .....                     Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi .....                     444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? .....                     "Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" .....                     Azərbaycan problemlə üzləşə bilər .....                 

ANCA-nın çarəsiz çırpıntısı: “Azərbaycan kabusu” dinclik vermir - Amerika Erməni Komitəsi niyə yenidən peyda oldu və nəyə nail olacaq?
Tarix: 23-08-2024, 10:47 | Çap et
ANCA-nın çarəsiz çırpıntısı: “Azərbaycan kabusu” dinclik vermir
Əcnəbi media xəbər verir ki, Amerika Erməni Milli Komitəsi (ANCA) Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla açıq sövdələşməyə qərar verib. Komitə Bayden administrasiyasını “Artsaxa hücum edən Azərbaycan Prezidenti İlham Əliyevin soyqırımı rejiminə” göz yummaqda ittiham edib.

“Bu administrasiya Əliyev rejiminə Azərbaycanın sənədləşdirilmiş hərbi cinayətləri qarşısında cəzasızlıq presedenti yaratmağa imkan verdi”, - deyə ANCA iddia edir.

İndi Amerikanın erməni seçiciləri Tramp və onun yeni müttəfiqi Vansdan “Artsaxda azərbaycanlıların etnik təmizləməsini pisləyəcəklərini və Konqresin Azərbaycanı insanlığa qarşı cinayətlərinə görə məsuliyyətə cəlb etmək səylərini dəstəkləyəcəklərini” gözləyirlər.

Çox təəccüblüdür ki, Amerika ermənilərinin Bayden-Harris administrasiyası ilə bağlı heç bir şikayəti yox idi. Bu arada Ermənistanın və “Artsax”ın yuxulu Baydenin komandasından aldığı dividend yalnız yaşlı Nensi Pelosinin Tsitsernakaberddə axıtdığı göz yaşları olub. Hansı ki, 2023-cü ildə Azərbaycanın Qarabağı işğaldan azad etməsinə mane olmadı. Və Baydenin dövründə də Dövlət Departamenti ABŞ-ın Azərbaycana yardımına qoyulan məhdudiyyətləri Trampın dövründə olduğu kimi yayındırdı.

Hər iki rəqib düşərgə - həm Demokratlar, həm də Respublikaçılar - əslində Tramp və Bayden dövründə olduğu kimi, Erməni Komitəsinin səsinə məhəl qoymasa, ANCA nə edəcək? Bu ermənilər tam olaraq nəyə nail olmağa çalışırlar? ANCA konkret olaraq nəyə ümid edir? Azərbaycanın artıq öz ərazi bütövlüyünü bərpa etdiyini və bundan imtina etmək fikrində olmadığını, Ermənistanın isə Qarabağa hər hansı iddia irəli sürməyə nə hüquqi imkanının, nə də hərbi resursunun olduğunu nəzərə alsaq, bu hücumların hansısa effekti mümkündürmü?

AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Müstəqil siyasi şərhçi Nəsimi Məmmədli:

“Ermənistandan kənarda fəaliyyət göstərən erməni lobbi qruplarının əksəriyyəti Ermənistanla Azərbaycan arasında sülhün olmasını istəmir. ABŞ-da, xüsusən də Fransada güclü təsir imkanına malik erməni təşkilatları Azərbaycan əleyhinə və sülh əleyhinə daha fəal çıxış edir. Onların yüz ildən artıq fasiləsiz apardıqları ideoloji və hərbi-siyasi işlər iflasa uğrayıb. Nəinki bu lobbi qrupları, hətta Ermənistan və onun müttəfiqləri də regiondakı reallıqları dəyişdirə bilmir. Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

ABŞ hələ də Cənubi Qafqaza bütöv halda öz geosiyasi maraqlarının regionu kimi baxır. Eyni zamanda ABŞ Ermənistana Rusiyanı bu regiondan sıxışdırıb çıxarmağa qadir olan əsas dövlət kimi baxır və bu istiqamətdə müəyyən addımlar atır. ABŞ-dakı erməni təşkilatları da bu fürsətdən yararlanmaq istəyir.

Hazırda bu erməni təşkilatları ayrı-ayrı dövlətlərin əlində Azərbaycana təzyiq aləti kimi istifadə olunur. Onlar imkan daxilində, Azərbaycana beynəlxalq təzyiqlərin təşkilində rol oynayır. Onlar erməni xalqının və Ermənistan dövlətinin maraqlarına xidmət etmir.

