“Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” - İqor Korotçenko
Tarix: 28-10-2024, 13:56 | Çap et
Avropa Parlamentinin (AP) bu yaxınlarda qəbul etdiyi “Azərbaycandakı vəziyyət, insan haqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə ölkəmizdə ciddi etirazla qarşılanıb.
Lehinə 453, əleyhinə 31, bitərəf 89 nəfərin səs verdiyi sənəd bu strukturun əsas fəaliyyət prinsipinə çevrilmiş qərəz və ikili standartların bariz nümunəsi olub.
Qətnamədə erməni separatçılarının azad edilməsi, onların Qarabağa təhlükəsiz qayıdışının təmini və Azərbaycana silah tədarükünün qarşısının alınması kimi bir sıra məsələlər öz əksini tapıb. Lakin sənəddə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların geri qaytarılması məsələsi tamamilə unudulub. Üstəlik, qətnamədə Qarabağın onilliklər boyu Ermənistan silahlı qüvvələri tərəfindən işğalından bəhs edilmir, regionda insan haqları məsələlərinə açıq-aşkar qərəzli münasibət özünü göstərir.
AP qətnaməsi ikiüzlülüyün nümunəsidir. Görünür, Avropa Parlamenti ona regionda siyasi məqsədlərini reallaşdırmağa imkan verən "məzlum"dövlət axtarışındadır və Ermənistanın performansı bu barədə hər zaman ən "yaxşılardan" olub. Öz suverenliyini və müstəqilliyini bərpa edən Azərbaycan isə bu “məzlum” dövlət obrazına sığmır.
Qeyd etmək vacibdir ki, AP Azərbaycanın soyqırım və tarixi-mədəniyyət abidələrinin dağıdılması ilə üzləşdiyi işğal tarixinə çoxdan məhəl qoymur. 30 ildir ki, Azərbaycan tərəfi bu məsələləri beynəlxalq aləmdə qaldırıb, lakin Avropa Parlamenti bu məsələyə lazımi diqqət yetirməyib. İndi vəziyyət dəyişib və Azərbaycan öz suverenliyini bərpa edib, nəinki bölgədə, hətta dünyada söz sahiblərindən birinə çevrilir. İndiki şəraitdə AP-nin bu mövzuya marağı nəinki gecikmiş, həm də qərəzli görünür.
Lakin qərəz insan haqları ilə bağlı məsələylə məhdudlaşmır. Avropa Parlamenti, həmçinin mümkün təbii fəlakətlərə qarşı beynəlxalq həmrəylik platforması yaratmaq məqsədi daşıyan COP29-u siyasiləşdirməyə çalışır.
Rusiyalı politoloq, Xəzər Strateji Tədqiqatlar İnstitutunun baş direktoru İqor Korotçenko “Cebheinfo.az”-a bildirib ki, bu, Avropa Parlamentinin ikili standartlar nümayiş etdirdiyi ilk hal deyil. O qeyd edib ki, beynəlxalq hüquq və insan haqlarının pozulduğu iddia edilən qətnamə, o cümlədən Bakıda istintaq altında olan erməni terrorçularının azad edilməsinə çağırışlar avropalı deputatların Azərbaycana qarşı açıq- aşkar düşmənçilik fəaliyyətidir:
"Digər tərəfdən, bu sənəd bir sıra Avropa ölkələrində çox fəal olan beynəlxalq erməni diasporunun təsirinin nəticəsidir. Aydın şəkildə demək lazımdır ki, Azərbaycan hüquqi və suveren dövlət kimi öz fəaliyyətində Birləşmiş Millətlər Təşkilatının formalaşdırdığı əsas normalara və beynəlxalq qanunlara əməl edir.
Azərbaycanın erməni terrorçuları və Qarabağda separatçıların terror fəaliyyətini maliyyələşdirənlərlə bağlı addımları suverenliyin qorunması, terror fəaliyyətinə görə ayrı-ayrı şəxslərin cəzalandırılması üçün atılan qanuni addımlar idi. Avropalı deputatların informasiyanı manipulyasiya etməklə və bu cür qətnamələr uydurmaqla Azərbaycanın ədalətinə və məhkəmə sisteminə təsir etmək cəhdləri tamamilə əbəsdir. İnanıram ki, bu baxımdan qarşıdakı məhkəmə prosesi Qarabağda ləğv edilən terrorçu erməni separatçı rejimə himayədarlıq edən, onları həvəsləndirən, ruhlandıranların əsl üzünü göstərəcək”. İ.Korotçenko vurğulayıb ki, Azərbaycanda beynəlxalq hüququn pozulması və ötən ilin sentyabrında aparılan antiterror əməliyyatı nəticəsində guya etnik təmizləmənin baş verməsi ilə bağlı iddialar tamamilə uydurmadır:
"Azərbaycan dəfələrlə Qarabağ ermənilərinə ölkənin hüquqi və siyasi məkanına dinc yolla reinteqrasiya təklif edib. Üstəlik, onlarla təmasda olmaq üçün danışıqlarda xüsusi nümayəndə təyin edilib. Lakin Qarabağdakı separatçı liderlər bunu tamamilə rədd etdilər. Antiterror əməliyyatından sonra Bakı Qarabağdakı erməniləri qalmağa və təşvişə düşməməyə çağırıb.
Azərbaycan vətəndaşlarının dinc yolla reinteqrasiyadan sonra bütün hüquqlarının əldə edilməsinə zəmanət verdiyini deyib. Lakin Qarabağ erməniləri könüllü olaraq seçim edərək bölgəni tərk edib, gələcəklərini Azərbaycandan kənarda axtarıblar. Bu, onların suveren hüququdur. Ona görə də bununla bağlı Azərbaycana qarşı hər hansı iddianın heç bir əsası yoxdur.
Mən hesab edirəm ki, Qarabağda terrorçuları partlayıcı maddə və silahlarla təmin edənlər öz fəaliyyətlərinə görə Azərbaycan qanunları qarşısında cavab verməlidirlər. Məhkəmə ədalətli, açıq və qərəzsiz olacaq. İnanıram ki, Rusiyanın ekspert birliyi Azərbaycanın beynəlxalq terrorizmlə mübarizə səylərini dəstəkləyəcək. Azərbaycan öz mövqeyini və suverenliyini qorumaq hüququnu özündə saxlayır. O, beynəlxalq qurumların təzyiq və manipulyasiyalarına baxmayaraq, regionda vəziyyətin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|