Ermənistan hakimiyyəti də bu təşkilatlarla müəyyən məsafə saxlamağa çalışır. Nikol Paşinyan hökuməti başa düşür ki, Cənubi Qafqazda yeni münasibətlər sistemi sülh və əməkdaşlığa əsaslanacaq. Əgər regional layihələrdən və region dövlətləri ilə qarşılıqlı iqtisadi-ticarət əməkdaşlıqdan kənarda qalsa, bu, Ermənistan üçün ciddi problem yarada bilər. Rəsmi İrəvan Azərbaycanla münasibətləri gərginləşdirməyə yox, normallaşdırmağa meyllidir. Amerika Erməni Milli Komitəsi və bu kimi təşkilatlar heç bir nəticə əldə edə bilməyəcək”.

Politoloq Xəqani Cəfərli:

“Lobbiçiliyin ən çox yayıldığı ölkə ABŞ-dır. ABŞ, müəyyən mənada, lobbiçilik nəticəsində bir dövlət kimi meydana çıxdı. Məhz buna görə də digər ölkələrdən fərqli olaraq ABŞ-da lobbi təşkilatları prestijli biznes hesab olunur.

Amerika Erməni Milli Komitəsi bunu bilir və bundan istifadə etməyə çalışır. Onlar bir çox hallarda təmsil etdikləri cəmiyyətin mənafeyindən öz maraqlarını həyata keçirmək üçün istifadə edirlər. Bundan əlavə, təmsil etdikləri icmanın dəstəyini itirməmək üçün Amerika Erməni Milli Komitəsi ABŞ seçkiləri öncəsi fəal iş aparır.

İndi seçki dövrüdür və Amerika Erməni Milli Komitəsinin ermənilər arasında təsiri çox aşağıdır. Ona görə də onlar indi fəal olmağa, ermənilərin rəğbətini qazanmağa çalışırlar. Lakin heç bir lobbiçilik xalqın iradəsi ilə qurulan nizamı dəyişdirə bilməz. Ermənistanın Qarabağda qüvvələr nisbətini dəyişmək imkanı yoxdur”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? - AÇIQLAMA
Bu gün, 19:10
Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... - GƏLİŞMƏ
Bu gün, 19:00
Dərmanları ucuz ala bilərik: - "Ödədiyimiz pulun bir hissəsini..."
Bu gün, 18:56
"Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" - Xalq artisti
Bu gün, 18:19
Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı - FOTO
Bu gün, 18:17
Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib - KİV
Bu gün, 18:15
Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 18:12
Şoyqu gözlənilmədən bu ölkəyə uçdu - Nə məsələdir?
Bu gün, 18:10
“Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi – “Deyirsiniz ki…”
Bu gün, 18:06
Ermənistandan İsrailə etiraz: - İranı müdafiə elədilər
Bu gün, 17:22
Gürcüstanda səsvermə bitib, seçki yox - Markedonov
Bu gün, 17:20
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı - “Ramco” QSC...
Bu gün, 17:17
Xalq artistinə qəribə ad günü təbriki
Bu gün, 17:12
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Bu gün, 17:08
Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Bu gün, 17:06
Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Bu gün, 17:01
Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Bu gün, 16:59
TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:56
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Bu gün, 16:53
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Bu gün, 16:51
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Bu gün, 16:49
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Bu gün, 16:47
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Bu gün, 16:42
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Bu gün, 16:41
"Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Bu gün, 16:35
Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Bu gün, 16:32
ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:27
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:19
Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Bu gün, 16:17
“Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Bu gün, 16:15
Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Bu gün, 16:14
Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:06
“Traktor” “Alüminium”u əzib keçdi
Bu gün, 16:04
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Bu gün, 16:02
“Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Bu gün, 16:00
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Bu gün, 15:55
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Bu gün, 15:52
444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:33
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Bu gün, 15:31
Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Bu gün, 15:30
Gürcüstanda NƏ BAŞ VER(İR)Dİ
Bu gün, 15:26
Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Bu gün, 15:23
İrana hücumda onlar da iştirak ediblər - İNCƏLƏMƏ
Bu gün, 15:13
Paşinyanın yeni ədliyyə naziri bəlli oldu - KİV
Bu gün, 15:09
Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? - AKTUAL
Bu gün, 15:05
Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"... - Ölkəyə pul göndərənlər də azaldıqca azalır
Bu gün, 14:02
Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” - İqor Korotçenko
Bu gün, 13:56
Yuliya Navalnaya Qərbi qəzəbləndirib
Bu gün, 13:03
Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu - VİDEO
Bu gün, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru